Namaza başlamaq kitabı

Namazda Quran oxunuşuna başlayanda “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” demək

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الْمُخْتَارِ بْنُ فُلْفُلٍ ، عَنْ أَنَسِ بْنُ مَالِكٍ قَالَ : بَيْنَمَا ذَاتَ يَوْمٍ بَيْنَ أَظْهُرِنَا يُرِيدُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ أَغْفَى إِغْفَاءَةً ، ثُمَّ رَفَعَ رَأْسَهُ مُتَبَسِّمًا فَقُلْنَا لَهُ : مَا أَضْحَكَكَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : نَزَلَتْ عَلَيَّ آنِفًا سُورَةٌ : {بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ . إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ . فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ . إِنَّ شَانِئَكَ هُوَ الأَبْتَرُ} . ثُمَّ قَالَ : هَلْ تَدْرُونَ مَا الْكَوْثَرَ ؟ قُلْنَا : اللهِ وَرَسُولُهُ أَعْلَمُ . قَالَ : فَإِنَّهُ نَهْرٌ وَعَدَنِيهِ رَبِّي فِي الْجَنَّةِ ، آنِيَتُهُ أَكْثَرُ مِنْ عَدَدِ الْكَوَاكِبِ ، تَرِدُهُ عَلَيَّ أُمَّتِي فَيُخْتَلَجُ الْعَبْدُ مِنْهُمْ ، فَأَقُولُ : يَا رَبِّ إِنَّهُ مِنْ أُمَّتِي ، فَيَقُولُ لِي : إِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثَ بَعْدَكَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizim aramızda oturmuşdu. O, mürgülədi, sonra gülümsəyərək başını qaldırdı. Biz dedik: “Səni güldürən nədir, ey Allahın Elçisi?” O dedi: “Elə indicə mənə surə nazil oldu: “Mərhəmətli və Rəhmli Allahın adı ilə! Həqiqətən, Biz Kövsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur”. (əl-Kövsər, 1-3). Sonra dedi: “Bilirsinizmi Kövsər nədir?” Biz dedik: “Allah və Onun Elçisi daha yaxşı bilir”. O dedi: “Həqiqətən, o, Cənnətdə Rəbbimin mənə vəd etdiyi çaydır. Onun (ətrafında olan) qədəhləri ulduzların sayından çoxdur. Mənim ümmətim ora gələcək. Onlardan bir bəndə oradan qovulacaq. Mən deyəcəm: “Ey Rəbbim, o, mənim ümmətimdəndir!?” Onda O, mənə deyəcək: “Həqiqətən, sən bilmirsən ki, onlar səndən sonra nə yeniliklər etdilər”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Nəsəi, 904 (İftitah, 29)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı