Namaza başlamaq kitabı

İmamın arxasında “Amin” deməyin əmr edilməsi

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا قَالَ الإِمَامُ : {غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلاَ الضَّالِّينَ} فَقُولُوا : آمِينَ ؛ فَإِنَّهُ مَنْ وَافَقَ قَوْلُهُ قَوْلَ الْمَلاَئِكَةِ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مَنْ ذَنْبِهِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “İmam: “Nemət bəxş etdiyin şəxslərin yoluna; qəzəbə uğramışların və azmışların yoluna deyil!” (əl-Fatihə, 7)”- dedikdə siz də “Amin” deyin. Kimin (“Amin”) deməsi mələklərin deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 929 (İftitah, 54)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı