Namaza başlamaq kitabı

Allahın ﷿ “Quran oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun”- kəlamının yozumu

أَخْبَرَنَا الْجَارُودُ بْنُ مُعَاذٍ التِّرْمِذِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ مُحَمَّدِ بْنُ عَجْلاَنَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا قَرَأَ فَأَنْصِتُوا ، وَإِذَا قَالَ سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ فَقُولُوا : اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, imam ona tabe olunması üçün təyin edilmişdir. O, təkbir etdikdə siz də təkbir edin. O oxuduqda siz susun! O: “Allah Ona həmd edəni eşitdi!”- dedikdə siz: “Allahım, ey Rəbbimiz, həmd Sənə məxsusdur!”- deyin”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 921 (İftitah, 46)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı