Səhv kitabı

İkinci rükətdən qalxdıqda təkbir etmək

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَصَمِّ قَالَ : سُئِلَ أَنَسُ بْنُ مَالِكٍ عَنِ التَّكْبِيرِ فِي الصَّلاَةِ فَقَالَ : يُكَبِّرُ إِذَا رَكَعَ ، وَإِذَا سَجَدَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ السُّجُودِ ، وَإِذَا قَامَ مِنَ الرَّكْعَتَيْنِ ، فَقَالَ حُطَيْمٌ : عَمَّنْ تَحْفَظُ هَذَا ؟ فَقَالَ : عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَبِي بَكْرٍ ، وَعُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا ، ثُمَّ سَكَتَ ، فَقَالَ لَهُ حُطَيْمٌ : وَعُثْمَانُ ؟ قَالَ : وَعُثْمَانُ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn əl-Əsam ﵀ demişdir: “Ənəs ibn Malikdən namazda təkbir etmək barəsində soruşdular. O dedi: “Ruku və səcdə etdikdə, başı səcdədən qaldırdıqda və ikinci rükətdən qalxdıqda təkbir edilir”. Huteym dedi: “Sən bunu kimdən əzbərlədin?” O dedi: “Peyğəmbər ﷺ, Əbu Bəkr və Ömərdən ﵄”, sonra susdu. Huteym ona dedi: “Bəs Osmandan?” O dedi: “Həmçinin Osmandan”.”

Abdur-Rahmən ibn əl-Əsam
Səhih

İstinad

Nəsəi, 1179 (Səhv, 1)

Sunən ən-Nəsəi — Səhv kitabı