Namaza başlamaq kitabı

Allahın ﷿ “Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik” (əl-Hicr, 87) kəlamının yozumu

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ خُبَيْبِ بْنُ عَبْدِ الرَّحْمَنِ قَالَ : سَمِعْتُ حَفْصَ بْنِ عَاصِمٍ يُحَدِّثُ ، عَنْ أَبِي سَعِيدِ بْنَ الْمُعَلَّى ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِهِ وَهُوَ يُصَلِّي فَدَعَاهُ قَالَ : فَصَلَّيْتُ ثُمَّ أَتَيْتُهُ فَقَالَ : مَا مَنَعَكَ أَنَّ تُجِيبَنِي ؟ قَالَ : كُنْتُ أُصَلِّي . قَالَ : أَلَمْ يَقُلِ اللَّهُ عَزَّ وَجَلَّ : {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ} ، أَلاَ أُعَلِّمُكَ أَعْظَمَ سُورَةٍ قَبْلَ أَنْ أَخْرُجَ مِنَ الْمَسْجِدِ ؟ قَالَ : فَذَهَبَ لِيَخْرُجَ قُلْتُ : يَا رَسُولَ اللهِ ، قَوْلَكَ . قَالَ : {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} هِيَ السَّبْعُ الْمَثَانِي الَّذِي أُوتِيتُ وَالْقُرْآنُ الْعَظِيمُ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Muallə ﵁ namaz qıldığı vaxt Peyğəmbər ﷺ onun yanından keçirdi və onu çağırdı. O dedi: “Mən namaz qıldım, sonra da onun yanına getdim. Peyğəmbər ﷺ dedi: “Mən çağırdıqda yanıma gəlməyə sənə nə mane oldu?” O dedi: “Mən namaz qılırdım”. O dedi: “Məgər Allahın: “Ey iman gətirənlər! Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin…”. (əl-Ənfal, 24) buyurduğunu eşitməmisənmi?! Məgər məsciddən çıxmazdan qabaq sənə ən əzəmətli surənin hansının olduğunu öyrətməyimi istəmirsənmi?” Peyğəmbər ﷺ məsciddən çıxmaq istədikdə mən ona dedim: “Ey Allahın Elçisi, (sən mənə əzəmətli bir surə) öyrədəcəkdin?!” O dedi: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” Bu təkrarlanan yeddi ayədir və mənə əzəmətli Quran verilmişdir”.”

Əbu Səid əl-Muallə
Səhih

İstinad

Nəsəi, 913 (İftitah, 38)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı