Namaza başlamaq kitabı

“ən-Nəcm” surəsini (oxuyarkən) səcdə etməmək

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ قَالَ : أَنْبَأَنَا إِسْمَاعِيلُ وَهُوَ ابْنُ جَعْفَرٍ ، عَنْ يَزِيدَ بْنُ خُصَيْفَةَ ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ بْنِ قُسَيْطٍ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، أَنَّهُ سَأَلَ زَيْدَ بْنِ ثَابِتٍ عَنِ الْقِرَاءَةِ مَعَ الإِمَامِ . فَقَالَ : لاَ قِرَاءَةَ مَعَ الإِمَامِ فِي شَيْءٍ . وَزَعَمَ أَنَّهُ قَرَأَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَالنَّجْمِ إِذَا هَوَى فَلَمْ يَسْجُدْ.

“Rəvayət edilir ki, Əta ibn Yəsər ﵀ Zeyd ibn Sabitdən namaz qılarkən imamla birlikdə olan qiraət haqqında soruşdu. Zeyd dedi: “Heç bir halda (namaz qılarkən) imamla birlikdə (imama tabe olanlar üçün) qiraət yoxdur”. O, Allah Elçisi ﷺ üçün “ən-Nəcm” surəsini oxumuş və Allah Elçisi ﷺ də səcdə etməmişdi.”

Əta ibn Yəsər
Səhih

İstinad

Nəsəi, 960 (İftitah, 85)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı