“De: “O Allah təkdir!” (“əl-İxlas” surəsini) oxumağın fəziləti
أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عُبَيْدِ بْنِ حُنَيْنٍ ، مَوْلَى آلِ زَيْدِ بْنِ الْخَطَّابِ قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : أَقْبَلْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَسَمِعَ رَجُلاً يَقْرَأُ {قُلْ هُوَ اللهِ أَحَدٌ اللَّهُ الصَّمَدُ ، لَمْ يَلِدْ وَلَمْ يُولَدْ ، وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ} ، فَقَالَ رَسُولِ اللَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَجَبَتْ . فَسَأَلْتُهُ مَاذَا يَا رَسُولُ اللهِ ؟ قَالَ : الْجَنَّةُ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə getdiyimiz yerdən qayıdırdıq. O, bir kişinin “De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur” (“əl-İxlas” surəsini) oxuduğunu eşitdi. Allah Elçisi ﷺ: “Vacib oldu”- dedi. Mən ondan soruşdum: “Nə vacib oldu, ey Allahın Elçisi?” O dedi: “Cənnət!””
İstinad
Nəsəi, 994 (İftitah, 119)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı