Tətbiq fəsli
أَخْبَرَنَا نُوحُ بْنُ حَبِيبٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ إِدْرِيسَ ، عَنْ عَاصِمِ بْنِ كُلَيْبٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ قَالَ : عَلَّمَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلاَةَ فَقَامَ فَكَبَّرَ ، فَلَمَّا أَرَادَ أَنْ يَرْكَعَ طَبَّقَ يَدَيْهِ بَيْنَ رُكْبَتَيْهِ وَرَكَعَ ، فَبَلَغَ ذَلِكَ سَعْدًا ، فَقَالَ : صَدَقَ أَخِي قَدْ كُنَّا نَفْعَلُ هَذَا ثُمَّ أُمِرْنَا بِهَذَا يَعْنِي : الإِمْسَاكَ بِالرُّكَبِ.
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə namaz qılmağı öyrətdi. O, qalxıb təkbir etdi. Ruku etmək istədikdə əllərini dizlərinin arasına qoyub ruku etdi”. Bu məsələ Sədə çatdıqda o dedi: “Mənim qardaşım düz dedi. Əvvəllər biz belə edərdik. Sonra əlləri dizlərə qoymaqla əmr olunduq”.”
İstinad
Nəsəi, 1031 (Tətbiq, 3)
Sunən ən-Nəsəi — Tətbiq kitabı