Fərz namazlarında (Quran oxuyarkən) səcdə etmək
أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ سُلَيْمٍ وَهُوَ ابْنُ أَخْضَرَ ، عَنِ التَّيْمِيِّ قَالَ : حَدَّثَنِي بَكْرُ بْنُ عَبْدِ اللهِ الْمُزَنِيُّ ، عَنْ أَبِي رَافِعٍ قَالَ : صَلَّيْتُ خَلْفَ أَبِي هُرَيْرَةَ صَلاَةَ الْعِشَاء يَعْنِي الْعَتَمَةَ فَقَرَأَ سُورَةَ إِذَا السَّمَاءُ انْشَقَّتْ فَسَجَدَ فِيهَا . فَلَمَّا فَرَغَ قُلْتُ : يَا أَبَا هُرَيْرَةَ هَذِهِ - يَعْنِي سَجْدَةً - مَا كُنَّا نَسْجُدُهَا . قَالَ : سَجَدَ بِهَا أَبُو الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا خَلْفَهُ فَلاَ أَزَالُ أَسْجُدُ بِهَا حَتَّى أَلْقَى أَبَا الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Əbu Rafi ﵀ demişdir: “Mən Əbu Hureyranın arxasında İşa namazını qıldım. O, “əl-İnşiqaq” surəsini oxudu və səcdə etdi. Namazı bitirdikdə ona dedim: “Ey Əbu Hureyra, axı biz bu səcdəni etmirik!” O dedi: “Əbul-Qasim (Peyğəmbər) ﷺ bu səcdəni etdi və mən də onun arxasında idim. Mən Əbul-Qasimlə ﷺ görüşənədək bu səcdəni edəcəyəm”.”
İstinad
Nəsəi, 968 (İftitah, 93)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı