Tətbiq kitabı

Əlləri dizlərin arasına qoymağın hökmünün ləğv edilməsi

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ إِسْمَعِيلَ بْنِ أَبِي خَالِدٍ ، عَنِ الزُّبَيْرِ بْنِ عَدِيٍّ ، عَنْ مُصْعَبِ بْنِ سَعْدٍ ، قَالَ : رَكَعْتُ فَطَبَّقْتُ ، فَقَالَ أَبِي : إِنَّ هَذَا شَيْءٌ كُنَّا نَفْعَلُهُ ثُمَّ ارْتَفَعْنَا إِلَى الرُّكَبِ

“Rəvayət edilir ki, Musab ibn Səd ﵀ demişdir: “Mən ruku edib əllərimi dizlərimin iç tərəfinə qoydum. Atam mənə dedi: “Biz bunu əvvəllər edirdik. Sonra bu əmr ləğv edildi. Biz də əllərimizi dizlərimizə qoymaqla əmr olunduq”.”

Musab ibn Səd
Səhih

İstinad

Nəsəi, 1033 (Tətbiq, 5)

Sunən ən-Nəsəi — Tətbiq kitabı