Namaza başlamaq kitabı

Namazda imama tabe olanın asqırdıqda dediyi söz

أَخْبَرَنَا عَبْدُ الْحَمِيدِ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدُ الْجَبَّارِ بْنُ وَائِلٍ ، عَنْ أَبِيهِ ، قَالَ : صَلَّيْتُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا كَبَّرَ رَفَعَ يَدَيْهِ أَسْفَلَ مِنْ أُذُنَيْهِ ، فَلَمَّا قَرَأَ {غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} قَالَ : آمِينَ . فَسَمِعْتُهُ وَأَنَا خَلْفَهُ قَالَ : فَسَمِعَ رَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً يَقُولُ : الْحَمْدُ لِلَّهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ ، فَلَمَّا سَلَّمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ صَلاَتِهِ قَالَ : مِنْ صَاحِبُ الْكَلِمَةِ فِي الصَّلاَةِ ؟ فَقَالَ الرَّجُلُ : أَنَا يَا رَسُولُ اللهِ ، وَمَا أَرَدْتُ بِهَا بَأْسًا . قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَقَدْ ابْتَدَرَهَا اثْنَا عَشَرَ مَلَكًا ، فَمَا نَهْنَهَهَا شَيْءٌ دُونَ الْعَرْشِ.

“Abdul-Cabbar ibn Vail atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ arxasında namaz qıldım. Təkbir etdikdə əllərini qulaqlarının alt hissəsinə qədər qaldırdı. “Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!” (əl-Fatihə, 7)”- dedikdə “Amin” dedi. Mən onun arxasında olduğum üçün bunu eşitdim. Allah Elçisi ﷺ bir kişinin namazda belə dediyini eşitdi: “Allaha həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd!” Peyğəmbər ﷺ namazında salam verdikdən sonra belə dedi: “Namazda deyilən sözləri kim dedi?” Həmin kişi dedi: “Mən idim, ey Allahın Elçisi! Pis bir şey demək istəyim yox idi”. Peyğəmbər ﷺ buyurdu: “Artıq bu kəlmələri qaldırmaq üçün on iki mələk yarışdı və Ərşin altına qalxana kimi onların qarşısında heç kim dayanmadı”. (“Onların qarşısında heç kim dayanmadı” sözü zəifdir).”

Abdul-Cabbar ibn Vail atasından
Səhih

İstinad

Nəsəi, 932 (İftitah, 57)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı