Namaza başlamaq kitabı

(Namazda təkbir etdikdə) əlləri tam qaldırmaq

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي ذِئْبٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ سَمْعَانَ قَالَ : جَاءَ أَبُو هُرَيْرَةَ إِلَى مَسْجِدِ بَنِي زُرَيْقٍ فَقَالَ : ثَلاَثٌ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعْمَلُ بِهِنَّ تَرَكَهُنَّ النَّاسُ : كَانَ يَرْفَعُ يَدَيْهِ فِي الصَّلاَةِ مَدًّا ، وَيَسْكُتُ هُنَيْهَةً ، وَيُكَبِّرُ إِذَا سَجَدَ وَإِذَا رَفَعَ.

“Rəvayət edilir ki, Səid ibn Səman ﵀ demişdir: “Bir dəfə Əbu Hureyra Bəni Zureyq tayfasının məscidinə gəldi və dedi: “Üç əməl var ki, Allah Elçisi ﷺ onları edərdi, amma insanlar o əməlləri tərk etmişlər; namazda əllərini tam qaldırardı, bir qədər sükut edərdi, səcdə etdikdə və səcdədən qalxdıqda təkbir edərdi”.”

Səid ibn Səman
Səhih

İstinad

Nəsəi, 883 (İftitah, 8)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı