Namaza başlamaq kitabı

(Namaza başladıqda) birinci təkbirin fərz olması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عُمَرَ قَالَ : حَدَّثَنِي سَعِيدُ بْنُ أَبِي سَعِيدُ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ ، فَدَخَلَ رَجُلٌ فَصَلَّى ، ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَرَدَّ عَلَيْهِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَالَ : ارْجِعْ فَصَلِّ ؛ فَإِنَّكَ لَمْ تُصَلِّ . فَرَجَعَ فَصَلَّى كَمَا صَلَّى ، ثُمَّ جَاءَ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسَلَّمَ عَلَيْهِ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَعَلَيْكَ السَّلاَمُ ، ارْجِعْ فَصَلِّ ؛ فَإِنَّكَ لَمْ تُصَلِّ . فَعَلَ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ، فَقَالَ الرَّجُلُ : وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ مَا أُحْسِنُ غَيْرَ هَذَا فَعَلِّمْنِي قَالَ : إِذَا قُمْتَ إِلَى الصَّلاَةِ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ مَا تَيَسَّرَ مَعَكَ مِنَ الْقُرْآنِ ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ جَالِسًا ، ثُمَّ افْعَلْ ذَلِكَ فِي صَلاَتِكَ كُلِّهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidə daxil olduqda bir kişi də məscidə gəldi və namaz qılmağa başladı. Sonra Allah Elçisinin ﷺ yanına gəlib ona salam verdi. Allah Elçisi ﷺ onun salamını aldıqdan sonra dedi: “Qayıt, namaz qıl, çünki sən namaz qılmamısan!” O, qayıdıb əvvəlki kimi namaz qıldı. Sonra Peyğəmbərin ﷺ yanına gəlib ona salam verdi. Allah Elçisi ﷺ ona dedi: “Sənə də salam olsun! Qayıt, namaz qıl, çünki sən namaz qılmamısan!” O, bunu üç dəfə etdi. Həmin kişi dedi: “Səni haqq ilə Göndərənə and olsun! Mən namazı bundan yaxşı qıla bilmirəm. Bunu mənə öyrət!” Peyğəmbər ﷺ dedi: “Namaza durduqda təkbir et, sonra sənə Qurandan asan gələni oxu! Sonra ruku et və (bədən üzvlərin) rahat olana qədər rukuda qal, sonra qalx və qamətini düzəlt. Sonra səcdə et və səcdədə rahat olana qədər qal. Sonra səcdədən qalx və rahat olana qədər otur. Sonra bunların hamısını namazın (bütün rükətlərində) et”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 884 (İftitah, 9)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı