Tətbiq kitabı

Əlləri dizlərin arasına qoymağın hökmünün ləğv edilməsi

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ أَبِي يَعْفُورٍ ، عَنْ مُصْعَبِ بْنِ سَعْدٍ ، قَالَ : صَلَّيْتُ إِلَى جَنْبِ أَبِي وَجَعَلْتُ يَدَيَّ بَيْنَ رُكْبَتَيَّ ، فَقَالَ لِيَ : اضْرِبْ بِكَفَّيْكَ عَلَى رُكْبَتَيْكَ ، قَالَ : ثُمَّ فَعَلْتُ ذَلِكَ مَرَّةً أُخْرَى ، فَضَرَبَ يَدِي ، وَقَالَ : إِنَّا قَدْ نُهِينَا عَنْ هَذَا وَأُمِرْنَا أَنْ نَضْرِبَ بِالأَكُفِّ عَلَى الرُّكَبِ.

“Rəvayət edilir ki, Musab ibn Səd ﵀ demişdir: “Atamın yanında namaz qılırdım, əllərimi dizlərimin arasına qoyduqda, o mənə dedi: “Əllərinin ovcunu dizlərinin üst hissəsinə qoy!” Mən bunu bir də etdikdə o, mənim əllərimə vurub dedi: “Artıq bizə bunu etmək qadağan olundu və ovuclarımızı dizlərimizin üzərinə qoymaq əmr olundu”.”

Musab ibn Səd
Səhih

İstinad

Nəsəi, 1032 (Tətbiq, 4)

Sunən ən-Nəsəi — Tətbiq kitabı