Sübh namazında “Qaf” surəsini oxumaq
أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، وَاللَّفْظُ لَهُ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ زِيَادِ بْنُ عِلاَقَةَ قَالَ : سَمِعْتُ عَمِّي يَقُولُ : صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصُّبْحَ فَقَرَأَ فِي إِحْدَى الرَّكْعَتَيْنِ وَالنَّخْلَ بَاسِقَاتٍ لَهَا طَلْعٌ نَضِيدٌ قَالَ شُعْبَةُ : فَلَقِيتُهُ فِي السُّوقِ فِي الزِّحَامِ فَقَالَ : ق
“Rəvayət edilir ki, Ziyad ibn İlaqa ﵀ demişdir: “Mən əmimin belə dediyini eşitdim: “Allah Elçisi ﷺ ilə birlikdə Sübh namazını qılırdım. O, iki rükətin birində “Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik” (Qaf, 10) ayəsinə qədər oxudu”. Hədisin ravilərindən biri Şöbə dedi: “Mən bu adamı bazarda toplum arasında gördüm. O, “Qaf” surəsini oxuyurdu”.”
İstinad
Nəsəi, 950 (İftitah, 75)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı