Namaza başlamaq kitabı

“De: “O Allah təkdir!” (“əl-İxlas” surəsini) oxumağın fəziləti

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ الْحَارِثِ ، عَنْ سَعِيدِ بْنُ أَبِي هِلاَلٍ ، أَنَّ أَبَا الرِّجَالِ مُحَمَّدَ بْنُ عَبْدِ الرَّحْمَنِ حَدَّثَهُ ، عَنْ أُمِّهِ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَ رَجُلاً عَلَى سَرِيَّةٍ ، فَكَانَ يَقْرَأُ لأَصْحَابِهِ فِي صَلاَتِهِمْ فَيَخْتِمُ بِـ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ} ، فَلَمَّا رَجَعُوا ذَكَرُوا ذَلِكَ لِرَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : سَلُوهُ ، لأَيِّ شَيْءٍ فَعَلَ ذَلِكَ ؟ فَسَأَلُوهُ فَقَالَ : لأَنَّهَا صِفَةُ الرَّحْمَنِ عَزَّ وَجَلَّ ، فَأَنَا أُحِبُّ أَنَّ أَقْرَأَ بِهَا . قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَخْبِرُوهُ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُحِبُّهُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ bir kişini kiçik bir dəstəyə başçı təyin etmişdi. O da öz yoldaşları ilə namaz qıldıqda onlara oxuduğuna “əl-İxlas” surəsi ilə xitam verib bitirirdi. Qayıtdıqda bunu Allah Elçisinə ﷺ dedilər. O dedi: “Ondan bunu nə üçün belə etdiyini soruşun”. Onlar bunu həmin kişidən soruşduqda dedi: “Bu (surədə) ər-Rahmənin ﷿ sifəti var. Mən də onu oxumağı sevirəm”. Allah Elçisi ﷺ dedi: “Ona xəbər verin ki, həqiqətən, Allah ﷿ onu sevir”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 993 (İftitah, 118)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı