Səcdədə edilən başqa bir dua
أَخْبَرَنِي هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ سَوَّارٍ ، قَالَ : حَدَّثَنَا لَيْثُ بْنُ سَعْدٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، عَنْ عَمْرِو بْنِ قَيْسٍ الْكِنْدِيِّ ، أَنَّهُ سَمِعَ عَاصِمَ بْنَ حُمَيْدٍ يَقُولُ : سَمِعْتُ عَوْفَ بْنَ مَالِكٍ يَقُولُ : قُمْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَبَدَأَ فَاسْتَاكَ وَتَوَضَّأَ ، ثُمَّ قَامَ فَصَلَّى فَبَدَأَ فَاسْتَفْتَحَ مِنَ الْبَقَرَةِ ، لاَ يَمُرُّ بِآيَةِ رَحْمَةٍ إِلاَّ وَقَفَ وَسَأَلَ ، وَلاَ يَمُرُّ بِآيَةِ عَذَابٍ إِلاَّ وَقَفَ يَتَعَوَّذُ ، ثُمَّ رَكَعَ فَمَكَثَ رَاكِعًا بِقَدْرِ قِيَامِهِ ، يَقُولُ فِي رُكُوعِهِ : سُبْحَانَ ذِي الْجَبَرُوتِ وَالْمَلَكُوتِ وَالْكِبْرِيَاءِ وَالْعَظَمَةِ ، ثُمَّ سَجَدَ بِقَدْرِ رُكُوعِهِ يَقُولُ فِي سُجُودِهِ : سُبْحَانَ ذِي الْجَبَرُوتِ وَالْمَلَكُوتِ وَالْكِبْرِيَاءِ وَالْعَظَمَةِ ، ثُمَّ قَرَأَ آلَ عِمْرَانَ ، ثُمَّ سُورَةً ، ثُمَّ سُورَةً ، فَعَلَ مِثْلَ ذَلِكَ.
“Rəvayət edilir ki, Asim ibn Humeyd ﵀ demişdir: “Mən Auf ibn Malikin belə dediyini eşitdim: “Mən Peyğəmbərlə ﷺ birlikdə gecə namazına qalxdım. O, əvvəlcə dişlərini misvakla təmizlədi, sonra dəstəmaz aldı, daha sonra namaza durdu və “əl-Bəqərə” surəsini oxumağa başladı. Mərhəmət ayəsinə çatdıqda, dayanıb mərhəmət dilədi. Əzab ayəsinə çatdıqda, dayanıb Allaha sığındı. Sonra ruku edib ayaq üstə qaldığı qədər rukuda qaldı. Rukuda belə deyirdi: “Qüdrət, səltənət, böyüklük və əzəmət Sahibi pak və müqəddəsdir!” Sonra səcdə edib rukuda qaldığı qədər səcdədə də qaldı. Səcdədə belə dedi: “Qüdrət, səltənət, böyüklük və əzəmət Sahibi pak və müqəddəsdir!” Sonra “Ali-İmran” surəsini, sonra digər surə və digər surə oxudu və onlarda da bunun kimi etdi”.”
İstinad
Nəsəi, 1132 (Tətbiq, 104)
Sunən ən-Nəsəi — Tətbiq kitabı