Allahın ﷿ “Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik” (əl-Hicr, 87) kəlamının yozumu
أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، عَنِ الْعَلاَءِ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ فِي التَّوْرَاةِ ، وَلاَ فِي الإِنْجِيلِ مِثْلَ أُمِّ الْقُرْآنِ وَهِيَ السَّبْعُ الْمَثَانِي ، وَهِيَ مَقْسُومَةٌ بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ.
“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah ﷿ nə Tövratda, nə də İncildə “Quranın Anası” kimi bir (surə) endirməmişdir. O, yeddi təkrarlanan (ayədir). (Allah buyurur:) “Onu Özümlə qulum arasında böldüm. Quluma istədiyi var”.”
İstinad
Nəsəi, 914 (İftitah, 39)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı