İlk iki rükətin uzadılması
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : حَدَّثَنِي أَبُو عَوْنٍ قَالَ : سَمِعْتُ جَابِرَ بْنُ سَمُرَةَ يَقُولُ : قَالَ عُمَرُ لِسَعْدٍ قَدْ شَكَاكَ النَّاسُ فِي كُلِّ شَيْءٍ حَتَّى فِي الصَّلاَةِ ، فَقَالَ سَعْدٌ : أَتَّئِدُ فِي الأُولَيَيْنِ ، وَأَحْذِفُ فِي الأُخْرَيَيْنِ ، وَمَا آلُو مَا اقْتَدَيْتُ بِهِ مِنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : ذَاكَ الظَّنُّ بِكَ
“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Ömər Sədə dedi: “Artıq insanlar sənin hər şeyin, hətta namazın haqqında şikayət edirlər”. Səd dedi: “Mən (camaata namaz qıldırdıqda) ilk iki rükətdə tələsmirəm, son iki rükəti isə qısa qıldırıram. Bununla mən Allah Elçisinin ﷺ namazını heç bir şeyi əskiltmədən (insanlara) öyrətmişəm”. Ömər dedi: “Mən elə belə də bilirdim”.”
İstinad
Nəsəi, 1002 (İftitah, 127)
Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı