Tətbiq kitabı

Səcdədə edilən başqa bir dua

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ سَعْدِ بْنِ عُبَيْدَةَ ، عَنِ الْمُسْتَوْرِدِ بْنِ الأَحْنَفِ ، عَنْ صِلَةَ بْنِ زُفَرَ ، عَنْ حُذَيْفَةَ قَالَ : صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ لَيْلَةٍ فَاسْتَفْتَحَ بِسُورَةِ الْبَقَرَةِ ، فَقَرَأَ بِمِائَةِ آيَةٍ لَمْ يَرْكَعْ ، فَمَضَى قُلْتُ : يَخْتِمُهَا فِي الرَّكْعَتَيْنِ ، فَمَضَى قُلْتُ : يَخْتِمُهَا ثُمَّ يَرْكَعُ ، فَمَضَى حَتَّى قَرَأَ سُورَةَ النِّسَاءِ ، ثُمَّ قَرَأَ سُورَةَ آلِ عِمْرَانَ ، ثُمَّ رَكَعَ نَحْوًا مِنْ قِيَامِهِ يَقُولُ فِي رُكُوعِهِ : سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ ، سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ ، سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فَقَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ رَبَّنَا لَكَ الْحَمْدُ وَأَطَالَ الْقِيَامَ ، ثُمَّ سَجَدَ فَأَطَالَ السُّجُودَ يَقُولُ فِي سُجُودِهِ : سُبْحَانَ رَبِّيَ الأَعْلَى ، سُبْحَانَ رَبِّيَ الأَعْلَى ، سُبْحَانَ رَبِّيَ الأَعْلَى لاَ يَمُرُّ بِآيَةِ تَخْوِيفٍ أَوْ تَعْظِيمٍ لِلَّهِ عَزَّ وَجَلَّ إِلاَّ ذَكَرَهُ

“Rəvayət edilir ki, Huzeyfə ﵁ demişdir: “Bir gecə Allah Elçisi ﷺ ilə gecə namazı qıldım. Namazı “əl-Bəqərə” surəsi ilə başladı və yüz ayə oxudu, lakin ruku etməyərək oxumağa davam etdi. Öz-özümə dedim: “Yəqin iki rükətdə (“əl-Bəqərə” surəsini) tamamlayacaq”. Sonra yenə davam etdi. Yenə öz-özümə dedim: “Yəqin surəni tamamlayacaq, sonra ruku edəcək”. Sonra yenə davam etdi və “ən-Nisa” surəsini oxudu. Sonra “Ali-İmran” surəsini oxudu. Sonra ruku etdi və rukuda belə deyirdi: “Böyük Rəbbim pak və müqəddəsdir! Böyük Rəbbim pak və müqəddəsdir! Böyük Rəbbim pak və müqəddəsdir!” Sonra başını qaldırdı və dedi: “Allah Ona həmd edəni eşitdi, Ey Rəbbimiz, həmd Sənə məxsusdur!” və qiyamı uzatdı. Sonra səcdə etdi, səcdələrini uzatdı və səcdələrdə belə deyirdi: “Ən Uca Rəbbim pak və müqəddəsdir! Ən Uca Rəbbim pak və müqəddəsdir! Ən Uca Rəbbim pak və müqəddəsdir!” Hər dəfə Allahdan ﷿ qorxmaq və təzim ayələrini oxuduqda, Onu zikr edərdi”.”

Huzeyfə
Səhih

İstinad

Nəsəi, 1133 (Tətbiq, 105)

Sunən ən-Nəsəi — Tətbiq kitabı