Rukudan qalxdıqdan sonra nə deyilir?
أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي حَمْزَةَ ، عَنْ رَجُلٍ مِنْ بَنِي عَبْسٍ ، عَنْ حُذَيْفَةَ ، أَنَّهُ صَلَّى مَعَ رَسُولِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَسَمِعَهُ حِينَ كَبَّرَ قَالَ : اللَّهُ أَكْبَرُ ذَا الْجَبَرُوتِ وَالْمَلَكُوتِ وَالْكِبْرِيَاءِ وَالْعَظَمَةِ ، وَكَانَ يَقُولُ فِي رُكُوعِهِ : سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ قَالَ : لِرَبِّيَ الْحَمْدُ ، لِرَبِّيَ الْحَمْدُ ، وَفِي سُجُودِهِ : سُبْحَانَ رَبِّيَ الأَعْلَى ، وَبَيْنَ السَّجْدَتَيْنِ : رَبِّي اغْفِرْ لِي ، رَبِّي اغْفِرْ لِي ، وَكَانَ قِيَامُهُ وَرُكُوعُهُ وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ وَسُجُودُهُ وَمَا بَيْنَ السَّجْدَتَيْنِ قَرِيبًا مِنَ السَّوَاءِ.
“Rəvayət edilir ki, bir dəfə Huzeyfə ﵁ Allah Elçisi ﷺ ilə gecə vaxtı namaz qıldı. O, Allah Elçisinin ﷺ təkbir edib bu duanı etdiyini eşitdi: “Allah ən böyükdür! Qüdrət, səltənət, böyüklük və əzəmət sahibi pak və müqəddəsdir!” Rukuda isə belə dedi: “Böyük Rəbbim pak və müqəddəsdir!” Rukudan başını qaldırdıqda dedi: “Həmd Rəbbimə məxsusdur! Həmd Rəbbimə məxsusdur!” Səcdədə isə dedi: “Uca Rəbbim pak və müqəddəsdir!” İki səcdə arasında dedi: “Rəbbim, məni bağışla, Rəbbim, məni bağışla!” Onun qiyamı, rukusu, rukudan dikəlməsi, səcdəsi və səcdələr arasındakı vaxt bir-birinə yaxın idi”.”
İstinad
Nəsəi, 1069 (Tətbiq, 41)
Sunən ən-Nəsəi — Tətbiq kitabı