Namazda Quran oxunuşuna başlayanda “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” demək
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنُ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، حَدَّثَنَا اللَّيْثُ ، حَدَّثَنَا خَالِدٌ ، عَنْ سَعِيدِ بْنِ أَبِي هِلاَلٍ ، عَنْ نُعَيْمٍ الْمُجْمِرِ قَالَ : صَلَّيْتُ وَرَاءَ أَبِي هُرَيْرَةَ فَقَرَأَ : {بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ} ، ثُمَّ قَرَأَ بِأُمِّ الْقُرْآنِ حَتَّى إِذَا بَلَغَ {غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَقَالَ : آمِينَ . فَقَالَ النَّاسُ : آمِينَ وَيَقُولُ : كُلَّمَا سَجَدَ اللهِ أَكْبَرُ ، وَإِذَا قَامَ مِنَ الْجُلُوسِ فِي الاِثْنَتَيْنِ قَالَ : اللهِ أَكْبَرُ ، وَإِذَا سَلَّمَ قَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنِّي لأَشْبَهُكُمْ صَلاَةً بِرَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Nueym əl-Mucmir ﵀ demişdir: “Əbu Hureyranın arxasında namaz qılırdım. O: ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!”- dedi, sonra “Kitabın Anasını” (“əl-Fatihə” surəsini) “Ğayril-məğdu:bi aleyhim valəd-da:lli:n!” yerinə qədər oxudu, sonra: “Amin!”- dedi. İnsanlar da onun ardından: “Amin”- dedilər. O, hər dəfə səcdəyə getdikdə “Allahu Əkbər” deyirdi. Həmçinin ikinci rükətin oturuşundan qalxdıqda “Allahu Əkbər” deyirdi. (Namazı bitirib) salam verdikdən sonra isə dedi: “Canım Əlində Olana and olsun ki, namazını Allah Elçisinin ﷺ namazına ən çox oxşadan mənəm”.”
İstinad
Nəsəi, 905 (İftitah, 30)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı