Namaza başladıqda açılış duası ilə qiraət arasında olan zikr
أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنُ إِبْرَاهِيمَ قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ : أَنْبَأَنَا جَعْفَرُ بْنِ سُلَيْمَانَ ، عَنْ عَلِيِّ بْنُ عَلِيٍّ ، عَنْ أَبِي الْمُتَوَكِّلِ ، عَنْ أَبِي سَعِيدٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا افْتَتَحَ الصَّلاَةَ قَالَ : سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ تَبَارَكَ اسْمُكَ وَتَعَالَى جَدُّكَ وَلاَ إِلَهَ غَيْرُكَ.
“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Peyğəmbər ﷺ namaza başladıqda dedi: “Allahım, Sən pak və müqəddəssən! Həmd Sənə məxsusdur! Sənin adın mübarək, əzəmətin ucadır! Səndən başqa ibadətə layiq məbud yoxdur!””
İstinad
Nəsəi, 899 (İftitah, 24)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı