Namaza başlamaq kitabı

Səsli namazları qıldıqda “əl-Fatihə” surəsində ”Mərhəmətli və Rəhmli Allahın adı ilə!” sözünü səsli oxumağı tərk etmək

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، أَنَّهُ سَمِعَ أَبَا السَّائِبِ مَوْلَى هِشَامِ بْنِ زُهْرَةَ يَقُولُ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَلَّى صَلاَةً لَمْ يَقْرَأْ فِيهَا بِأُمِّ الْقُرْآنِ فَهِيَ خِدَاجٌ ، هِيَ خِدَاجٌ ، هِيَ خِدَاجٌ غَيْرُ تَمَامٍ فَقُلْتُ : يَا أَبَا هُرَيْرَةَ إِنِّي أَحْيَانًا أَكُونُ وَرَاءَ الإِمَامِ ، فَغَمَزَ ذِرَاعِي وَقَالَ : اقْرَأْ بِهَا يَا فَارِسِيُّ فِي نَفْسِكَ فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : قَسَمْتُ الصَّلاَةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ فَنِصْفُهَا لِي وَنِصْفُهَا لِعَبْدِي ، وَلِعَبْدِي مَا سَأَلَ . قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْرَؤُوا يَقُولُ الْعَبْدُ : {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ} يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : حَمِدَنِي عَبْدِي . يَقُولُ الْعَبْدُ : {الرَّحْمَنِ الرَّحِيمِ} يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : أَثْنَى عَلَيَّ عَبْدِي . يَقُولُ الْعَبْدُ : {مَالِكِ يَوْمِ الدِّينِ} يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ : مَجَّدَنِي عَبْدِي . يَقُولُ الْعَبْدُ : {إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ} فَهَذِهِ الآيَةُ بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ . يَقُولُ الْعَبْدُ : {اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَهَؤُلاَءِ لِعَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim namaz qılarkən “Quranın Anasını” (“əl-Fatihə” surəsini) oxumazsa, onun namazı naqisdir! Onun namazı naqisdir! Onun namazı naqisdir və tam deyil!” Mən dedim: “Ey Əbu Hureyra! Mən namazda imamın arxasında oluram”. O, əlini mənim əlimə vurdu və dedi: “Onu (“əl-Fatihə” surəsini) öz nəfsində oxu, ey farslı! Mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Allah ﷿ belə buyurur: “Mən namazı Özümlə qulum arasında yarıya böldüm. Yarısı Mənim, yarısı isə qulumundur, quluma dilədiyi veriləcək”. Allah Elçisi ﷺ dedi: “Onu oxuyun! Qul: “Həmd olsun aləmlərin Rəbbi Allaha!”- dedikdə Allah ﷿: “Qulum Mənə həmd-səna etdi”- deyir. O: “Mərhəmətli və Rəhmliyə”- dedikdə Allah ﷿: “Qulum Məni təriflədi”- deyir. O: “Haqq-hesab gününün Hökmdarına!”- dedikdə Allah ﷿: “Qulum Mənim şənimə təriflər söylədi”- deyir. Qul: “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”- dedikdə Allah buyurur: “Bu ayə Mənimlə qulum arasındadır, quluma dilədiyi veriləcək”. Qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox!”- dedikdə (Allah buyurur): “Bu ayələr qulum üçündür, quluma dilədiyi veriləcək!””

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 909 (İftitah, 34)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı