Namaza başlamaq kitabı

Səsli namazlarda imamın arxasında Quranı səsli oxumağın tərk edilməsi

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ ابْنِ أُكَيْمَةَ اللَّيْثِيِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ انْصَرَفَ مِنْ صَلاَةٍ جَهَرَ فِيهَا بِالْقِرَاءَةِ فَقَالَ : هَلْ قَرَأَ مَعِي أَحَدٌ مِنْكُمْ آنِفًا ؟ قَالَ رَجُلٌ : نَعَمْ يَا رَسُولَ اللهِ . قَالَ : إِنِّي أَقُولُ مَا لِي أُنَازَعُ الْقُرْآنَ قَالَ : فَانْتَهَى النَّاسُ عَنِ الْقِرَاءَةِ فِيمَا جَهَرَ فِيهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْقِرَاءَةِ مِنَ الصَّلاَةِ حِينَ سَمِعُوا ذَلِكَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ səsli oxuduğu namazı bitirdikdən sonra bizə tərəf çevrilib dedi: “Sizdən biriniz mənimlə birlikdə oxuyurdumu?” Bir kişi dedi: “Bəli, (mən oxuyurdum), ey Allahın Elçisi!” O dedi: “Deyirəm axı, məni Quran oxuyanda çaşdıran nədir?!” Hədisin ravilərindən biri dedi: “Bunu eşidəndən sonra insanlar Allah Elçisinin ﷺ səsli oxuduğu namazlarda (onun arxasında Quran) oxumağı tərk etdilər”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 919 (İftitah, 44)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı