Namaza başlamaq kitabı

“De: “O Allah təkdir!” (“əl-İxlas” surəsini) oxumağın fəziləti

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ عَبْدِ اللهِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي صَعْصَعَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ رَجُلاً سَمِعَ رَجُلاً يَقْرَأُ : {قُلْ هُوَ اللهِ أَحَدٌ} يُرَدِّدُهَا ، فَلَمَّا أَصْبَحَ جَاءَ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرَ ذَلِكَ لَهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ إِنَّهَا لَتَعْدِلُ ثُلُثَ الْقُرْآنِ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, bir kişi başqa birinin “De: “O Allah Təkdir!” (“əl-İxlas” surəsini) təkrar-təkrar oxuduğunu eşitdi. Səhər Peyğəmbərin ﷺ yanına gedib bu məsələni ona danışdı. Allah Elçisi ﷺ buyurdu: “Canım Əlində Olana and olsun! Həqiqətən, o (“əl-İxlas” surəsi), Quranın üçdə birinə bərabərdir”.”

Əbu Səid əl-Xudri
Səhih

İstinad

Nəsəi, 995 (İftitah, 120)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı