Səcdə yerlərinin (Cəhənnəm odunda yanmaması)
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سُلَيْمَانَ لُوَيْنٌ بِالْمَصِّيْصَةِ ، عَنْ حَمَّادِ بْنِ زَيْدٍ ، عَنْ مَعْمَرٍ ، وَالنُّعْمَانُ بْنُ رَاشِدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، قَالَ : كُنْتُ جَالِسًا إِلَى أَبِي هُرَيْرَةَ ، وَأَبِي سَعِيدٍ فَحَدَّثَ أَحَدُهُمَا حَدِيثَ الشَّفَاعَةِ وَالآخَرُ مُنْصِتٌ ، قَالَ : فَتَأْتِي الْمَلاَئِكَةُ فَتَشْفَعُ وَتَشْفَعُ الرُّسُلُ وَذَكَرَ الصِّرَاطَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَأَكُونُ أَوَّلَ مَنْ يُجِيزُ ، فَإِذَا فَرَغَ اللَّهُ عَزَّ وَجَلَّ مِنَ الْقَضَاءِ بَيْنَ خَلْقِهِ وَأَخْرَجَ مِنَ النَّارِ مَنْ يُرِيدُ أَنْ يُخْرِجَ أَمَرَ اللَّهُ الْمَلاَئِكَةَ وَالرُّسُلَ أَنْ تَشْفَعَ ، فَيُعْرَفُونَ بِعَلاَمَاتِهِمْ إِنَّ النَّارَ تَأْكُلُ كُلَّ شَيْءٍ مِنَ ابْنِ آدَمَ إِلاَّ مَوْضِعَ السُّجُودِ ، فَيُصَبُّ عَلَيْهِمْ مِنْ مَاءِ الْجَنَّةِ فَيَنْبُتُونَ كَمَا تَنْبُتُ الْحِبَّةُ فِي حَمِيلِ السَّيْلِ.
“Rəvayət edilir ki, Əta ibn Yəzid ﵀ demişdir: “Bir dəfə mən Əbu Hureyra və Əbu Səidlə birlikdə oturmuşdum. Onlardan biri şəfaət hədisini danışdı, digəri isə sakit durmuşdu. O dedi: “Mələklər gəlib şəfaət edəcəklər, Allahın elçiləri şəfaət edəcəklər”. Sonra sırat körpüsü haqda danışaraq dedi: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən sıratı keçmək üçün icazə verilənlərin ilki olacam. Allah ﷿ yaratdıqları arasında haqq-hesabı bitirdikdən və Cəhənnəmdən istədiklərini çıxardıqdan sonra mələklərə və elçilərə şəfaət etmələri üçün əmr edəcək. Onlar Cəhənnəmdən əlamətlərlə tanınanları çıxaracaqlar. Cəhənnəm odu Adəm övladlarının səcdə yerindən başqa hər yerini yeyəcək. Onların üzərinə Cənnətdən olan su töküləcək. Onlar selin gətirdiyi toxumların yetişdiyi kimi yerdən bitəcəklər”.”
İstinad
Nəsəi, 1140 (Tətbiq, 112)
Sunən ən-Nəsəi — Tətbiq kitabı