Namaza başlamaq kitabı

Günorta (Zöhr) namazında olan qiraət

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى قَالَ : أَنْبَأَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : فِي كُلِّ صَلاَةٍ قِرَاءَةٌ ، فَمَا أَسْمَعَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَسْمَعْنَاكُمْ ، وَمَا أَخْفَاهَا أَخْفَيْنَا مِنْكُمْ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Hər bir namazda qiraət var. Allah Elçisi ﷺ bizə nəyi səsli oxudusa, biz də sizə onu səsli oxuduq. Nəyi səssiz oxudusa, biz də sizə onu səssiz oxuduq”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 970 (İftitah, 95)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı