Səssiz namazlarda imamın arxasında qiraəti tərk etmək
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ بْنِ أَوْفَى ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى صَلاَةَ الظُّهْرِ أَوِ الْعَصْرِ ، وَرَجُلٌ يَقْرَأُ خَلْفَهُ ، فَلَمَّا انْصَرَفَ قَالَ : أَيُّكُمْ قَرَأَ بِـ{سَبِّحِ اسْمَ رَبِّكَ الأَعْلَى} ؟ فَقَالَ رَجُلٌ مِنَ الْقَوْمِ : أَنَا وَلَمْ أُرِدْ بِهَا إِلاَّ الْخَيْرَ . فَقَالَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : قَدْ عَرَفْتُ أَنَّ بَعْضَكُمْ قَدْ خَالَجَنِيهَا.
“İmran ibn Husayn ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr və ya Əsr namazını qıldıqda onun arxasında bir kişi (namazda Qurandan səsli şəkildə) oxuyurdu. Peyğəmbər ﷺ namazı bitirdikdən sonra dedi: “Ən Uca Rəbbinin adına təriflər de!” (“əl-Ə'lə” surəsini) oxuyan kim idi?” Camaatdan olan bir kişi dedi: “Mən idim və bununla da yalnız xeyir istəyirdim”. Peyğəmbər ﷺ dedi: “Sizin oxumağınız məni namazdan yayındırdı”.”
İstinad
Nəsəi, 918 (İftitah, 43)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı