Səcdələrin fəziləti
أَخْبَرَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، عَنْ هِقْلِ بْنِ زِيَادٍ الدِّمَشْقِيِّ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنِي رَبِيعَةُ بْنُ كَعْبٍ الأَسْلَمِيُّ قَالَ : كُنْتُ آتِي رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِوَضُوئِهِ وَبِحَاجَتِهِ ، فَقَالَ : سَلْنِي ، قُلْتُ : مُرَافَقَتَكَ فِي الْجَنَّةِ ، قَالَ : أَوَ غَيْرَ ذَلِكَ ، قُلْتُ : هُوَ ذَاكَ ، قَالَ : فَأَعِنِّي عَلَى نَفْسِكَ بِكَثْرَةِ السُّجُودِ.
“Rabi ibn Kəb əl-Əsləmi ﵁ demişdir: “Mən Allah Elçisinə ﷺ dəstəmaz almaq və təbii ehtiyacını ödəmək üçün su gətirərdim. O dedi: “Məndən bir şey istə!” Mən dedim: “Mən Cənnətdə səninlə dost olmaq istəyirəm”. O dedi: “Başqa bir şey istə!” Mən dedim: ”İstədiyim ancaq budur”. O dedi: “Mənə bu işdə çoxlu səcdə etməklə kömək et”.”
İstinad
Nəsəi, 1138 (Tətbiq, 110)
Sunən ən-Nəsəi — Tətbiq kitabı