Namaza başlamaq kitabı

Bir rükətdə iki surə oxumaq

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ عَبْدِ اللهِ قَالَ : إِنِّي لأَعْرِفُ النَّظَائِرَ الَّتِي كَانَ يَقْرَأُ بِهِنَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عِشْرِينَ سُورَةً فِي عَشْرِ رَكَعَاتٍ ثُمَّ أَخَذَ بِيَدِ عَلْقَمَةَ فَدَخَلَ ، ثُمَّ خَرَجَ إِلَيْنَا عَلْقَمَةَ فَسَأَلْنَاهُ فَأَخْبَرَنَا بِهِنَّ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Mən bir-birinə oxşayan surələr bilirəm ki, Allah Elçisi ﷺ həmin iyirmi surəni on rükətdə oxuyardı”. Sonra Abdullah ibn Məsud Alqamənin əlindən tutub içəri girdi. Daha sonra çıxdı və yanımıza gəldi. Biz ondan surələrin adlarını soruşduqda onların adlarını bizə dedi.”

Abdullah
Səhih

İstinad

Nəsəi, 1004 (İftitah, 129)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı