Namaza başlamaq kitabı

Quranda olanları cəm etmək

أَخْبَرَنِي يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ حُمَيْدٍ ، عَنْ أَنَسٍ ، عَنْ أُبَيٍّ ، قَالَ : مَا حَاكَ فِي صَدْرِي مُنْذُ أَسْلَمْتُ إِلاَّ أَنِّي قَرَأْتُ آيَةً وَقَرَأَهَا آخَرُ غَيْرَ قِرَاءَتِي ، فَقُلْتُ : أَقْرَأَنِيهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَقَالَ الآخَرُ : أَقْرَأَنِيهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : يَا نَبِيَّ اللَّهُ أَقْرَأْتَنِي آيَةَ كَذَا وَكَذَا . قَالَ : نَعَمْ . وَقَالَ الآخَرُ : أَلَمْ تُقْرِئْنِي آيَةَ كَذَا وَكَذَا ؟ قَالَ : نَعَمْ إِنَّ جِبْرِيلَ وَمِيكَائِيلَ عَلَيْهِمَا السَّلاَمُ أَتَيَانِي ، فَقَعَدَ جِبْرِيلَ عَنْ يَمِينِي وَمِيكَائِيلَ عَنْ يَسَارِي ، فَقَالَ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ : اقْرَأِ الْقُرْآنَ عَلَى حَرْفٍ . قَالَ مِيكَائِيلُ : اسْتَزِدْهُ اسْتَزِدْهُ حَتَّى بَلَغَ سَبْعَةَ أَحْرُفٍ فَكُلُّ حَرْفٍ شَافٍ كَافٍ.

“Rəvayət edilir ki, Ubey ﵁ demişdir: “İslamı qəbul etdikdən sonra mənim qəlbimə heç bir şəkk-şübhə düşməmişdi, lakin bu ayəni başqa birisi başqa bir şəkildə oxuduqdan sonra düşdü. Mən dedim: “Bu ayəni Allah Elçisi ﷺ mənə oxuyub”. O biri dedi: “Mənə də Allah Elçisi ﷺ oxuyub”. Mən Peyğəmbərin ﷺ yanına gəlib dedim: “Ey Allahın Peyğəmbəri! Sən mənə ayələri bu və bu şəkildə oxumadınmı?” O: “Bəli”- dedi. O biri dedi: “Sən mənə ayələri bu və bu şəkildə oxumadınmı?” Peyğəmbər ﷺ dedi: “Bəli. Həqiqətən, Cəbrail və Mikail ﵇ mənim yanıma gəldilər. Cəbrail mənim sağımda, Mikail də solumda oturdular. Cəbrail ﵇ dedi: “Quranı bir ləhcə üzərində oxu!” Mikail dedi: “Artır, yeddi ləhcəyə qədər artır! Hər ləhcə şəfadır və kifayət edəndir”.”

Ubey
Səhih

İstinad

Nəsəi, 941 (İftitah, 66)

Sunən ən-Nəsəi — Namaza başlamaq kitabı