Namaza başlamaq kitabı

İmam “Quranın Anasını” (“əl-Fatihə” surəsini) səsli oxuduğu zaman arxasındakıların onu oxuması

أَخْبَرَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، عَنْ صَدَقَةَ ، عَنْ زَيْدِ بْنُ وَاقِدٍ ، عَنْ حَرَامِ بْنِ حَكِيمٍ ، عَنْ نَافِعِ بْنِ مَحْمُودِ بْنِ رَبِيعَةَ ، عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْضَ الصَّلَوَاتِ الَّتِي يُجْهَرُ فِيهَا بِالْقِرَاءَةِ فَقَالَ : لاَ يَقْرَأَنَّ أَحَدٌ مِنْكُمْ إِذَا جَهَرْتُ بِالْقِرَاءَةِ إِلاَّ بِأُمِّ الْقُرْآنِ.

“Rəvayət edilir ki, Ubadə ibn əs-Samit ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə səsli namazlardan birini qıldırdıqdan sonra dedi: “Sizdən heç kim mənim səsli oxuduğum namazlarda “Kitabın Anasından” (“əl-Fatihə” surəsindən) başqa heç bir şeyi səsli oxumasın”.”

Ubadə ibn əs-Samit
Zəif

İstinad

Nəsəi, 920 (İftitah, 45)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı