Tətbiq kitabı

Səcdəni Allah ﷿ üçün etməyin savabı

أَخْبَرَنَا أَبُو عَمَّارٍ الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : أَنْبَأَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنِي الْوَلِيدُ بْنُ هِشَامٍ الْمُعَيْطِيُّ ، قَالَ : حَدَّثَنِي مَعْدَانُ بْنُ طَلْحَةَ الْيَعْمُرِيُّ ، قَالَ : لَقِيتُ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : دُلَّنِي عَلَى عَمَلٍ يَنْفَعُنِي ، أَوْ يُدْخِلُنِي الْجَنَّةَ ، فَسَكَتَ عَنِّي مَلِيًّا ، ثُمَّ الْتَفَتَ إِلَيَّ فَقَالَ : عَلَيْكَ بِالسُّجُودِ ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَا مِنْ عَبْدٍ يَسْجُدُ لِلَّهِ سَجْدَةً إِلاَّ رَفَعَهُ اللَّهُ عَزَّ وَجَلَّ بِهَا دَرَجَةً ، وَحَطَّ عَنْهُ بِهَا خَطِيئَةً قَالَ مَعْدَانُ : ثُمَّ لَقِيتُ أَبَا الدَّرْدَاءِ ، فَسَأَلْتُهُ عَمَّا سَأَلْتُ عَنْهُ ثَوْبَانَ ، فَقَالَ لِي : عَلَيْكَ بِالسُّجُودِ ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَا مِنْ عَبْدٍ يَسْجُدُ لِلَّهِ سَجْدَةً إِلاَّ رَفَعَهُ اللَّهُ بِهَا دَرَجَةً ، وَحَطَّ عَنْهُ بِهَا خَطِيئَةً.

“Rəvayət edilir ki, Mə'dən ibn Talhə əl-Yə'muri ﵀ demişdir: “Mən Allah Elçisinin ﷺ azad etdiyi köləsi Səubanla qarşılaşdım və ona dedim: “Məni faydalandıracaq və ya Cənnətə salacaq bir əməl göstər”. O, bir qədər susdu, sonra mənə tərəf çevrilib dedi: “Sənə səcdə etməyi tövsiyyə edirəm, çünki mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allaha səcdə edən elə bir bəndə yoxdur ki, Allah ﷿ bu səcdəyə görə onu bir dərəcə yüksəltməsin və onun bir günahını silməsin”. Mə'dən dedi: “Sonra mən Əbud-Dərdə ilə rastlaşdım və Səubənə verdiyim sualı ona da verdim. O mənə dedi: “Həqiqətən, mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allaha səcdə edən elə bir bəndə yoxdur ki, Allah bu səcdəyə görə onu bir dərəcə yüksəltməsin və onun bir günahını silməsin”.”

Mə'dən ibn Talhə əl-Yə'muri
Səhih

İstinad

Nəsəi, 1139 (Tətbiq, 111)

Sunən ən-Nəsəi — Tətbiq kitabı