Məğrib namazında “Əlif, Ləm, Mim, Sad” (“əl-Əraf” surəsini) oxumaq
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ عَمْرِو بْنُ الْحَارِثِ ، عَنْ أَبِي الأَسْوَدِ ، أَنَّهُ سَمِعَ عُرْوَةَ بْنِ الزُّبَيْرِ يُحَدِّثُ ، عَنْ زَيْدِ بْنَ ثَابِتٍ ، أَنَّهُ قَالَ لِمَرْوَانَ : يَا أَبَا عَبْدِ الْمَلِكِ أَتَقْرَأُ فِي الْمَغْرِبِ بِقُلْ هُوَ اللَّهُ أَحَدٌ ، وَإِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ ؟ قَالَ : نَعَمْ . قَالَ : فَمَحْلُوفَةٌ لَقَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقْرَأُ فِيهَا بِأَطْوَلِ الطُّولَيَيْنِ المص.
“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ Mərvana dedi: “Ey Əbu Abdul-Məlik, sən Məğrib namazında “əl-İxlas” və “əl-Kövsər” surələrini oxuyursanmı?” O: “Bəli”- dedi. Zeyd ibn Sabit dedi: “Allaha and olsun ki, mən Allah Elçisini ﷺ Məğrib namazında iki uzun surədən biri olan “Əlif, Ləm, Mim, Sad” (“əl-Əraf” surəsini) oxuyan görmüşəm”.”
İstinad
Nəsəi, 989 (İftitah, 114)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı