Namaza başlamaq kitabı

Namazda imama tabe olanın asqırdıqda dediyi söz

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا رِفَاعَةُ بْنُ يَحْيَى بْنُ عَبْدِ اللهِ بْنِ رِفَاعَةُ بْنِ رَافِعٍ ، عَنْ عَمِّ أَبِيهِ مُعَاذِ بْنِ رِفَاعَةَ بْنِ رَافِعٍ ، عَنْ أَبِيهِ قَالَ : صَلَّيْتُ خَلْفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَطَسْتُ فَقُلْتُ : الْحَمْدُ لِلَّهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ مُبَارَكًا عَلَيْهِ ، كَمَا يُحِبُّ رَبُّنَا وَيَرْضَى ، فَلَمَّا صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ انْصَرَفَ فَقَالَ : مَنَ الْمُتَكَلِّمُ فِي الصَّلاَةِ ؟ فَلَمْ يُكَلِّمْهُ أَحَدٌ ، ثُمَّ قَالَهَا الثَّانِيَةَ : مَنَ الْمُتَكَلِّمُ فِي الصَّلاَةِ ؟ فَقَالَ رِفَاعَةُ بْنُ رَافِعِ ابْنِ عَفْرَاءَ : أَنَا يَا رَسُولُ اللهِ . قَالَ : كَيْفَ قُلْتَ ؟ قَالَ : قُلْتَ الْحَمْدُ لِلَّهِ حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ مُبَارَكًا عَلَيْهِ كَمَا يُحِبُّ رَبُّنَا وَيَرْضَى ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ لَقَدْ ابْتَدَرَهَا بِضْعَةٌ وَثَلاَثُونَ مَلَكًا أَيُّهُمْ يَصْعَدُ بِهَا.

“Muaz ibn Rifəa ibn Rafi atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ arxasında namaz qıldıqda asqırıb dedim: “Allaha həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd, bərəkət Ondandır, Rəbbimizin sevdiyi və razı olduğu həmd!” Allah Elçisi ﷺ namazı bitirdikdən sonra çevrilib dedi: “Namazda o kəlmələri deyən kim idi?” Heç kəs dinmədi. Sonra ikinci dəfə soruşdu: “Namazda o kəlmələri deyən kim idi?” Rifəa ibn Rafi ibn Afraə dedi: “Mən idim, ey Allahın Elçisi!” O dedi: “Necə demişdin (təkrar et)?” O (təkrar edərək) dedi: “Allaha həmd olsun; (özü də) çoxlu, xoş, mübarək bir həmd, bərəkət Ondandır, Rəbbimizin sevdiyi və razı olduğu həmd!” Peyğəmbər ﷺ dedi: “Canım Əlində Olana and olsun! Artıq otuzdan çox mələk bu kəlmələri hansının qaldırması üçün yarışdılar”.”

Muaz ibn Rifəa ibn Rafi atasından
Həsən

İstinad

Nəsəi, 931 (İftitah, 56)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı