Rukudan qalxdıqdan sonra nə deyilir?
أَخْبَرَنِي عَمْرُو بْنُ هِشَامٍ أَبُو أُمَيَّةَ الْحَرَّانِيُّ ، قَالَ : حَدَّثَنَا مَخْلَدٌ ، عَنْ سَعِيدِ بْنِ عَبْدِ الْعَزِيزِ ، عَنْ عَطِيَّةَ بْنِ قَيْسٍ ، عَنْ قَزَعَةَ بْنِ يَحْيَى ، عَنْ أَبِي سَعِيدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ حِينَ يَقُولُ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ : رَبَّنَا لَكَ الْحَمْدُ مِلْءَ السَّمَوَاتِ وَمِلْءَ الأَرْضِ وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ خَيْرُ ، مَا قَالَ الْعَبْدُ وَكُلُّنَا لَكَ عَبْدٌ ، لاَ مَانِعَ لَمَا أَعْطَيْتَ وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ.
“Əbu Səid ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə deyərdi: “Allah Ona həmd edəni eşitdi! Rəbbimiz, göylər dolusu, yer dolusu və bundan sonra istədiyin şeylər dolusu Sənə həmd olsun! Bəndənin – hamımız Sənin qulunuq – söylədiyi ən xeyirli söz budur: Sənin verdiyinə mane olacaq bir kəs yoxdur. Sənin yanında heç bir hörmət sahibinə hörməti fayda verməz”.”
İstinad
Nəsəi, 1068 (Tətbiq, 40)
Sunən ən-Nəsəi — Tətbiq kitabı