Namazda ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözünü səssiz demək
أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ غِيَاثٍ قَالَ : أَخْبَرَنِي أَبُو نَعَامَةَ الْحَنَفِيُّ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَبْدِ اللهِ بْنُ مُغَفَّلٍ قَالَ : كَانَ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ إِذَا سَمِعَ أَحَدَنَا يَقْرَأُ : {بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ} يَقُولُ : صَلَّيْتُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَخَلْفَ أَبِي بَكْرٍ وَخَلْفَ عُمَرَ رَضِيَ اللهِ عَنْهُمَا فَمَا سَمِعْتُ أَحَدًا مِنْهُمْ قَرَأَ {بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ}.
“Rəvayət edilir ki, Abdullah ibn Muğaffəlin oğlu ﵀ demişdir: “Abdullah ibn Muğaffəl bizdən birinin ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözünü səsli dediyimizi eşitdikdə deyərdi: “Mən Allah Elçisinin ﷺ, Əbu Bəkrin və Ömərin ﵄ arxasında namaz qılmışam, lakin onların heç birinin ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözünü səsli dediyini eşitməmişəm”.”
İstinad
Nəsəi, 908 (İftitah, 33)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı