Sunən ən-NəsəiSəhv kitabı

Kitab 13

Səhv kitabı

كِتَابُ السَّهْوِ

188

hədis

Fəsil 1

İkinci rükətdən qalxdıqda təkbir etmək

التَّكْبِيرُ إِذَا قَامَ مِنَ الرَّكْعَتَيْنِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَصَمِّ قَالَ : سُئِلَ أَنَسُ بْنُ مَالِكٍ عَنِ التَّكْبِيرِ فِي الصَّلاَةِ فَقَالَ : يُكَبِّرُ إِذَا رَكَعَ ، وَإِذَا سَجَدَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ السُّجُودِ ، وَإِذَا قَامَ مِنَ الرَّكْعَتَيْنِ ، فَقَالَ حُطَيْمٌ : عَمَّنْ تَحْفَظُ هَذَا ؟ فَقَالَ : عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَبِي بَكْرٍ ، وَعُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا ، ثُمَّ سَكَتَ ، فَقَالَ لَهُ حُطَيْمٌ : وَعُثْمَانُ ؟ قَالَ : وَعُثْمَانُ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn əl-Əsam ﵀ demişdir: “Ənəs ibn Malikdən namazda təkbir etmək barəsində soruşdular. O dedi: “Ruku və səcdə etdikdə, başı səcdədən qaldırdıqda və ikinci rükətdən qalxdıqda təkbir edilir”. Huteym dedi: “Sən bunu kimdən əzbərlədin?” O dedi: “Peyğəmbər ﷺ, Əbu Bəkr və Ömərdən ﵄”, sonra susdu. Huteym ona dedi: “Bəs Osmandan?” O dedi: “Həmçinin Osmandan”.”

Abdur-Rahmən ibn əl-Əsam
SəhihNəsəi, 1179 (Səhv, 1)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، قَالَ : حَدَّثَنَا غَيْلاَنُ بْنُ جَرِيرٍ ، عَنْ مُطَرِّفِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : صَلَّى عَلِيُّ بْنُ أَبِي طَالِبٍ ، فَكَانَ يُكَبِّرُ فِي كُلِّ خَفْضٍ ، وَرَفْعٍ يُتِمُّ التَّكْبِيرَ ، فَقَالَ عِمْرَانُ بْنُ حُصَيْنٍ : لَقَدْ ذَكَّرَنِي هَذَا صَلاَةَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Mutarrif ibn Abdullah ﵁ demişdir: “Əli ibn Əbu Talib namaz qıldı və hər dəfə əyilib durduqda təkbiri tam edirdi”. İmran ibn Husayn dedi: “Bu mənə Allah Elçisinin ﷺ namazını xatırlatdı”.”

Mutarrif ibn Abdullah
SəhihNəsəi, 1180 (Səhv, 2)

Fəsil 2

Axırıncı iki rükət üçün qalxıqda, əllərin qaldırılması

بَابُ رَفْعِ الْيَدَيْنِ فِي الْقِيَامِ إِلَى الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ عَمْرِو بْنِ عَطَاءٍ ، عَنْ أَبِي حُمَيْدٍ السَّاعِدِيِّ قَالَ : سَمِعْتُهُ يُحَدِّثُ قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ السَّجْدَتَيْنِ كَبَّرَ وَرَفَعَ يَدَيْهِ حَتَّى يُحَاذِيَ بِهِمَا مَنْكِبَيْهِ كَمَا صَنَعَ حِينَ افْتَتَحَ الصَّلاَةَ.

“Rəvayət edilir ki, Əbu Humeyd əs-Səidi ﵁ demişdir: “Peyğəmbər ﷺ iki səcdədən qalxdıqda namaza başladıqda etdiyi kimi əllərini çiyinləri səviyyəsində qaldıraraq təkbir edərdi”.”

Əbu Humeyd əs-Səidi
SəhihNəsəi, 1181 (Səhv, 3)

Fəsil 3

İkinci rükətdən qalxdıqda əlləri çiyinlər səviyyəsində qaldıraraq təkbir etmək

بَابُ رَفْعِ الْيَدَيْنِ لِلْقِيَامِ إِلَى الرَّكْعَتَيْنِ الأُخْرَيَيْنِ حَذْوَ الْمَنْكِبَيْنِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ : سَمِعْتُ عُبَيْدَ اللهِ وَهُوَ ابْنُ عُمَرَ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ ابْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ كَانَ يَرْفَعُ يَدَيْهِ إِذَا دَخَلَ فِي الصَّلاَةِ ، وَإِذَا أَرَادَ أَنْ يَرْكَعَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ ، وَإِذَا قَامَ مِنَ الرَّكْعَتَيْنِ يَرْفَعُ يَدَيْهِ كَذَلِكَ حَذْوَ الْمَنْكِبَيْنِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ namaza başladıqda, ruku etmək istədikdə, başını rukudan qaldırdıqda, eləcə də ikinci rükətdən qalxdıqda əllərini çiyinləri səviyyəsində qaldırardı.”

İbn Ömər
SəhihNəsəi, 1182 (Səhv, 4)

Fəsil 4

Namazda əlləri qaldırıb Allaha həmd və səna etmək

بَابُ رَفْعِ الْيَدَيْنِ وَحَمْدِ اللهِ وَالثَّنَاءِ عَلَيْهِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ وَهُوَ ابْنُ عُمَرَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ : انْطَلَقَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصْلِحُ بَيْنَ بَنِي عَمْرِو بْنِ عَوْفٍ ، فَحَضَرَتِ الصَّلاَةُ ، فَجَاءَ الْمُؤَذِّنُ إِلَى أَبِي بَكْرٍ فَأَمَرَهُ أَنْ يَجْمَعَ النَّاسَ وَيَؤُمَّهُمْ ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَخَرَقَ الصُّفُوفَ حَتَّى قَامَ فِي الصَّفِّ الْمُقَدَّمِ ، وَصَفَّحَ النَّاسُ بِأَبِي بَكْرٍ لِيُؤْذِنُوهُ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ أَبُو بَكْرٍ لاَ يَلْتَفِتُ فِي الصَّلاَةِ ، فَلَمَّا أَكْثَرُوا عَلِمَ أَنَّهُ قَدْ نَابَهُمْ شَيْءٌ فِي صَلاَتِهِمْ ، فَالْتَفَتَ فَإِذَا هُوَ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيْ كَمَا أَنْتَ ، فَرَفَعَ أَبُو بَكْرٍ يَدَيْهِ فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ لِقَوْلِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى ، وَتَقَدَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى ، فَلَمَّا انْصَرَفَ قَالَ لأَبِي بَكْرٍ : مَا مَنَعَكَ إِذْ أَوْمَأْتُ إِلَيْكَ أَنْ تُصَلِّيَ ؟ فَقَالَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ : مَا كَانَ يَنْبَغِي لاِبْنِ أَبِي قُحَافَةَ أَنْ يَؤُمَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ قَالَ لِلنَّاسِ : مَا بَالُكُمْ صَفَّحْتُمْ ؟ إِنَّمَا التَّصْفِيحُ لِلنِّسَاءِ ، ثُمَّ قَالَ : إِذَا نَابَكُمْ شَيْءٌ فِي صَلاَتِكُمْ فَسَبِّحُوا.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ Bəni Amr və Bəni Auf arasında sülh yaratmaq üçün getmişdi. Bu əsnada artıq namazın vaxtı idi. Müəzzin Əbu Bəkrin yanına gəldi və ona insanları cəm edib onlara imamlıq etməyi dedi. Sonra Allah Elçisi ﷺ gəlib səfləri yararaq ilk səfə keçdi. İnsanlar Allah Elçisinin ﷺ gəldiyini Əbu Bəkrə bildirmək üçün əllərini bir-birinə vurmağa başladılar. Əbu Bəkr namazda heç nəyə fikir vermədi. İnsanlar əllərini bir-birinə vurmağı artırdıqda, Əbu Bəkr namazda onları nəyinsə narahat etdiyini başa düşdü. Çevrilib Allah Elçisini ﷺ gördü. Allah Elçisi ﷺ ona olduğu yerdə qalıb namazı davam etdirməyi işarə etdi. Əbu Bəkr Allah Elçisinin ﷺ bu sözünə görə əllərini qaldırıb Allaha həmd və səna etdi. Sonra geriyə çəkildi. Allah Elçisi ﷺ önə keçdi və insanlara namaz qıldırdı. Namazı bitirdikdən sonra Əbu Bəkrə dedi: “Mən sənə işarə etdikdə, insanlar üçün namaz qıldırmağa sənə nə mane oldu?” Əbu Bəkr ﵁ dedi: “İbn Əbu Quhafəyə Allah Elçisinin ﷺ önünə keçib ona imamlıq etmək yaraşmaz”. Sonra Allah Elçisi ﷺ insanlara dedi: “Sizə nə olub ki, əllərinizi bir-birinə vurursunuz? Həqiqətən, əlləri bir-birinə vurmaq qadınlar üçündür”. Sonra da buyurdu: “Sizi (camaat) namazında bir şey narahat etdikdə, Allahı təsbih edin (“Subhən-Allah” deyin)”.”

Səhl ibn Səd
SəhihNəsəi, 1183 (Səhv, 5)

Fəsil 5

Namazda əl ilə salamlaşmaq

بَابُ السَّلاَمِ بِالأَيْدِي فِي الصَّلاَةِ.

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْثَرٌ ، عَنِ الأَعْمَشِ ، عَنِ الْمُسَيَّبِ بْنِ رَافِعٍ ، عَنْ تَمِيمِ بْنِ طَرَفَةَ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ : خَرَجَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ رَافِعُو أَيْدِينَا فِي الصَّلاَةِ فَقَالَ : مَا بَالُهُمْ رَافِعِينَ أَيْدِيَهُمْ فِي الصَّلاَةِ كَأَنَّهَا أَذْنَابُ الْخَيْلِ الشُّمُسِ ، اسْكُنُوا فِي الصَّلاَةِ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ (məscidə birləşik olan evindən) bizim yanımıza çıxdı. Biz də namazda əllərimizi qaldırmışdıq. O dedi: “Onlara nə olub ki, əllərini tərpənən at quyruqları kimi göyə qaldırıblar?! Namazda sükunətdə olun!””

Cabir ibn Səmura
SəhihNəsəi, 1184 (Səhv, 6)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ مِسْعَرٍ ، عَنْ عُبَيْدِ اللهِ ابْنِ الْقِبْطِيَّةِ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ : كُنَّا نُصَلِّي خَلْفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَنُسَلِّمُ بِأَيْدِينَا فَقَالَ : مَا بَالُ هَؤُلاَءِ يُسَلِّمُونَ بِأَيْدِيهِمْ كَأَنَّهَا أَذْنَابُ خَيْلٍ شُمُسٍ ؟ أَمَا يَكْفِي أَحَدُهُمْ أَنْ يَضَعَ يَدَهُ عَلَى فَخِذِهِ ثُمَّ يَقُولَ : السَّلاَمُ عَلَيْكُمْ ، السَّلاَمُ عَلَيْكُمْ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Biz Allahın Peyğəmbərinin ﷺ arxasında namaz qılırdıq və namazda əllərimizlə salamlaşardıq. O dedi: “Onlara nə olub ki, tərpənən at quyruqları kimi əlləri ilə namazda salamlaşırlar. Onlardan birinə əllərini budlarının üstünə qoyub sonra: “əs-Sələ:mu aleykum, əs-Sələ:mu aleykum” – demək kifayət etmirmi?!.”

Cabir ibn Səmura
SəhihNəsəi, 1185 (Səhv, 7)

Fəsil 6

Namazda işarə edərək salam almaq

بَابُ رَدِّ السَّلاَمِ بِالإِشَارَةِ فِي الصَّلاَةِ.

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ بُكَيْرٍ ، عَنْ نَابِلٍ ، صَاحِبِ الْعَبَاءِ ، عَنْ ابْنِ عُمَرَ ، عَنْ صُهَيْبٍ صَاحِبِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَرَرْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُصَلِّي فَسَلَّمْتُ عَلَيْهِ ، فَرَدَّ عَلَيَّ إِشَارَةً ، وَلاَ أَعْلَمُ إِلاَّ أَنَّهُ قَالَ بِإِصْبَعِهِ.

“Rəvayət edilir ki, Allah Elçisinin ﷺ səhabəsi Suheyb ﷺ demişdir: “Mən Allah Elçisi ﷺ namaz qılarkən yanından keçdim və ona salam verdim. O da işarə ilə mənim salamımı aldı. Mənim salamımı almasını yalnız barmağı ilə işarə etməsindən bildim”.”

Suheyb
SəhihNəsəi, 1186 (Səhv, 8)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ الْمَكِّيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ زَيْدِ ابْنِ أَسْلَمَ قَالَ : قَالَ ابْنُ عُمَرَ : دَخَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَسْجِدَ قُبَاءَ لِيُصَلِّيَ فِيهِ ، فَدَخَلَ عَلَيْهِ رِجَالٌ يُسَلِّمُونَ عَلَيْهِ ، فَسَأَلْتُ صُهَيْبًا وَكَانَ مَعَهُ : كَيْفَ كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ إِذَا سُلِّمَ عَلَيْهِ ؟ قَالَ : كَانَ يُشِيرُ بِيَدِهِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Peyğəmbər ﷺ Qubə məscidinə namaz qılmaq üçün gəlmişdi. Bu zaman ora başqa insanlar gələr və ona salam verərdilər. Mən onun yanında olan Suheybdən soruşdum: “Peyğəmbər ﷺ ona verilən salamları necə alırdı?” O dedi: “Əli ilə işarə edərdi”.”

İbn Ömər
SəhihNəsəi, 1187 (Səhv, 9)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا وَهْبٌ ، يَعْنِي ابْنَ جَرِيرٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ قَيْسِ بْنِ سَعْدٍ ، عَنْ عَطَاءٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَلِيٍّ ، عَنْ عَمَّارِ بْنِ يَاسِرٍ ، أَنَّهُ سَلَّمَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُصَلِّي فَرَدَّ عَلَيْهِ.

“Muhəmməd ibn Əli ﵀ rəvayət edir ki, Əmmar ibn Yasir Allah Elçisinə ﷺ namazda olduğu halda salam vermiş, o da onun salamını qaytarmışdı.”

Muhəmməd ibn Əli
SəhihNəsəi, 1188 (Səhv, 10)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِحَاجَةٍ ثُمَّ أَدْرَكْتُهُ وَهُوَ يُصَلِّي ، فَسَلَّمْتُ عَلَيْهِ فَأَشَارَ إِلَيَّ ، فَلَمَّا فَرَغَ دَعَانِي فَقَالَ : إِنَّكَ سَلَّمْتَ عَلَيَّ آنِفًا وَأَنَا أُصَلِّي ، وَإِنَّمَا هُوَ مُوَجَّهٌ يَوْمَئِذٍ إِلَى الْمَشْرِقِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ məni bir iş üçün göndərmişdi. Sonra mən ona çatdım. O, namaz qılırdı və mən ona salam verdim. O, mənim salamımı işarə ilə aldı. Namazı bitirdikdən sonra məni çağırıb dedi: “Bir qədər əvvəl mən namaz qıldığım halda sən mənə salam verdin”. Həqiqətən, bu vaxt o, üzünü məşriqə tutub (namaz qılırdı)”.”

Cabir
SəhihNəsəi, 1189 (Səhv, 11)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ هَاشِمٍ الْبَعْلَبَكِّيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ شُعَيْبِ بْنِ شَابُورَ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : بَعَثَنِي النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَيْتُهُ وَهُوَ يَسِيرُ مُشَرِّقًا أَوْ مُغَرِّبًا ، فَسَلَّمْتُ عَلَيْهِ ، فَأَشَارَ بِيَدِهِ ، ثُمَّ سَلَّمْتُ عَلَيْهِ ، فَأَشَارَ بِيَدِهِ ، فَانْصَرَفْتُ ، فَنَادَانِي : يَا جَابِرُ ، فَنَادَانِي النَّاسُ : يَا جَابِرُ ، فَأَتَيْتُهُ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي سَلَّمْتُ عَلَيْكَ فَلَمْ تَرُدَّ عَلَيَّ ، قَالَ : إِنِّي كُنْتُ أُصَلِّي.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ məni bir iş dalınca göndərmişdi. (Qayıtdıqda) o, məşriq və ya məğrib tərəfə yönəlmişdi. Ona salam verdikdə, əli ilə işarə etdi. Sonra yenə salam verdim. O, yenə əli ilə işarə etdi. Mən dönüb getdikdə, məni çağırıb dedi: “Ey Cabir!” Camaat da: “Ey Cabir!”- deyərək məni çağırdılar: Mən qayıdıb dedim: “Ey Allahın Elçisi, mən sənə salam verdikdə, sən mənim salamımı almadın”. O dedi: “(Həmin vaxt) mən namaz qılırdım”.”

Cabir
SəhihNəsəi, 1190 (Səhv, 12)

Fəsil 7

Namazda xırda daşlara əl sürtmək

النَّهْيُ عَنْ مَسْحِ الْحَصَى فِي الصَّلاَةِ.

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، وَالْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، وَاللَّفْظُ لَهُ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ أَبِي ذَرٍّ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا قَامَ أَحَدُكُمْ فِي الصَّلاَةِ فَلاَ يَمْسَحِ الْحَصَى ، فَإِنَّ الرَّحْمَةَ تُوَاجِهُهُ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz namaza durduqda, səcdə yerində və ya səcdə edərkən üzünə yapışan daşlarla məşğul olmasın, çünki Allahın rəhməti onunla üzbəüzdür”.”

Əbu Zərr
ZəifNəsəi, 1191 (Səhv, 13)

Fəsil 8

Namazda səcdə vaxtı mane olan daşları bir dəfə uzaqlaşdırmağın icazəli olması

بَابُ الرُّخْصَةِ فِيهِ مَرَّةً.

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ قَالَ : حَدَّثَنِي أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنِي مُعَيْقِيبٌ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنْ كُنْتَ لاَ بُدَّ فَاعِلاً فَمَرَّةً.

“Muayqib ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Əgər bunu etmək (namazda səcdə vaxtı mane olan daşları bir dəfə uzaqlaşdırmaq) labüddürsə, bunu bir dəfə et”.”

Muayqib
SəhihNəsəi, 1192 (Səhv, 14)

Fəsil 9

Namazda göyə baxmağın qadağan olması

النَّهْيُ عَنْ رَفْعِ الْبَصَرِ إِلَى السَّمَاءِ فِي الصَّلاَةِ.

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، وَشُعَيْبُ بْنُ يُوسُفَ ، عَنْ يَحْيَى وَهُوَ ابْنُ سَعِيدٍ الْقَطَّانُ ، عَنْ ابْنِ أَبِي عَرُوبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا بَالُ أَقْوَامٍ يَرْفَعُونَ أَبْصَارَهُمْ إِلَى السَّمَاءِ فِي صَلاَتِهِمْ ، فَاشْتَدَّ قَوْلُهُ فِي ذَلِكَ حَتَّى قَالَ : لَيَنْتَهُنَّ عَنْ ذَلِكَ أَوْ لَتُخْطَفَنَّ أَبْصَارُهُمْ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bu camaata nə olur ki, namazda göyə baxırlar?!” Onun bu məsələyə aid sözü şiddətləndi və o dedi: “Ya onlar bu işi tərk edəcəklər, ya da onlar kor olacaqlar”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 1193 (Səhv, 15)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ رَجُلاً مِنْ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا كَانَ أَحَدُكُمْ فِي الصَّلاَةِ فَلاَ يَرْفَعْ بَصَرَهُ إِلَى السَّمَاءِ أَنْ يُلْتَمَعَ بَصَرُهُ.

“Rəvayət edilir ki, Ubeydullah ibn Abdullah ﵀ Peyğəmbərin ﷺ səhabələrindən bir kişi Allah Elçisinin ﷺ belə dediyini eşitmişdir: “Sizdən biriniz namazda olarkən gözlərini səmaya qaldırmasın, yoxsa kor olar”.”

Ubeydullah ibn Abdullah
SəhihNəsəi, 1194 (Səhv, 16)

Fəsil 10

Namazda sağa və sola baxmağın qınanması

بَابُ التَّشْدِيدِ فِي الاِلْتِفَاتِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ يُونُسَ ، عَنِ الزُّهْرِيِّ قَالَ : سَمِعْتُ أَبَا الأَحْوَصِ يُحَدِّثُنَا فِي مَجْلِسِ سَعِيدِ ابْنِ الْمُسَيَّبِ وَابْنُ الْمُسَيَّبِ جَالِسٌ ، أَنَّهُ سَمِعَ أَبَا ذَرٍّ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَزَالُ اللَّهُ عَزَّ وَجَلَّ مُقْبِلاً عَلَى الْعَبْدِ فِي صَلاَتِهِ مَا لَمْ يَلْتَفِتْ ، فَإِذَا صَرَفَ وَجْهَهُ انْصَرَفَ عَنْهُ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bəndə namazında üzünü başqa tərəfə çevirmədikcə, Allah ﷿ ona yönəlmiş olar. Əgər bəndə namazında üzünü çevirsə, Allah da Üzünü ondan çevirər”.”

Əbu Zərr
ZəifNəsəi, 1195 (Səhv, 17)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا زَائِدَةُ ، عَنْ أَشْعَثَ بْنِ أَبِي الشَّعْثَاءِ ، عَنْ أَبِيهِ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الاِلْتِفَاتِ فِي الصَّلاَةِ ، فَقَالَ : اخْتِلاَسٌ يَخْتَلِسُهُ الشَّيْطَانُ مِنَ الصَّلاَةِ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisindən ﷺ namazda o yan bu yana baxmaq barəsində soruşdum. O dedi: ”Bu, şeytanın namazdan oğurluq etməsidir”.”

Aişə
SəhihNəsəi, 1196 (Səhv, 18)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَشْعَثَ ، عَنْ أَبِيهِ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، بِمِثْلِهِ.

“Eyni hədisdir.”

Aişə
ZəifNəsəi, 1197 (Səhv, 19)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ أَشْعَثَ بْنِ أَبِي الشَّعْثَاءِ ، عَنْ أَبِي عَطِيَّةَ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، بِمِثْلِهِ.

“Eyni hədisdir.”

Aişə
ZəifNəsəi, 1198 (Səhv, 20)

أَخْبَرَنَا هِلاَلُ بْنُ الْعَلاَءِ بْنِ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا الْمُعَافَى بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا الْقَاسِمُ وَهُوَ ابْنُ مَعْنٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ ، عَنْ أَبِي عَطِيَّةَ قَالَ : قَالَتْ عَائِشَةُ : إِنَّ الاِلْتِفَاتَ فِي الصَّلاَةِ اخْتِلاَسٌ يَخْتَلِسُهُ الشَّيْطَانُ مِنَ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Namazda o yan bu yana baxmaq şeytanın namazdan oğurluq etməsidir”.”

Aişə
SəhihNəsəi, 1199 (Səhv, 21)

Fəsil 11

Namaz əsnasında ehtiyac olarsa, (boynu çevirmədən) sağa və sola çevrilməyin icazəli olması

بَابُ الرُّخْصَةِ فِي الاِلْتِفَاتِ فِي الصَّلاَةِ يَمِينًا وَشِمَالاً.

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ أَنَّهُ قَالَ : اشْتَكَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَصَلَّيْنَا وَرَاءَهُ وَهُوَ قَاعِدٌ ، وَأَبُو بَكْرٍ يُكَبِّرُ يُسْمِعُ النَّاسَ تَكْبِيرَهُ ، فَالْتَفَتَ إِلَيْنَا فَرَآنَا قِيَامًا ، فَأَشَارَ إِلَيْنَا فَقَعَدْنَا ، فَصَلَّيْنَا بِصَلاَتِهِ قُعُودًا ، فَلَمَّا سَلَّمَ قَالَ : إِنْ كُنْتُمْ آنِفًا تَفْعَلُونَ فِعْلَ فَارِسَ وَالرُّومِ يَقُومُونَ عَلَى مُلُوكِهِمْ وَهُمْ قُعُودٌ فَلاَ تَفْعَلُوا ، ائْتَمُّوا بِأَئِمَّتِكُمْ إِنْ صَلَّى قَائِمًا فَصَلُّوا قِيَامًا ، وَإِنْ صَلَّى قَاعِدًا فَصَلُّوا قُعُودًا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ xəstələnmişdi. Biz onun arxasında namaz qılırdıq. O, (xəstə olduğu üçün) oturduğu halda namaz qılırdı. Əbu Bəkr təkbir edər və təkbir etməyini insanlara eşitdirərdi. Allah Elçisi ﷺ bizə tərəf çevrildi və bizim ayaq üstə namaz qıldığımızı gördü. O, bizə oturmağımız üçün işarə etdi. Biz də oturduq və onun arxasında oturmuş halda namaz qıldıq. Allah Elçisi ﷺ salam verib namazı bitirdikdə dedi: “Siz Farsların və Rumluların etdiyi kimi edirdiniz. Onların padşahları oturduqları halda onlar ayaq üstə dayanardılar. Belə etməyin! Öz imamlarınıza tabe olun. Əgər o, ayaq üstə namaz qılsa, siz də ayaq üstə namaz qılın. O, oturaraq namaz qılsa, siz də oturaraq namaz qılın”.”

Cabir
SəhihNəsəi, 1200 (Səhv, 22)

أَخْبَرَنَا أَبُو عَمَّارٍ الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنْ عَبْدِ اللهِ بْنِ سَعِيدِ بْنِ أَبِي هِنْدٍ ، عَنْ ثَوْرِ بْنِ زَيْدٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَلْتَفِتُ فِي صَلاَتِهِ يَمِينًا وَشِمَالاً ، وَلاَ يَلْوِي عُنُقَهُ خَلْفَ ظَهْرِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ namazda sağa və sola tərəf çevrilib baxar, lakin boynunu arxaya tərəf çevirməzdi”.”

İbn Abbas
SəhihNəsəi, 1201 (Səhv, 23)

Fəsil 12

Namaz əsnasında ilan və əqrəbin öldürülməsi

بَابُ قَتْلِ الْحَيَّةِ وَالْعَقْرَبِ فِي الصَّلاَةِ.

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ سُفْيَانَ ، وَيَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، عَنْ مَعْمَرٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ ضَمْضَمِ بْنِ جَوْسٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِقَتْلِ الأَسْوَدَيْنِ فِي الصَّلاَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz əsnasında iki qaranı (ilan və əqrəb) öldürməyi əmr etdi”.”

Əbu Hureyra
SəhihNəsəi, 1202 (Səhv, 24)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ وَهُوَ ابْنُ أَبِي عَبْدِ اللهِ ، عَنْ مَعْمَرٍ ، عَنْ يَحْيَى ، عَنْ ضَمْضَمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ بِقَتْلِ الأَسْوَدَيْنِ فِي الصَّلاَةِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namaz əsnasında iki qaranı (ilan və əqrəb) öldürməyi əmr etdi.”

Əbu Hureyra
SəhihNəsəi, 1203 (Səhv, 25)

Fəsil 13

Namazda kiçik uşaqları qucağa alıb yerə qoymaq

حَمْلُ الصَّبَايَا فِي الصَّلاَةِ وَوَضْعُهُنَّ فِي الصَّلاَةِ.

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ عَامِرِ بْنِ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ ، عَنْ أَبِي قَتَادَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي وَهُوَ حَامِلٌ أُمَامَةَ ، فَإِذَا سَجَدَ وَضَعَهَا ، وَإِذَا قَامَ رَفَعَهَا.

“Əbu Qatədə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ qucağında Umamə olduğu halda namaz qılar, səcdə etdikdə onu yerə qoyar, ayağa qalxdıqda isə onu qucağına götürərdi.”

Əbu Qatədə
SəhihNəsəi, 1204 (Səhv, 26)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عُثْمَانَ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ عَامِرِ بْنِ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ ، عَنْ أَبِي قَتَادَةَ قَالَ : رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَؤُمُّ النَّاسَ وَهُوَ حَامِلٌ أُمَامَةَ بِنْتَ أَبِي الْعَاصِ عَلَى عَاتِقِهِ ، فَإِذَا رَكَعَ وَضَعَهَا ، فَإِذَا فَرَغَ مِنْ سُجُودِهِ أَعَادَهَا.

“Rəvayət ediir ki, Əbu Qatədə ﵁ demişdir: “Peyğəmbərin ﷺ insanlara namaz qıldırdığını və çiynində də Uməmə bint Əbul-Ası tutduğunu gördüm. Ruku etdikdə, onu yerə qoydu. Səcdəni bitirdikdə isə yenidən onu çiyninə götürdü”.”

Əbu Qatədə
SəhihNəsəi, 1205 (Səhv, 27)

Fəsil 14

Qibləyə doğru az miqdarda addım atmaq

بَابُ الْمَشْيِ أَمَامَ الْقِبْلَةِ خُطًى يَسِيرَةً.

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ وَرْدَانَ ، قَالَ : حَدَّثَنَا بُرْدُ بْنُ سِنَانٍ أَبُو الْعَلاَءِ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : اسْتَفْتَحْتُ الْبَابَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي تَطَوُّعًا وَالْبَابُ عَلَى الْقِبْلَةِ فَمَشَى عَنْ يَمِينِهِ أَوْ عَنْ يَسَارِهِ ، فَفَتَحَ الْبَابَ ثُمَّ رَجَعَ إِلَى مُصَلاَّهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən evin qapısının açılmasını istədikdə, Allah Elçisi ﷺ nafilə namaz qılırdı. Qapı onun qibləsi istiqamətində idi. O, sağ və ya sol tərəfdən bir neçə addım atıb qapını açdı, sonra da namaza qayıtdı”.”

Aişə
HəsənNəsəi, 1206 (Səhv, 28)

Fəsil 15

Namazda əli ələ vurmaq

بَابُ التَّصْفِيقِ فِي الصَّلاَةِ.

أَخْبَرَنَا قُتَيْبَةُ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : التَّسْبِيحُ لِلرِّجَالِ ، وَالتَّصْفِيقُ لِلنِّسَاءِ ، زَادَ ابْنُ الْمُثَنَّى : فِي الصَّلاَةِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “(İmam namazda xəta etdikdə) təsbih etmək (“Subhən-Allah” demək) kişilərə, əli ələ vurmaq isə qadınlara aiddir”. İbn Musənnənin rəvayətində: “Namazda”- deyilir.”

Əbu Hureyra
SəhihNəsəi, 1207 (Səhv, 29)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ قَالَ : أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، أَنَّهُمَا سَمِعَا أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ التَّسْبِيحُ لِلرِّجَالِ وَالتَّصْفِيقُ لِلنِّسَاءِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(İmam namazda xəta etdikdə) təsbih etmək kişilərə, əli ələ vurmaq isə qadınlara aiddir”.”

Əbu Hureyra
SəhihNəsəi, 1208 (Səhv, 30)

Fəsil 16

Namazda təsbih etmək

بَابُ التَّسْبِيحِ فِي الصَّلاَةِ.

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا الْفُضَيْلُ بْنُ عِيَاضٍ ، عَنِ الأَعْمَشِ (ح) وَأَنْبَأَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ سُلَيْمَانَ الأَعْمَشِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : التَّسْبِيحُ لِلرِّجَالِ وَالتَّصْفِيقُ لِلنِّسَاءِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(İmam namazda xəta etdikdə) təsbih etmək kişilərə, əli ələ vurmaq isə qadınlara aiddir”.”

Əbu Hureyra
SəhihNəsəi, 1209 (Səhv, 31)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عَوْفٍ قَالَ : حَدَّثَنِي مُحَمَّدٌ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : التَّسْبِيحُ لِلرِّجَالِ وَالتَّصْفِيقُ لِلنِّسَاءِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “(İmam namazda xəta etdikdə) təsbih etmək kişilərə, əli ələ vurmaq isə qadınlara aiddir”.”

Əbu Hureyra
SəhihNəsəi, 1210 (Səhv, 32)

Fəsil 17

Namazda öskürmək haqda

التَّنَحْنُحُ فِي الصَّلاَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنِ الْمُغِيرَةِ ، عَنِ الْحَارِثِ الْعُكْلِيِّ ، عَنْ أَبِي زُرْعَةَ بْنِ عَمْرِو بْنِ جَرِيرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُجَيٍّ ، عَنْ عَلِيٍّ قَالَ : كَانَ لِي مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَاعَةٌ آتِيهِ فِيهَا ، فَإِذَا أَتَيْتُهُ اسْتَأْذَنْتُ إِنْ وَجَدْتُهُ يُصَلِّي فَتَنَحْنَحَ دَخَلْتُ ، وَإِنْ وَجَدْتُهُ فَارِغًا أَذِنَ لِي.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mənim Allah Elçisinin ﷺ yanına gəldiyim müəyyən vaxtım var idi. Gəldiyim zaman izn istəyərdim. Əgər namazda olardısa, mənə işarə etmək üçün öskürərdi, mən də içəri girərdim. Əgər namazda olmazdısa, içəri girməyimə izn verərdi”.”

Əli
ZəifNəsəi, 1211 (Səhv, 33)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَيَّاشٍ ، عَنْ مُغِيرَةَ ، عَنِ الْحَارِثِ الْعُكْلِيِّ ، عَنْ ابْنِ نُجَيٍّ ، قَالَ : قَالَ عَلِيٌّ : كَانَ لِي مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَدْخَلاَنِ : مَدْخَلٌ بِاللَّيْلِ ، وَمَدْخَلٌ بِالنَّهَارِ ، فَكُنْتُ إِذَا دَخَلْتُ بِاللَّيْلِ تَنَحْنَحَ لِي.

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanına iki vaxtda - gecə və gündüz gələrdim. Onun yanına gecə vaxtı gəldikdə (əgər namazda olardısa) işarə etmək üçün öskürərdi”.”

Əli
ZəifNəsəi, 1212 (Səhv, 34)

أَخْبَرَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّا بْنِ دِينَارٍ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، قَالَ : حَدَّثَنِي شُرَحْبِيلُ ، يَعْنِي ابْنَ مُدْرِكٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ نُجَيٍّ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ لِي عَلِيٌّ : كَانَتْ لِي مَنْزِلَةٌ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمْ تَكُنْ لأَحَدٍ مِنَ الْخَلاَئِقِ ، فَكُنْتُ آتِيهِ كُلَّ سَحَرٍ ، فَأَقُولُ : السَّلاَمُ عَلَيْكَ يَا نَبِيَّ اللهِ ، فَإِنْ تَنَحْنَحَ انْصَرَفْتُ إِلَى أَهْلِي ، وَإِلاَّ دَخَلْتُ عَلَيْهِ.

“Abdullah ibn Nucey atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Əli mənə dedi: “Allah Elçisinin ﷺ yanında yaradılmışlardan heç kimdə olmayan xüsusi məqamım var idi. Hər səhər onun yanına gedər və: “Sənə salam olsun, ey Allahın Peyğəmbəri!”- deyərdim. Əgər öskürərdisə, geri qayıdar, öskürməzdisə, onun yanına içəri daxil olardım”.”

Abdullah ibn Nucey atasından
ZəifNəsəi, 1213 (Səhv, 35)

Fəsil 18

Namazda ağlamaq

بَابُ الْبُكَاءِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ ، عَنْ ثَابِتٍ الْبُنَانِيِّ ، عَنْ مُطَرِّفٍ ، عَنْ أَبِيهِ ، قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَهُوَ يُصَلِّي وَلِجَوْفِهِ أَزِيزٌ كَأَزِيزِ الْمِرْجَلِ يَعْنِي : يَبْكِي.

“Mutarrif atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərin ﷺ yanına gəlmişdim. O, namaz qılır və hıçqıraraq ağlayırdı”.”

Mutarrif atasından
SəhihNəsəi, 1214 (Səhv, 36)

Fəsil 19

Namazda İblisi lənətləmək və ondan Allaha sığınmaq

بَابُ لَعْنِ إِبْلِيسَ وَالتَّعَوُّذِ بِاللَّهِ مِنْهُ فِي الصَّلاَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ ابْنِ وَهْبٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ ، قَالَ : حَدَّثَنِي رَبِيعَةُ بْنُ يَزِيدَ ، عَنْ أَبِي إِدْرِيسَ الْخَوْلاَنِيِّ ، عَنْ أَبِي الدَّرْدَاءِ ، قَالَ : قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي فَسَمِعْنَاهُ يَقُولُ : أَعُوذُ بِاللَّهِ مِنْكَ ، ثُمَّ قَالَ : أَلْعَنُكَ بِلَعْنَةِ اللهِ ثَلاَثًا ، وَبَسَطَ يَدَهُ كَأَنَّهُ يَتَنَاوَلُ شَيْئًا ، فَلَمَّا فَرَغَ مِنَ الصَّلاَةِ قُلْنَا : يَا رَسُولَ اللهِ ، قَدْ سَمِعْنَاكَ تَقُولُ فِي الصَّلاَةِ شَيْئًا لَمْ نَسْمَعْكَ تَقُولُهُ قَبْلَ ذَلِكَ ، وَرَأَيْنَاكَ بَسَطْتَ يَدَكَ ، قَالَ : إِنَّ عَدُوَّ اللهِ إِبْلِيسَ جَاءَ بِشِهَابٍ مِنْ نَارٍ لِيَجْعَلَهُ فِي وَجْهِي ، فَقُلْتُ : أَعُوذُ بِاللَّهِ مِنْكَ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ قُلْتُ : أَلْعَنُكَ بِلَعْنَةِ اللهِ ، فَلَمْ يَسْتَأْخِرْ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ أَرَدْتُ أَنْ آخُذَهُ ، وَاللَّهِ لَوْلاَ دَعْوَةُ أَخِينَا سُلَيْمَانَ لأَصْبَحَ مُوثَقًا بِهَا يَلْعَبُ بِهِ وِلْدَانُ أَهْلِ الْمَدِينَةِ.

“Rəvayət edilir ki, Əbud-Dərdə ﵁ demişdir: “Allah Elçisi ﷺ ayağa qalxıb namaza başladı və biz onun belə dediyini eşitdik: “Səndən Allaha sığınıram!” Sonra üç dəfə dedi: “Səni Allahın lənəti ilə lənətləyirəm!”- və əlini sanki qarşısındakı bir şeyi götürmək üçün uzatdı. Namazı bitirdikdən sonra biz ona dedik: “Ey Allahın Elçisi, bundan qabaq demədiyin şeyləri eşitdik və əlini nəyəsə uzatdığını gördük”. O dedi: “Həqiqətən, Allahın düşməni İblis oddan bir parça ilə onu üzümə vurmaq üçün gəlmişdi. Mən üç dəfə: “Səndən Allaha sığınıram!”- dedim. Sonra dedim: “Səni Allahın lənəti ilə lənətləyirəm!” Lakin o, çıxıb getmədi. Sonra onu tutmaq istədim. Allaha and olsun, qardaşım Süleymanın duası olmasaydı, onu tutub məscidin sütunlarına bağlayardım və Mədinə uşaqları onunla oynayaradılar”.”

Əbud-Dərdə
SəhihNəsəi, 1215 (Səhv, 37)

Fəsil 20

Namazda danışmaq

الْكَلاَمُ فِي الصَّلاَةِ

أَخْبَرَنَا كَثِيرُ بْنُ عُبَيْدٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ حَرْبٍ ، عَنِ الزُّبَيْدِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ ، أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ : قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ وَقُمْنَا مَعَهُ ، فَقَالَ أَعْرَابِيٌّ وَهُوَ فِي الصَّلاَةِ : اللَّهُمَّ ارْحَمْنِي وَمُحَمَّدًا وَلاَ تَرْحَمْ مَعَنَا أَحَدًا ، فَلَمَّا سَلَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِلأَعْرَابِيِّ : لَقَدْ تَحَجَّرْتَ وَاسِعًا يُرِيدُ رَحْمَةَ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz qılmaq üçün ayağa qalxdı və biz də onunla birlikdə ayağa qalxdıq. Bir bədəvi namazda dedi: “Allahım, mənə və Muhəmmədə rəhm et, bizdən başqa heç kimə rəhm etmə!” Allah Elçisi ﷺ namazı bitirdikdən sonra Allahın ﷿ rəhmətini qəsd edərək bədəviyə dedi: “Sən geniş olanı daraltdın”.”

Əbu Hureyra
SəhihNəsəi, 1216 (Səhv, 38)

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ الزُّهْرِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : أَحْفَظُهُ مِنَ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي سَعِيدٌ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ أَعْرَابِيًّا دَخَلَ الْمَسْجِدَ فَصَلَّى رَكْعَتَيْنِ ثُمَّ قَالَ : اللَّهُمَّ ارْحَمْنِي وَمُحَمَّدًا وَلاَ تَرْحَمْ مَعَنَا أَحَدًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَقَدْ تَحَجَّرْتَ وَاسِعًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir bədəvi məscidə gəlib iki rükət namaz qıldı, sonra da dedi: “Allahım, mənə və Muhəmmədə rəhm et, bizdən başqa heç kimə rəhm etmə!” Allah Elçisi ﷺ dedi: “Sən geniş olanı daraltdın”.”

Əbu Hureyra
SəhihNəsəi, 1217 (Səhv, 39)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ هِلاَلِ بْنِ أَبِي مَيْمُونَةَ ، قَالَ : حَدَّثَنِي عَطَاءُ بْنُ يَسَارٍ ، عَنْ مُعَاوِيَةَ بْنِ الْحَكَمِ السَّلَمِيِّ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّا حَدِيثُ عَهْدٍ بِجَاهِلِيَّةٍ فَجَاءَ اللَّهُ بِالإِسْلاَمِ ، وَإِنَّ رِجَالاً مِنَّا يَتَطَيَّرُونَ ، قَالَ : ذَاكَ شَيْءٌ يَجِدُونَهُ فِي صُدُورِهِمْ ، فَلاَ يَصُدَّنَّهُمْ وَرِجَالٌ مِنَّا يَأْتُونَ الْكُهَّانَ ، قَالَ : " فَلاَ تَأْتُوهُمْ ، قَالَ : يَا رَسُولَ اللهِ ، وَرِجَالٌ مِنَّا يَخُطُّونَ ، قَالَ : كَانَ نَبِيٌّ مِنَ الأَنْبِيَاءِ يَخُطُّ ، فَمَنْ وَافَقَ خَطُّهُ ، فَذَاكَ قَالَ : وَبَيْنَا أَنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الصَّلاَةِ إِذْ عَطَسَ رَجُلٌ مِنَ الْقَوْمِ ، فَقُلْتُ : يَرْحَمُكَ اللَّهُ ، فَحَدَّقَنِي الْقَوْمُ بِأَبْصَارِهِمْ ، فَقُلْتُ : وَاثُكْلَ أُمِّيَاهُ ، مَا لَكُمْ تَنْظُرُونَ إِلَيَّ ؟ قَالَ : فَضَرَبَ الْقَوْمُ بِأَيْدِيهِمْ عَلَى أَفْخَاذِهِمْ ، فَلَمَّا رَأَيْتُهُمْ يُسَكِّتُونِي لَكِنِّي سَكَتُّ ، فَلَمَّا انْصَرَفَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَعَانِي بِأَبِي وَأُمِّي ، هُوَ مَا ضَرَبَنِي ، وَلاَ كَهَرَنِي ، وَلاَ سَبَّنِي ، مَا رَأَيْتُ مُعَلِّمًا قَبْلَهُ وَلاَ بَعْدَهُ أَحْسَنَ تَعْلِيمًا مِنْهُ ، قَالَ : إِنَّ صَلاَتَنَا هَذِهِ لاَ يَصْلُحُ فِيهَا شَيْءٌ مِنْ كَلاَمِ النَّاسِ ، إِنَّمَا هُوَ التَّسْبِيحُ وَالتَّكْبِيرُ ، وَتِلاَوَةُ الْقُرْآنِ قَالَ : ثُمَّ اطَّلَعْتُ إِلَى غُنَيْمَةٍ لِي تَرْعَاهَا جَارِيَةٌ لِي فِي قِبَلِ أُحُدٍ وَالْجَوَّانِيَّةِ ، وَإِنِّي اطَّلَعْتُ فَوَجَدْتُ الذِّئْبَ قَدْ ذَهَبَ مِنْهَا بِشَاةٍ ، وَأَنَا رَجُلٌ مِنْ بَنِي آدَمَ آسَفُ كَمَا يَأْسَفُونَ ، فَصَكَكْتُهَا صَكَّةً ، ثُمَّ انْصَرَفْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَخْبَرْتُهُ ، فَعَظَّمَ ذَلِكَ عَلَيَّ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، أَفَلاَ أَعْتِقُهَا ؟ قَالَ : ادْعُهَا ، فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَيْنَ اللَّهُ عَزَّ وَجَلَّ ؟ ، قَالَتْ : فِي السَّمَاءِ ، قَالَ : فَمَنْ أَنَا ؟ قَالَتْ : أَنْتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِنَّهَا مُؤْمِنَةٌ فَاعْتِقْهَا.

“Rəvayət edilir ki, Muaviyə ibn əl-Həkəm əs-Sələmi ﵁ demişdir: “Ey Allahın Elçisi! Biz cahiliyyə dövründə yaşayırdıq. Sonra Allah İslamı bizə bəxş etdi. Bəzilərimiz düşər-düşməzliyə inanırdıq”. O dedi: “Düşər-düşməzlik onların qəlblərinə sızan bir şeydir. Belə şeylər sizi işlərinizdən qoymasın”. Mən dedim: “Bizdən bəzilərimiz kahinlərin yanına gedərək onların dediklərinə inanırlar”. Allah Elçisi ﷺ dedi: “Onların yanına getməyin!” Mən dedim: “Bəzilərimiz yerdə xətlər çəkərək falçılıq edirlər”. O dedi: “Bəzi peyğəmbərlər də yerdə xətlər çəkirdi. Onların xətt çəkmələri peyğəmbərlərinkinə uyğun olsa, o da onlar kimidir”. Mən namazda Allah Elçisi ﷺ ilə birlikdə idim. Camaatdan bir nəfər asqırdı. Mən: “Allah sənə rəhm etsin!”- dedim. Buna görə camaat mənə pis baxdı”. Mən də: “Analarınız sizin üçün ağlasın, nə baxırsız?!”- dedim. Bu dəfə hamısı əlləri ilə çiyinlərinə vurdular. Məni susdurmaq istədiklərini başa düşdüm və susdum. Allah Elçisi ﷺ namazını bitirən kimi məni çağırdı. Anam-atam ona fəda olsun! Məni nə vurdu, nə danladı, nə də söydü. Nə əvvəl, nə də sonralar onun kimi gözəl müəllim görmədim. Mənə belə dedi: “Bizim qıldığımız namazda insanlarla söhbət etmək olmaz. Burda təsbih və təkbir deyilir, Quran oxunur”. Sonra mən Uhud tərəfdə olan Cəvvaniyyə deyilən yerə cariyəmin otardığı qoyunlarımın yanına getdim. Bir də gördüm ki, qoyunlarımdan bir qoyunu canavar aparıb. Mən də Adəm övladı olduğum üçün təəssüfləndim və cariyəni vurdum. Sonra Allah Elçisinin ﷺ yanına gələrək vəziyyəti ona xəbər verdim. Allah Elçisi ﷺ etdiyim əmələ görə məni qınadı. Mən dedim: “Ey Allahın Elçisi, onu azad edimmi?” Allah Elçisi ﷺ dedi: “Onu yanıma çağır.” Allah Elçisi ﷺ ona dedi: “Allah ﷿ hardadır?” Cariyə: “Göydə!”- dedi O dedi: “Bəs mən kiməm?” Cariyə: “Sən Allahın Elçisisən!”- dedi. Allah Elçisi ﷺ dedi: “O, mömin qadındır. Onu azad et!””

Muaviyə ibn əl-Həkəm əs-Sələmi
SəhihNəsəi, 1218 (Səhv, 40)

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ أَبِي خَالِدٍ ، قَالَ : حَدَّثَنِي الْحَارِثُ بْنُ شُبَيْلٍ ، عَنْ أَبِي عَمْرٍو الشَّيْبَانِيِّ ، عَنْ زَيْدِ بْنِ أَرْقَمَ ، قَالَ : كَانَ الرَّجُلُ يُكَلِّمُ صَاحِبَهُ فِي الصَّلاَةِ بِالْحَاجَةِ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى نَزَلَتْ هَذِهِ الآيَةُ {حَافِظُوا عَلَى الصَّلَوَاتِ وَالصَّلاَةِ الْوُسْطَى وَقُومُوا لِلَّهِ قَانِتِينَ} فأمرنا بالسكوت .

“Rəvayət edilir ki, Zeyd ibn Ərqam ﵁ demişdir: “Allah Elçisinin ﷺ vaxtında bizdən bir kişi namazda öz ehtiyacı olan şeylər haqda danışardı. Buna görə də bu ayə: “Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun” (əl-Bəqərə, 238) nazil olduqda, biz namazda sükut etməklə əmr olunduq”.”

Zeyd ibn Ərqam
SəhihNəsəi, 1219 (Səhv, 41)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمَّارٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي غَنِيَّةَ وَاسْمُهُ يَحْيَى بْنُ عَبْدِ الْمَلِكِ ، وَالْقَاسِمُ بْنُ يَزِيدَ الْجَرْمِيُّ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّبَيْرِ بْنِ عَدِيٍّ ، عَنْ كُلْثُومٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، وَهَذَا حَدِيثُ الْقَاسِمِ ، قَالَ : كُنْتُ آتِي النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُصَلِّي فَأُسَلِّمُ عَلَيْهِ فَيَرُدُّ عَلَيَّ ، فَأَتَيْتُهُ فَسَلَّمْتُ عَلَيْهِ وَهُوَ يُصَلِّي فَلَمْ يَرُدَّ عَلَيَّ ، فَلَمَّا سَلَّمَ أَشَارَ إِلَى الْقَوْمِ ، فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ ـ يَعْنِي ـ أَحْدَثَ فِي الصَّلاَةِ أَنْ لاَ تَكَلَّمُوا إِلاَّ بِذِكْرِ اللهِ ، وَمَا يَنْبَغِي لَكُمْ ، وَأَنْ تَقُومُوا لِلَّهِ قَانِتِينَ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanına gələr, o, namaz qıldığı halda ona salam verirdim. O da mənim salamımı alırdı. Bir dəfə mən onun yanına gəldikdə, o, namaz qıldığı halda yenə ona salam verdim, lakin mənim salamımı almadı. Namazı bitirdikdə, camaata işarə etdi və dedi: “Həqiqətən, Allah ﷿ namazda danışmağa deyil, yalnız zikr etməyə icazə verdi. Bu, (yəni namazda danışmaq) sizə yaraşmaz. Allahın hüzurunda müti olaraq dayanın!””

Abdullah ibn Məsud
SəhihNəsəi, 1220 (Səhv, 42)

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَاصِمٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ ابْنِ مَسْعُودٍ ، قَالَ : كُنَّا نُسَلِّمُ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَيَرُدُّ عَلَيْنَا السَّلاَمَ حَتَّى قَدِمْنَا مِنْ أَرْضِ الْحَبَشَةِ ، فَسَلَّمْتُ عَلَيْهِ ، فَلَمْ يَرُدَّ عَلَيَّ ، فَأَخَذَنِي مَا قَرُبَ وَمَا بَعُدَ فَجَلَسْتُ حَتَّى إِذَا قَضَى الصَّلاَةَ ، قَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُحْدِثُ مِنْ أَمْرِهِ مَا يَشَاءُ ، وَإِنَّهُ قَدْ أَحْدَثَ مِنْ أَمْرِهِ أَنْ لاَ يُتَكَلَّمَ فِي الصَّلاَةِ.

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Peyğəmbər ﷺ namazda olduqda, biz ona salam verər və o da salamımızı alardı. Biz Həbəşistana gedib gəldikdən sonra ona salam verdik, o isə namazda idi və salamımızı almadı. Məni (onun salamımızı almamasına görə) fikir apardı və mən oturub onun namazı bitirməsini gözlədim. Namazı bitirdikdən sonra Allah Elçisi ﷺ buyurdu: “Həqiqətən, Allah ﷿ istədiyi bir şeyi əmr edir. Allah namazda danışmamağı əmr etdi”.”

İbn Məsud
SəhihNəsəi, 1221 (Səhv, 43)

Fəsil 21

Təşəhhüdü unudaraq ikinci rükətdən qalxan nə etməlidir?

مَا يَفْعَلُ مَنْ قَامَ مِنَ اثْنَتَيْنِ نَاسِيًا وَلَمْ يَتَشَهَّدْ.

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ ، عَنْ عَبْدِ اللهِ ابْنِ بُحَيْنَةَ ، قَالَ : صَلَّى لَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَكْعَتَيْنِ ، ثُمَّ قَامَ فَلَمْ يَجْلِسْ ، فَقَامَ النَّاسُ مَعَهُ ، فَلَمَّا قَضَى صَلاَتَهُ وَنَظَرْنَا تَسْلِيمَهُ ، كَبَّرَ فَسَجَدَ سَجْدَتَيْنِ وَهُوَ جَالِسٌ قَبْلَ التَّسْلِيمِ ثُمَّ سَلَّمَ.

“Rəvayət edilir ki, Abdullah ibn Buheynə ﵁ demişdir: “Allah Elçisi ﷺ bizimlə iki rükət namaz qıldı, sonra oturmadan qalxdı. İnsanlar da onunla bilikdə qalxdılar. Namazı bitirdikdən sonra biz onun salam verməsini gözləyirdik. O isə təkbir edib salamdan qabaq iki dəfə səcdə etdi, sonra salam verdi”.”

Abdullah ibn Buheynə
SəhihNəsəi, 1222 (Səhv, 44)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هُرْمُزَ ، عَنْ عَبْدِ اللهِ ابْنِ بُحَيْنَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ قَامَ فِي الصَّلاَةِ وَعَلَيْهِ جُلُوسٌ فَسَجَدَ سَجْدَتَيْنِ وَهُوَ جَالِسٌ قَبْلَ التَّسْلِيمِ.

“Abdullah ibn Buheynə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazda oturulası yerdə ayağa qalxdı, sonra namazda salam verməmişdən qabaq oturdu və iki dəfə səcdə etdi.”

Abdullah ibn Buheynə
SəhihNəsəi, 1223 (Səhv, 45)

Fəsil 22

İki rükətdən sonra unudaraq namazı bitirən və danışan nə etməlidir?

مَا يَفْعَلُ مَنْ سَلَّمَ مِنْ رَكْعَتَيْنِ نَاسِيًا وَتَكَلَّمَ.

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، قَالَ : قَالَ أَبُو هُرَيْرَةَ : صَلَّى بِنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِحْدَى صَلاَتَيِ الْعَشِيِّ ، قَالَ : قَالَ أَبُو هُرَيْرَةَ : وَلَكِنِّي نَسِيتُ ، قَالَ : فَصَلَّى بِنَا رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، فَانْطَلَقَ إِلَى خَشَبَةٍ مَعْرُوضَةٍ فِي الْمَسْجِدِ ، فَقَالَ بِيَدِهِ عَلَيْهَا كَأَنَّهُ غَضْبَانُ ، وَخَرَجَتِ السَّرَعَانُ مِنْ أَبْوَابِ الْمَسْجِدِ ، فَقَالُوا : قُصِرَتِ الصَّلاَةُ وَفِي الْقَوْمِ أَبُو بَكْرٍ وَعُمَرُ رَضِيَ اللَّهُ عَنْهُمَا ، فَهَابَاهُ أَنْ يُكَلِّمَاهُ وَفِي الْقَوْمِ رَجُلٌ فِي يَدَيْهِ طُولٌ ، قَالَ : كَانَ يُسَمَّى ذَا الْيَدَيْنِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَنَسِيتَ أَمْ قُصِرَتِ الصَّلاَةُ ؟ قَالَ : لَمْ أَنْسَ ، وَلَمْ تُقْصَرِ الصَّلاَةُ ، قَالَ : وَقَالَ : أَكَمَا قَالَ ذُو الْيَدَيْنِ ؟ ، قَالُوا : نَعَمْ ، فَجَاءَ فَصَلَّى الَّذِي كَانَ تَرَكَهُ ثُمَّ سَلَّمَ ، ثُمَّ كَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ وَكَبَّرَ ، ثُمَّ كَبَّرَ ، ثُمَّ سَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ، ثُمَّ كَبَّرَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbər ﷺ bizə günorta namazlarından birini qıldırdı. Hansı namaz olduğunu unutdum. O, bizə iki rükət qıldırdı, sonra da salam verdi. Məscidin bir tərəfində yığılmış taxta parçalarına tərəf getdi, sanki qəzəbli halda olaraq əlini taxtaya qoydu. İnsanlar tələsik məscidin qapısından çıxıb: “Namaz qısaldı”- dedilər. Əbu Bəkr və Ömər ﵄ bu camaatın arasında idi. Onlar bu haqda danışmaqdan çəkindilər. Camaat arasında Zul-Yədeyn adı ilə çağırılan uzun əli olan bir kişi dedi: “Ey Allahın Elçisi! Sən unutdun, yoxsa namaz qısaldı?” O dedi: “Nə unutdum, nə də namaz qısaldı”. Sonra camaatdan soruşdu: “Zul-Yədeyn dediyi kimidirmi?” Onlar: “Bəli!”- dedilər. Allah Elçisi ﷺ gəlib unutduğu hissəni qıldı, sonra salam verdi. Sonra təkbir edib onun kimi və ya ondan bir az uzun səcdə etdi. Sonra başını qaldırdı və təkbir etdi. Sonra təkbir edib onun kimi və ya ondan bir az uzun səcdə etdi. Sonra başını qaldırdı və təkbir etdi”.”

Əbu Hureyra
SəhihNəsəi, 1224 (Səhv, 46)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي أَيُّوبُ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ انْصَرَفَ مِنَ اثْنَتَيْنِ ، فَقَالَ لَهُ ذُو الْيَدَيْنِ : أَقُصِرَتِ الصَّلاَةُ أَمْ نَسِيتَ يَا رَسُولَ اللهِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَصَدَقَ ذُو الْيَدَيْنِ ؟ فَقَالَ النَّاسُ : نَعَمْ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى اثْنَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ كَبَّرَ فَسَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ ثُمَّ سَجَدَ مِثْلَ سُجُودِهِ أَوْ أَطْوَلَ ثُمَّ رَفَعَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ iki rükətdən sonra namazı bitirdi. Zul-Yədeyn ona dedi: “Namaz qısaldı, yoxsa sən unutdun, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ dedi: “Zul-Yədeyn düz deyirmi?” İnsanlar: “Bəli!”- dedilər. Allah Elçisi ﷺ qalxıb iki rükət qıldı, sonra salam verdi, sonra təkbir edib əvvəl etdiyi kimi və ya ondan uzun səcdə etdi, sonra başını qaldırdı. Sonra yenə əvvəl etdiyi kimi və ya ondan uzun səcdə etdi, sonra da başını qaldırdı”.”

Əbu Hureyra
SəhihNəsəi, 1225 (Səhv, 47)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ دَاوُدَ بْنِ الْحُصَيْنِ ، عَنْ أَبِي سُفْيَانَ ، مَوْلَى ابْنِ أَبِي أَحْمَدَ أَنَّهُ قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : صَلَّى لَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الْعَصْرِ ، فَسَلَّمَ فِي رَكْعَتَيْنِ ، فَقَامَ ذُو الْيَدَيْنِ ، فَقَالَ : أَقُصِرَتِ الصَّلاَةُ يَا رَسُولَ اللهِ أَمْ نَسِيتَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كُلُّ ذَلِكَ لَمْ يَكُنْ ، فَقَالَ : قَدْ كَانَ بَعْضُ ذَلِكَ يَا رَسُولَ اللهِ ، فَأَقْبَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى النَّاسِ ، فَقَالَ : أَصَدَقَ ذُو الْيَدَيْنِ ؟ فَقَالُوا : نَعَمْ ، فَأَتَمَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا بَقِيَ مِنَ الصَّلاَةِ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ وَهُوَ جَالِسٌ بَعْدَ التَّسْلِيمِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə Əsr namazını qıldırdı. İki rükət qılıb salam verdi. Zul-Yədeyn qalxıb dedi: “Namaz qısaldıldı, yoxsa unutdun, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ: “Bunlardan heç biri olmayıb”- dedi. O dedi: “Bunlardan biri baş verdi, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ insanlara tərəf çevrilib dedi: “Zul-Yədeyn düz deyir?” Onlar: “Bəli!”- dedilər. Allah Elçisi ﷺ namazdan qalan hissələri tamamladı. Sonra oturduğu halda salamdan sonra iki dəfə səcdə etdi”.”

Əbu Hureyra
SəhihNəsəi, 1226 (Səhv, 48)

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ عُبَيْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، أَنَّهُ سَمِعَ أَبَا سَلَمَةَ يُحَدِّثُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى صَلاَةَ الظُّهْرِ رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، فَقَالُوا : قُصِرَتِ الصَّلاَةُ ، فَقَامَ وَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Zöhr namazını iki rükət qıldı və salam verdi. Camaat dedi: “Namaz qısaldı”. Allah Elçisi ﷺ qalxıb iki rükət də namaz qıldı, sonra salam verdi, sonra da iki dəfə səhv səcdəsi etdi.”

Əbu Hureyra
SəhihNəsəi, 1227 (Səhv, 49)

أَخْبَرَنَا عِيسَى بْنُ حَمَّادٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ عِمْرَانَ بْنِ أَبِي أَنَسٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى يَوْمًا ، فَسَلَّمَ فِي رَكْعَتَيْنِ ، ثُمَّ انْصَرَفَ ، فَأَدْرَكَهُ ذُو الشِّمَالَيْنِ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، أَنُقِصَتِ الصَّلاَةُ أَمْ نَسِيتَ ؟ فَقَالَ : لَمْ تُنْقَصِ الصَّلاَةُ وَلَمْ أَنْسَ ، قَالَ : بَلَى وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَصَدَقَ ذُو الْيَدَيْنِ ؟ قَالُوا : نَعَمْ فَصَلَّى بِالنَّاسِ رَكْعَتَيْنِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir gün namaz qıldı, ikinci rükətdə salam verdi, sonra dönüb getdi. Zuş-Şiməleyn ona çatıb dedi: “Ey Allahın Elçisi, namaz qısaldı, yoxsa sən unutdun?” O dedi: “Nə namaz qısaldı, nə də mən unutdum”. Səhabə dedi: “Əksinə, səni haqq ilə Göndərənə and olsun ki, (sən qısaltdın və ya unutdun)”. Allah Elçisi ﷺ dedi: “Zul-Yədeyn düz deyirmi?” İnsanlar: “Bəli!”- dedilər. Allah Elçisi ﷺ də camaatla birlikdə qalan iki rükəti tamamladı.”

Əbu Hureyra
SəhihNəsəi, 1228 (Səhv, 50)

أَخْبَرَنَا هَارُونُ بْنُ مُوسَى الْفَرْوِيُّ ، قَالَ : حَدَّثَنِي أَبُو ضَمْرَةَ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : نَسِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسَلَّمَ فِي سَجْدَتَيْنِ ، فَقَالَ لَهُ ذُو الشِّمَالَيْنِ : أَقُصِرَتِ الصَّلاَةُ أَمْ نَسِيتَ يَا رَسُولَ اللهِ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَصَدَقَ ذُو الْيَدَيْنِ ؟ قَالُوا : نَعَمْ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَمَّ الصَّلاَةَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ unudaraq iki rükətdən sonra salam verdi. Zuş-Şiməleyn ona dedi: “Namaz qısaldı, yoxsa sən unutdun, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ dedi: “Zul-Yədeyn doğru deyirmi? Camaat: “Bəli!”- dedikdə, Allah Elçisi ﷺ də qalxıb namazı tamaladı”.”

Əbu Hureyra
SəhihNəsəi, 1229 (Səhv, 51)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، وَأَبِي بَكْرِ بْنِ سُلَيْمَانَ بْنِ أَبِي حَثْمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ أَوِ الْعَصْرَ ، فَسَلَّمَ فِي رَكْعَتَيْنِ وَانْصَرَفَ ، فَقَالَ لَهُ ذُو الشِّمَالَيْنِ ابْنُ عَمْرٍو : أَنُقِصَتِ الصَّلاَةُ أَمْ نَسِيتَ ؟ قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا يَقُولُ ذُو الْيَدَيْنِ ؟ ، فَقَالُوا : صَدَقَ يَا نَبِيَّ اللهِ ، فَأَتَمَّ بِهِمُ الرَّكْعَتَيْنِ اللَّتَيْنِ نَقَصَ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ Zöhr və ya Əsr namazını qıldırdı, iki rükətdən sonra salam verib bizə tərəf çevrildi. Zuş-Şiməleyn ibn Amr ona dedi: “Namaz qısaldı, yoxsa sən unutdun?” Peyğəmbər ﷺ dedi: “Zul-Yədeyn düz deyir?” Camaat dedi: “O, düz deyir, ey Allahın Peyğəmbəri!” Peyğəmbər ﷺ də əskik qıldığı iki rükəti tamamladı”.”

Əbu Hureyra
SəhihNəsəi, 1230 (Səhv, 52)

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ أَبَا بَكْرِ بْنَ سُلَيْمَانَ بْنِ أَبِي حَثْمَةَ أَخْبَرَهُ أَنَّهُ بَلَغَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى رَكْعَتَيْنِ ، فَقَالَ لَهُ ذُو الشِّمَالَيْنِ نَحْوَهُ . قَالَ ابْنُ شِهَابٍ : أَخْبَرَنِي هَذَا الْخَبَرَ سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : وَأَخْبَرَنِيهِ أَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، وَأَبُو بَكْرِ بْنُ عَبْدِ الرَّحْمَنِ بْنِ الْحَارِثِ ، وَعُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللَّهِ.

“Eyni hədisdir.”

Əbu Bəkr ibn Süleyman ibn Əbu Həsmə
SəhihNəsəi, 1231 (Səhv, 53)

Fəsil 23

Əbu Hureyranın ﵁ səhv səcdəsi haqda olan ixtilafı

ذِكْرُ الاِخْتِلاَفِ عَلَى أَبِي هُرَيْرَةَ فِي السَّجْدَتَيْنِ.

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ عُقَيْلٍ ، قَالَ : حَدَّثَنِي ابْنُ شِهَابٍ ، عَنْ سَعِيدٍ ، وَأَبِي سَلَمَةَ ، وَأَبِي بَكْرِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، وَابْنِ أَبِي حَثْمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ أَنَّهُ قَالَ : لَمْ يَسْجُدْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَئِذٍ قَبْلَ السَّلاَمِ وَلاَ بَعْدَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ bu günə qədər nə salamdan öncə, nə də salamdan sonra səcdə etməmişdir”.”

Əbu Hureyra
ZəifNəsəi, 1232 (Səhv, 54)

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنْ عِرَاكِ بْنِ مَالِكٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَجَدَ يَوْمَ ذِي الْيَدَيْنِ سَجْدَتَيْنِ بَعْدَ السَّلاَمِ

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Zul-Yədeyn hadisəsi vaxtı salamdan sonra iki dəfə səcdə etdi.”

Əbu Hureyra
SəhihNəsəi, 1233 (Səhv, 55)

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ ، قَالَ : أَخْبَرَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَنْبَأَنَا عَمْرُو بْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، بِمِثْلِهِ.

“Eyni hədisdir.”

Əbu Hureyra
ZəifNəsəi, 1234 (Səhv, 56)

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ ، قَالَ : حَدَّثَنَا بَقِيَّةُ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : وَحَدَّثَنِي ابْنُ عَوْنٍ ، وَخَالِدٌ الْحَذَّاءُ ، عَنْ ابْنِ سِيرِينَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَجَدَ فِي وَهْمِهِ بَعْدَ التَّسْلِيمِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ namazda səhv etdikdə salam verdikdən sonra səcdə etdi.”

Əbu Hureyra
SəhihNəsəi, 1235 (Səhv, 57)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ النَّيْسَابُورِيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الأَنْصَارِيُّ ، قَالَ : أَخْبَرَنِي أَشْعَثُ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمُهَلَّبِ ، عَنْ عِمْرَانَ ابْنِ حُصَيْنٍ ، أَنَّ النَّبِيَّ اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى بِهِمْ فَسَهَا ، فَسَجَدَ سَجْدَتَيْنِ ثُمَّ سَلَّمَ.

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ namaz qıldıqda səhv etdi və iki dəfə səcdə etdikdən sonra salam verdi.”

İmran ibn Husayn
SəhihNəsəi, 1236 (Səhv, 58)

أَخْبَرَنَا أَبُو الأَشْعَثِ ، عَنْ يَزِيدَ بْنِ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ الْحَذَّاءُ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمُهَلَّبِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، قَالَ : سَلَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي ثَلاَثِ رَكَعَاتٍ مِنَ الْعَصْرِ ، فَدَخَلَ مَنْزِلَهُ ، فَقَامَ إِلَيْهِ رَجُلٌ يُقَالُ لَهُ الْخِرْبَاقُ ، فَقَالَ : يَعْنِي نَقَصَتِ الصَّلاَةُ يَا رَسُولَ اللهِ ؟ فَخَرَجَ مُغْضَبًا يَجُرُّ رِدَاءَهُ ، فَقَالَ : أَصَدَقَ ؟ قَالُوا : نَعَمْ ، فَقَامَ فَصَلَّى تِلْكَ الرَّكْعَةَ ثُمَّ سَلَّمَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْهَا ، ثُمَّ سَلَّمَ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ Əsr namazında üçüncü rükətdən sonra salam verdi və öz evinə daxil oldu. əl-Xirbəq adlı bir kişi qalxıb dedi: “Namaz qısaldımı, ey Allah Elçisi?” Allah Elçisi ﷺ ridasını çəkərək qəzəbli halda evindən çıxdı və dedi: “O, düz deyirmi?” Camaat da: “Bəli!”- dedi. Allah Elçisi ﷺ durub az qıldığı rükəti tamamladı, sonra salam verdi, sonra iki dəfə səcdə etdi və sonra da salam verdi”.”

İmran ibn Husayn
SəhihNəsəi, 1237 (Səhv, 59)

Fəsil 24

Namazında şəkk edənin namazını tamamlaması

بَابُ إِتْمَامِ الْمُصَلِّي عَلَى مَا ذَكَرَ إِذَا شَكَّ.

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِذَا شَكَّ أَحَدُكُمْ فِي صَلاَتِهِ فَلْيُلْغِ الشَّكَّ وَلْيَبْنِ عَلَى الْيَقِينِ ، فَإِذَا اسْتَيْقَنَ بِالتَّمَامِ ، فَلْيَسْجُدْ سَجْدَتَيْنِ وَهُوَ قَاعِدٌ ، فَإِنْ كَانَ صَلَّى خَمْسًا شَفَعَتَا لَهُ صَلاَتَهُ ، وَإِنْ صَلَّى أَرْبَعًا كَانَتَا تَرْغِيمًا لِلشَّيْطَانِ.

“Əbu Səid ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz namazında şəkk etdikdə, şəkk etdiyi şeyi kənara qoysun və yəqin olduğu şeyə əməl etsin. Namazını tamamladığını yəqin etsə, oturduğu yerdə iki dəfə səcdə etsin. Əgər namazı beş rükət olsa, etdiyi səcdələr onun namazının rükətlərini sanki cütləşdirmiş olar. Əgər dörd rükət olsa, etdiyi səcdələr şeytanı alçaldan səcdələr olar”.”

Əbu Səid
SəhihNəsəi, 1238 (Səhv, 60)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا حُجَيْنُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ وَهُوَ ابْنُ أَبِي سَلَمَةَ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا لَمْ يَدْرِ أَحَدُكُمْ صَلَّى ثَلاَثًا أَمْ أَرْبَعًا ، فَلْيُصَلِّ رَكْعَةً ، ثُمَّ يَسْجُدْ بَعْدَ ذَلِكَ سَجْدَتَيْنِ ، وَهُوَ جَالِسٌ ، فَإِنْ كَانَ صَلَّى خَمْسًا شَفَعَتَا لَهُ صَلاَتَهُ ، وَإِنْ صَلَّى أَرْبَعًا كَانَتَا تَرْغِيمًا لِلشَّيْطَانِ.

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Sizdən biriniz üç və ya dörd rükət qıldığını bilmədikdə, qoy bir rükət qılsın, sonra oturduğu yerdə iki dəfə səcdə etsin. Əgər beş rükət qılmışdısa, bu iki səcdə onun namazının rükətlərinin sayını cütləşdirmiş olar. Əgər dörd rükət qılmışdısa, bu iki səcdə şeytanı alçaltmış olar”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 1239 (Səhv, 61)

Fəsil 25

Namazda düzgün olanı aydınlaşdırmaq haqda

بَابُ التَّحَرِّي.

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا مُفَضَّلٌ وَهُوَ ابْنُ مُهَلْهَلٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، يَرْفَعُهُ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا شَكَّ أَحَدُكُمْ فِي صَلاَتِهِ فَلْيَتَحَرَّ الَّذِي يَرَى أَنَّهُ الصَّوَابُ فَيُتِمَّهُ ، ثُمَّ ـ يَعْنِي ـ يَسْجُدُ سَجْدَتَيْنِ وَلَمْ أَفْهَمْ بَعْضَ حُرُوفِهِ كَمَا أَرَدْتُ.

“Abdullah ﵁ bu sözü Peyğəmbərə ﷺ isnad edərək demişdir: “Sizdən biriniz namazında şəkk-şübhəyə düşsə, qoy hansının düz olmasını aydınlaşdırsın və onu da tamamlasın. Sonra iki dəfə səcdə etsin”. Mən Allah Elçisinin ﷺ bundan sonra dediklərini başa düşə bilmədim.”

Abdullah
SəhihNəsəi, 1240 (Səhv, 62)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، عَنْ مِسْعَرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا شَكَّ أَحَدُكُمْ فِي صَلاَتِهِ فَلْيَتَحَرَّ ، وَيَسْجُدْ سَجْدَتَيْنِ بَعْدَ مَا يَفْرُغُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz namazında şəkk-şübhəyə düşsə, qoy aydınlaşdırsın. Namazı bitirdikdən sonra da iki dəfə səcdə etsin”.”

Abdullah
SəhihNəsəi, 1241 (Səhv, 63)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مِسْعَرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَزَادَ أَوْ نَقَصَ ، فَلَمَّا سَلَّمَ قُلْنَا : يَا رَسُولَ اللهِ ، هَلْ حَدَثَ فِي الصَّلاَةِ شَيْءٌ ؟ قَالَ : لَوْ حَدَثَ فِي الصَّلاَةِ شَيْءٌ أَنْبَأْتُكُمُوهُ ، وَلَكِنِّي إِنَّمَا أَنَا بَشَرٌ أَنْسَى كَمَا تَنْسَوْنَ ، فَأَيُّكُمْ مَا شَكَّ فِي صَلاَتِهِ فَلْيَنْظُرْ أَحْرَى ذَلِكَ إِلَى الصَّوَابِ ، فَلْيُتِمَّ عَلَيْهِ ، ثُمَّ لِيُسَلِّمْ وَلْيَسْجُدْ سَجْدَتَيْنِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz qıldı və namazında artırdı və ya əskiltdi. Sonra da salam verdi. Biz dedik: “Ey Allahın Elçisi, namazda bir dəyişiklik baş veribmi?” O dedi: “Əgər namazda bir şey baş versəydi, mən bunu sizə xəbər verərdim, lakin mən bəşərəm, sizin unutduğunuz kimi mən də unuduram. Sizdən biriniz namazında şəkk etsə, düzgün olanı müəyyənləşdirsin. Sonra namazını tamamlasın. Sonra salam verib iki dəfə səcdə etsin”.”

Abdullah
SəhihNəsəi, 1242 (Səhv, 64)

أَخْبَرَنَا الْحَسَنُ بْنُ إِسْمَعِيلَ بْنِ سُلَيْمَانَ الْمُجَالِدِيُّ ، قَالَ : حَدَّثَنَا الْفُضَيْلُ ، يَعْنِي ابْنَ عِيَاضٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةً فَزَادَ فِيهَا أَوْ نَقَصَ ، فَلَمَّا سَلَّمَ قُلْنَا : يَا نَبِيَّ اللهِ ، هَلْ حَدَثَ فِي الصَّلاَةِ شَيْءٌ ؟ قَالَ : وَمَا ذَاكَ ؟ فَذَكَرْنَا لَهُ الَّذِي فَعَلَ فَثَنَى رِجْلَهُ ، فَاسْتَقْبَلَ الْقِبْلَةَ ، فَسَجَدَ سَجْدَتَيِ السَّهْوِ ، ثُمَّ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ ، فَقَالَ : لَوْ حَدَثَ فِي الصَّلاَةِ شَيْءٌ لأَنْبَأْتُكُمْ بِهِ ، ثُمَّ قَالَ : إِنَّمَا أَنَا بَشَرٌ أَنْسَى كَمَا تَنْسَوْنَ ، فَأَيُّكُمْ شَكَّ فِي صَلاَتِهِ شَيْئًا فَلْيَتَحَرَّ الَّذِي يَرَى أَنَّهُ صَوَابٌ ، ثُمَّ يُسَلِّمْ ، ثُمَّ يَسْجُدْ سَجْدَتَيِ السَّهْوِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ namaz qıldı və namazda artırdı və ya əskiltdi. O, salam verdikdən sonra biz dedik: “Ey Allahın Peyğəmbəri, namazda bir dəyişiklik baş veribmi?” O dedi: “Nə baş verib ki?” Biz də ona bundan qabaq etdiyini xatırlatdıq. O, ayaqlarını bitişdirərək qibləyə tərəf çevrildi və səhv səcdəsi etdi. Sonra bizə tərəf çevrilib dedi: “Əgər namazda bir dəyişiklik baş versəydi, mən onu sizə mütləq xəbər verərdim”. Sonra dedi: “Həqiqətən, mən bəşərəm, sizin unutduğunuz kimi unuduram. Sizdən biriniz namazda şəkk etsə (artırsa və ya əskiltsə), hansının daha düzgün olduğunu müəyyənləşdirsin, sonra salam verib iki dəfə səhv səcdəsi etsin”.”

Abdullah
SəhihNəsəi, 1243 (Səhv, 65)

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، عَنْ شُعْبَةَ ، قَالَ : كَتَبَ إِلَيَّ مَنْصُورٌ ، وَقَرَأْتُهُ عَلَيْهِ وَسَمِعْتُهُ يُحَدِّثُ رَجُلاً ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى صَلاَةَ الظُّهْرِ ، ثُمَّ أَقْبَلَ عَلَيْهِمْ بِوَجْهِهِ ، فَقَالُوا : أَحَدَثَ فِي الصَّلاَةِ حَدَثٌ ؟ قَالَ : وَمَا ذَاكَ ؟ فَأَخْبَرُوهُ بِصَنِيعِهِ ، فَثَنَى رِجْلَهُ ، وَاسْتَقْبَلَ الْقِبْلَةَ ، فَسَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ أَقْبَلَ عَلَيْهِمْ بِوَجْهِهِ ، فَقَالَ : إِنَّمَا أَنَا بَشَرٌ أَنْسَى كَمَا تَنْسَوْنَ ، فَإِذَا نَسِيتُ فَذَكِّرُونِي وَقَالَ : لَوْ كَانَ حَدَثَ فِي الصَّلاَةِ حَدَثٌ أَنْبَأْتُكُمْ بِهِ وَقَالَ : إِذَا أَوْهَمَ أَحَدُكُمْ فِي صَلاَتِهِ فَلْيَتَحَرَّ أَقْرَبَ ذَلِكَ مِنَ الصَّوَابِ ثُمَّ لِيُتِمَّ عَلَيْهِ ، ثُمَّ يَسْجُدْ سَجْدَتَيْنِ.

“Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Zöhr namazını qılırdı, sonra camaata doğru çevrildi. Camaat ona dedi: “Namazda bir dəyişiklik baş verib?” O dedi: “Nə olub ki?” Onlar da Peyğəmbərə ﷺ namazda etdiyi səhvi bildirdikdə, o, ayaqlarını birləşdirib qibləyə yönəldi, iki dəfə səcdə etdi, sonra salam verdi. Sonra da camaata çevrilib dedi: “Həqiqətən, mən bəşərəm, sizin unutduğunuz kimi mən də unuduram. Əgər bir şeyi unutsam, mənim yadıma salın. Əgər namazda bir dəyişiklik baş versəydi, bunu sizə xəbər verərdim. Əgər sizdən biriniz namazında şəkk-şübhəyə düşsə, qoy doğruya daha yaxın olana əməl etsin, sonra namazını tamamlasın və iki dəfə səcdə etsin”.”

Abdullah
SəhihNəsəi, 1244 (Səhv, 66)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، قَالَ : سَمِعْتُ أَبَا وَائِلٍ ، يَقُولُ : قَالَ عَبْدُ اللهِ : مَنْ أَوْهَمَ فِي صَلاَتِهِ فَلْيَتَحَرَّ الصَّوَابَ ، ثُمَّ يَسْجُدْ سَجْدَتَيْنِ بَعْدَ مَا يَفْرُغُ وَهُوَ جَالِسٌ.

“Rəvayət edilir ki, Abdullah ﵁ belə demişdir: “Sizdən biriniz namazında şəkk-şübhəyə düşsə, qoy düzgün olanı aydınlaşdırsın, sonra da oturduğu yerdə salam verdikdən sonra iki dəfə səcdə etsin”.”

Abdullah
SəhihNəsəi, 1245 (Səhv, 67)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مِسْعَرٍ ، عَنِ الْحَكَمِ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : مَنْ شَكَّ أَوْ أَوْهَمَ فَلْيَتَحَرَّ الصَّوَابَ ، ثُمَّ لِيَسْجُدْ سَجْدَتَيْنِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Sizdən biriniz (namaz qılarkən) şəkk-şübhəyə düşsə və ya nəyin düzgün olmasını bilməsə, qoy düzgün olanı aydınlaşdırsın, sonra da iki dəfə səcdə etsin”.”

Abdullah
SəhihNəsəi, 1246 (Səhv, 68)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ ابْنِ عَوْنٍ ، عَنْ إِبْرَاهِيمَ ، قَالَ : كَانُوا يَقُولُونَ : إِذَا أَوْهَمَ يَتَحَرَّى الصَّوَابَ ، ثُمَّ يَسْجُدُ سَجْدَتَيْنِ.

“Rəvayət edilir ki, İbrahim ﵀ demişdir: “Səhabələr deyərdilər: “Sizdən biriniz (namaz qılarkən) şəkk-şübhəyə düşsə, qoy düzgün olanı aydınlaşdırsın, sonra da iki dəfə səcdə etsin”.”

İbrahim
SəhihNəsəi, 1247 (Səhv, 69)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : قَالَ عَبْدُ اللهِ بْنُ مُسَافِعٍ ، عَنْ عُقْبَةَ بْنِ مُحَمَّدِ بْنِ الْحَارِثِ ، عَنْ عَبْدِ اللهِ بْنِ جَعْفَرٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ شَكَّ فِي صَلاَتِهِ فَلْيَسْجُدْ سَجْدَتَيْنِ بَعْدَ مَا يُسَلِّمُ.

“Rəvayət edilir ki, Abdullah ibn Cəfər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazında (artıq və ya əskik hərəkət etməkdə) şəkk-şübhəyə düşsə, namazda salamdan sonra iki dəfə səcdə etsin”.”

Abdullah ibn Cəfər
ZəifNəsəi, 1248 (Səhv, 70)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ هَاشِمٍ ، أَنْبَأَنَا الْوَلِيدُ ، أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُسَافِعٍ ، عَنْ عُقْبَةَ بْنِ مُحَمَّدِ بْنِ الْحَارِثِ ، عَنْ عَبْدِ اللهِ بْنِ جَعْفَرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ شَكَّ فِي صَلاَتِهِ فَلْيَسْجُدْ سَجْدَتَيْنِ بَعْدَ التَّسْلِيمِ.

“Abdullah ibn Cəfər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazında şəkk-şübhəyə düşsə, namazda salamdan sonra iki dəfə səcdə etsin”.”

Abdullah ibn Cəfər
ZəifNəsəi, 1249 (Səhv, 71)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ مُسَافِعٍ ، أَنَّ مُصْعَبَ بْنَ شَيْبَةَ أَخْبَرَهُ ، عَنْ عُقْبَةَ بْنِ مُحَمَّدِ بْنِ الْحَارِثِ ، عَنْ عَبْدِ اللهِ بْنِ جَعْفَرٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ شَكَّ فِي صَلاَتِهِ فَلْيَسْجُدْ سَجْدَتَيْنِ بَعْدَ مَا يُسَلِّمُ.

“Abdullah ibn Cəfər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazında şəkk-şübhəyə düşsə, namazda salamdan sonra iki dəfə səcdə etsin”.”

Abdullah ibn Cəfər
ZəifNəsəi, 1250 (Səhv, 72)

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، وَرَوْحٌ هُوَ ابْنُ عُبَادَةَ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ مُسَافِعٍ ، أَنَّ مُصْعَبَ بْنَ شَيْبَةَ أَخْبَرَهُ ، عَنْ عُقْبَةَ بْنِ مُحَمَّدِ بْنِ الْحَارِثِ ، عَنْ عَبْدِ اللهِ بْنِ جَعْفَرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَنْ شَكَّ فِي صَلاَتِهِ فَلْيَسْجُدْ سَجْدَتَيْنِ ، قَالَ حَجَّاجٌ : بَعْدَ مَا يُسَلِّمُ ، وَقَالَ رَوْحٌ : وَهُوَ جَالِسٌ.

“Abdullah ibn Cəfər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim namazında şəkk-şübhəyə düşsə, salamdan sonra iki dəfə səcdə etsin”. Həccac dedi: “Salam verdikdən sonra”. Ravi Ravh dedi: “Oturduğu halda”.”

Abdullah ibn Cəfər
ZəifNəsəi, 1251 (Səhv, 73)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : إِنَّ أَحَدَكُمْ إِذَا قَامَ يُصَلِّي جَاءَهُ الشَّيْطَانُ ، فَلَبَسَ عَلَيْهِ صَلاَتَهُ حَتَّى لاَ يَدْرِيَ كَمْ صَلَّى ، فَإِذَا وَجَدَ أَحَدُكُمْ ذَلِكَ فَلْيَسْجُدْ سَجْدَتَيْنِ وَهُوَ جَالِسٌ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, sizdən biriniz namaza durduqda, şeytan onun yanına gəlib onun namazını qarışdırmağa çalışır. Beləliklə, namaz qılan neçə rükət qıldığını bilmir. Sizdən biriniz bunu gördükdə, oturduğu yerdə iki dəfə səcdə etsin”.”

Əbu Hureyra
SəhihNəsəi, 1252 (Səhv, 74)

أَخْبَرَنَا بِشْرُ بْنُ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، عَنْ هِشَامٍ الدَّسْتَوَائِيِّ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا نُودِيَ لِلصَّلاَةِ أَدْبَرَ الشَّيْطَانُ لَهُ ضُرَاطٌ ، فَإِذَا قُضِيَ التَّثْوِيبُ أَقْبَلَ حَتَّى يَخْطُرَ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ حَتَّى لاَ يَدْرِيَ كَمْ صَلَّى ، فَإِذَا رَأَى أَحَدُكُمْ ذَلِكَ فَلْيَسْجُدْ سَجْدَتَيْنِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Namaz üçün azan verildikdə, şeytan yel buraxaraq qaçıb gedər. İqamə bitdikdə isə qayıdar, adamla qəlbi arasına girər. Adam da namazda neçə rükət qıldığını bilməz. Sizdən biriniz belə bir şey gördükdə, qoy iki dəfə səcdə etsin”.”

Əbu Hureyra
SəhihNəsəi, 1253 (Səhv, 75)

Fəsil 26

Dördrükətli namazı beş rükət qılan nə etməlidir?

بَابُ مَا يَفْعَلُ مَنْ صَلَّى خَمْسًا.

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَاللَّفْظُ لاِبْنِ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : صَلَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الظُّهْرَ خَمْسًا ، فَقِيلَ لَهُ : أَزِيدَ فِي الصَّلاَةِ ؟ قَالَ : وَمَا ذَاكَ ؟ قَالُوا : صَلَّيْتَ خَمْسًا فَثَنَى رِجْلَهُ وَسَجَدَ سَجْدَتَيْنِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Peyğəmbər ﷺ Zöhr namazını beş rükət qıldı. Ona dedilər: “Namaz artırıldı?” O dedi: “Nə olub ki?” Dedilər: “Namazı beş rükət qıldın”. O da (oturduğu yerdə) ayaqlarını birləşdirib iki dəfə səcdə etdi”.”

Abdullah
SəhihNəsəi, 1254 (Səhv, 76)

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ شُمَيْلٍ ، قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، وَمُغِيرَةُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ صَلَّى بِهِمُ الظُّهْرَ خَمْسًا ، فَقَالُوا : إِنَّكَ صَلَّيْتَ خَمْسًا ، فَسَجَدَ سَجْدَتَيْنِ بَعْدَ مَا سَلَّمَ وَهُوَ جَالِسٌ.

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr namazını beş rükət qıldı. Camaat ona dedi: “Həqiqətən, sən namazı beş rükət qıldın”. O da salam verəndən sonra oturduğu yerdə iki dəfə səcdə etdi.”

Abdullah
SəhihNəsəi, 1255 (Səhv, 77)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا مُفَضَّلُ بْنُ مُهَلْهَلٍ ، عَنِ الْحَسَنِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ سُوَيْدٍ ، قَالَ : صَلَّى عَلْقَمَةُ خَمْسًا ، فَقِيلَ لَهُ ، فَقَالَ : مَا فَعَلْتُ ، قُلْتُ بِرَأْسِي : بَلَى ، قَالَ : وَأَنْتَ يَا أَعْوَرُ ، فَقُلْتُ : نَعَمْ ، فَسَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ حَدَّثَنَا ، عَنْ عَبْدِ اللهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ صَلَّى خَمْسًا فَوَشْوَشَ الْقَوْمُ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَقَالُوا لَهُ : أَزِيدَ فِي الصَّلاَةِ ؟ قَالَ : لاَ ، فَأَخْبَرُوهُ ، فَثَنَى رِجْلَهُ ، فَسَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ قَالَ : إِنَّمَا أَنَا بَشَرٌ أَنْسَى كَمَا تَنْسَوْنَ.

“Rəvayət edilir ki, İbrahim ibn Suveyd ﵀ demişdir: “Alqamə namazı beş rükət qıldı. Bu ona bildirildikdə dedi: “Mən namazı beş rükət qıldırmamışam!” Mən başımla işarə edərək: “Beş rükət qıldırdın”- dedim. O dedi: “Sən də, ey Əura?!” Mən: “Bəli”- dedim. Bundan sonra o, iki dəfə səcdə etdi, sonra Abdullahdan rəvayət etdi ki, Peyğəmbər ﷺ beş rükət namaz qılmışdı. Camaatdan bəziləri bir-biri ilə pıçıldaşmağa başladı. Peyğəmbərə ﷺ dedilər: “Namaz artırıldımı?” O: “Xeyr”- dedi. Bu hadisə ona bildirildikdən sonra (oturduğu yerdə) ayaqlarını birləşdirib iki dəfə səhv səcdəsi etdi, sonra da dedi: “Həqiqətən, mən bəşərəm, sizin unutduğunuz kimi mən də unuduram”.”

İbrahim ibn Suveyd
SəhihNəsəi, 1256 (Səhv, 78)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ مَالِكِ بْنِ مِغْوَلٍ ، قَالَ : سَمِعْتُ الشَّعْبِيَّ ، يَقُولُ : سَهَا عَلْقَمَةُ بْنُ قَيْسٍ فِي صَلاَتِهِ ، فَذَكَرُوا لَهُ بَعْدَ مَا تَكَلَّمَ ، فَقَالَ : أَكَذَلِكَ يَا أَعْوَرُ ؟ قَالَ : نَعَمْ ، فَحَلَّ حُبْوَتَهُ ، ثُمَّ سَجَدَ سَجْدَتَيِ السَّهْوِ ، وَقَالَ : هَكَذَا فَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : وَسَمِعْتُ الْحَكَمَ ، يَقُولُ : كَانَ عَلْقَمَةُ صَلَّى خَمْسًا.

“Rəvayət edilir ki, Şəbi ﵀ demişdir: “Alqamə ibn Qeys namazda səhv etdi. Namaz bitdikdən sonra camaat danışmağa başladıqda bunu ona bildirdilər. O dedi: “Mən belə etdimmi, ey Əuər?” O: “Bəli”- dedi. Alqamə üst-başını düzəltdi və iki dəfə səhv səcdəsi edib dedi: “Allah Elçisi ﷺ də belə etmişdi”. Hədisin ravisi dedi: “əl-Həkəmin belə dediyini eşitdim: “Alqamə beş rükət qılmışdı”.”

Şəbi
SəhihNəsəi, 1257 (Səhv, 79)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ سُفْيَانَ ، عَنِ الْحَسَنِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ إِبْرَاهِيمَ ، أَنَّ عَلْقَمَةَ ، صَلَّى خَمْسًا فَلَمَّا سَلَّمَ ، قَالَ إِبْرَاهِيمُ بْنُ سُوَيْدٍ : يَا أَبَا شِبْلٍ صَلَّيْتَ خَمْسًا ، فَقَالَ : أَكَذَلِكَ يَا أَعْوَرُ ؟ فَسَجَدَ سَجْدَتَيِ السَّهْوِ ، ثُمَّ قَالَ : هَكَذَا فَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“İbrahim ﵀ rəvayət edir ki, Alqamə ﷺ beş rükət namaz qıldı və salam verdi. İbrahim ibn Suveyd dedi: “Ey Əbu Şibl, namazı beş rükət qıldın!” O dedi: “Belədirmi, ey Əura?” O, iki dəfə səhv səcdəsi etdi, sonra isə dedi: “Allah Elçisi ﷺ belə etmişdi”.”

İbrahim
SəhihNəsəi, 1258 (Səhv, 80)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ أَبِي بَكْرٍ النَّهْشَلِيِّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، صَلَّى إِحْدَى صَلاَتَيِ الْعَشِيِّ خَمْسًا ، فَقِيلَ لَهُ : أَزِيدَ فِي الصَّلاَةِ ؟ قَالَ : وَمَا ذَاكَ ؟ قَالُوا : صَلَّيْتَ خَمْسًا ، قَالَ : إِنَّمَا أَنَا بَشَرٌ ، أَنْسَى كَمَا تَنْسَوْنَ ، وَأَذْكُرُ كَمَا تَذْكُرُونَ ، فَسَجَدَ سَجْدَتَيْنِ ثُمَّ انْفَتَلَ.

“Abdullah ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ dördrükətli namazlardan birini beş rükət qıldı. Ona: “Namaz artırıldımı?”- deyildi. O: “Nə olub ki?”- dedi. Camaat dedi: “Sən beş rükət qıldın”. Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, mən bəşərəm. Sizin unutduğunuz kimi mən də unuduram. Siz xatırladığınız kimi mən də xatırlayıram”. Sonra o, iki dəfə səcdə etdi və çıxıb getdi.”

Abdullah
SəhihNəsəi, 1259 (Səhv, 81)

Fəsil 27

Namazından bir şey unudanın nə etməsi haqda

بَابُ مَا يَفْعَلُ مَنْ نَسِيَ شَيْئًا مِنْ صَلاَتِهِ

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنْ مُحَمَّدِ بْنِ يُوسُفَ ، مَوْلَى عُثْمَانَ ، عَنْ أَبِيهِ يُوسُفَ ، أَنَّ مُعَاوِيَةَ صَلَّى أَمَامَهُمْ ، فَقَامَ فِي الصَّلاَةِ وَعَلَيْهِ جُلُوسٌ ، فَسَبَّحَ النَّاسُ ، فَتَمَّ عَلَى قِيَامِهِ ، ثُمَّ سَجَدَ سَجْدَتَيْنِ وَهُوَ جَالِسٌ بَعْدَ أَنْ أَتَمَّ الصَّلاَةَ ، ثُمَّ قَعَدَ عَلَى الْمِنْبَرِ ، فَقَالَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ نَسِيَ شَيْئًا مِنْ صَلاَتِهِ فَلْيَسْجُدْ مِثْلَ هَاتَيْنِ السَّجْدَتَيْنِ.

“Osmanın ﵁ azad etdiyi kölə Muhəmməd ibn Yusuf atası Əbu Yusufdan ﵀ rəvayət edir ki, Muaviyə onlara namaz qıldırdıqda, oturmaq lazım olan yerdə qalxdı. İnsanlar onun səhvini bildirmək üçün “Subhə:n-Allah” dedilər. O, namazı tamamladıqdan sonra həmin səhvinə görə oturduğu halda iki dəfə səcdə etdi. Sonra minbərdə oturaraq dedi: “Mən Allah Elçisinin ﷺ belə dediyini eşitdim: “Kim namazında bir şey unutsa, bu iki səcdə kimi səcdə etsin”.”

Osman
ZəifNəsəi, 1260 (Səhv, 82)

Fəsil 28

Səhv səcdəsi üçün təkbir etmək

بَابُ التَّكْبِيرِ فِي سَجْدَتَيِ السَّهْوِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرٌو ، وَيُونُسُ ، وَاللَّيْثُ ، أَنَّ ابْنَ شِهَابٍ أَخْبَرَهُمْ ، عَنْ عَبْدِ الرَّحْمَنِ الأَعْرَجِ ، أَنَّ عَبْدَ اللهِ ابْنَ بُحَيْنَةَ حَدَّثَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ فِي الثِّنْتَيْنِ مِنَ الظُّهْرِ فَلَمْ يَجْلِسْ ، فَلَمَّا قَضَى صَلاَتَهُ سَجَدَ سَجْدَتَيْنِ كَبَّرَ فِي كُلِّ سَجْدَةٍ وَهُوَ جَالِسٌ قَبْلَ أَنْ يُسَلِّمَ ، وَسَجَدَهُمَا النَّاسُ مَعَهُ مَكَانَ مَا نَسِيَ مِنَ الْجُلُوسِ.

“Abdullah ibn Buheynə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Zöhr namazının ikinci rükətində oturmadan ayağa qalxdı. Namazı bitirdikdən sonra iki dəfə səhv səcdəsi etdi və oturduğu halda salam verməzdən qabaq hər dəfə səcdə etdikdə təkbir etdi. Onun unutduğu şeyə görə insanlar onunla birlikdə səcdə etdilər.”

Abdullah ibn Buheynə
SəhihNəsəi, 1261 (Səhv, 83)

Fəsil 29

Namazın sonuncu rükətində oturuş qaydası

بَابُ صِفَةِ الْجُلُوسِ فِي الرَّكْعَةِ الَّتِي يَقْضِي فِيهَا الصَّلاَةَ.

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، وَمُحَمَّدُ بْنُ بَشَّارِ بُنْدَارٌ ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْحَمِيدِ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ عَمْرِو بْنِ عَطَاءٍ ، عَنْ أَبِي حُمَيْدٍ السَّاعِدِيِّ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا كَانَ فِي الرَّكْعَتَيْنِ اللَّتَيْنِ تَنْقَضِي فِيهِمَا الصَّلاَةُ أَخَّرَ رِجْلَهُ الْيُسْرَى ، وَقَعَدَ عَلَى شِقِّهِ مُتَوَرِّكًا ، ثُمَّ سَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Humeyd əs-Səidi ﵁ demişdir: “Peyğəmbər ﷺ namazın son rükətində oturduqda sol ayağını yan tərəfə çəkib üzərində oturar, yanı üzərində tavarruk deyilən formada oturar, sonra salam verərdi”.”

Əbu Humeyd əs-Səidi
SəhihNəsəi, 1262 (Səhv, 84)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَاصِمِ بْنِ كُلَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْفَعُ يَدَيْهِ إِذَا افْتَتَحَ الصَّلاَةَ ، وَإِذَا رَكَعَ ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ ، وَإِذَا جَلَسَ أَضْجَعَ الْيُسْرَى ، وَنَصَبَ الْيُمْنَى ، وَوَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى فَخِذِهِ الْيُسْرَى ، وَيَدَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى ، وَعَقَدَ ثِنْتَيْنِ الْوُسْطَى وَالإِبْهَامَ وَأَشَارَ.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ namaza başladıqda, ruku etdikdə və başını rukudan qaldırdıqda əllərini qaldırdığını gördüm. Oturduqda sol ayağını yayar, sağ ayağını isə dik qoyardı. Sol əlini sol budunun üzərinə, sağ əlini sağ budunun üzərinə qoyar, orta və baş barmağını birləşdirər, (şəhadət barmağı ilə) işarə edərdi”.”

Vail ibn Hucr
SəhihNəsəi, 1263 (Səhv, 85)

Fəsil 30

Təşəhhüd üçün oturduqda qolların yeri

بَابُ مَوْضِعِ الذِّرَاعَيْنِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ مَيْمُونٍ الرَّقِّيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ يُوسُفَ الْفِرْيَابِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَاصِمِ بْنِ كُلَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ ، أَنَّهُ رَأَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَلَسَ فِي الصَّلاَةِ ، فَافْتَرَشَ رِجْلَهُ الْيُسْرَى ، وَوَضَعَ ذِرَاعَيْهِ عَلَى فَخِذَيْهِ ، وَأَشَارَ بِالسَّبَّابَةِ يَدْعُو بِهَا.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ Peyğəmbərin ﷺ namazda sol ayağının üzərinə oturduğunu, dirsəklərini budlarının üzərinə qoyduğunu və şəhadət barmağı ilə işarə edərək dua etdiyini görmüşdür.”

Vail ibn Hucr
SəhihNəsəi, 1264 (Səhv, 86)

Fəsil 31

Namaz qıldıqda dirsəklərin yeri

مَوْضِعُ الْمِرْفَقَيْنِ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : أَنْبَأَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا عَاصِمُ بْنُ كُلَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ ، قَالَ : قُلْتُ لأَنْظُرَنَّ إِلَى صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَيْفَ يُصَلِّي ؟ فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاسْتَقْبَلَ الْقِبْلَةَ ، فَرَفَعَ يَدَيْهِ حَتَّى حَاذَتَا أُذُنَيْهِ ، ثُمَّ أَخَذَ شِمَالَهُ بِيَمِينِهِ ، فَلَمَّا أَرَادَ أَنْ يَرْكَعَ رَفَعَهُمَا مِثْلَ ذَلِكَ ، وَوَضَعَ يَدَيْهِ عَلَى رُكْبَتَيْهِ ، فَلَمَّا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ رَفَعَهُمَا مِثْلَ ذَلِكَ ، فَلَمَّا سَجَدَ وَضَعَ رَأْسَهُ بِذَلِكَ الْمَنْزِلِ مِنْ يَدَيْهِ ، ثُمَّ جَلَسَ فَافْتَرَشَ رِجْلَهُ الْيُسْرَى ، وَوَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى فَخِذِهِ الْيُسْرَى ، وَحَدَّ مِرْفَقَهُ الأَيْمَنَ عَلَى فَخِذِهِ الْيُمْنَى ، وَقَبَضَ ثِنْتَيْنِ وَحَلَّقَ ، وَرَأَيْتُهُ يَقُولُ هَكَذَا ، وَأَشَارَ بِشْرٌ بِالسَّبَّابَةِ مِنَ الْيُمْنَى وَحَلَّقَ الإِبْهَامَ وَالْوُسْطَى.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Mən dedim: “Allah Elçisinin ﷺ necə namaz qılacağına baxacam!” Allah Elçisi ﷺ durub qibləyə tərəf yönəldi, qulaqlarına çatana qədər əllərini qaldırdı. Sonra sağ əli ilə sol əlini qapadı. Ruku etmək istədikdə əllərini əvvəlki kimi qaldırdı. Rukuda əllərini dizlərinə qoydu. Başını rukudan qaldırdıqda əllərini əvvəlki kimi qaldırdı. Səcdə etdikdə əllərini başına yaxın qoydu. Sonra sol ayağını altına qoyub üstündə oturdu. Sol əlini sol budunun üzərinə, sağ əlini də sağ budunun üzərinə qoydu, sonra iki barmağını halqa şəklində birləşdirdi. Mən onun belə etdiyini gördüm”. Bişr işarə etdi ki, Vail sağ əlinin şəhadət barmağını (düz) tutaraq baş və orta barmaqlarını halqa şəklində etdi”.”

Vail ibn Hucr
SəhihNəsəi, 1265 (Səhv, 87)

Fəsil 32

Təşəhhüddə ovucların yeri

بَابُ مَوْضِعِ الْكَفَّيْنِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ مُسْلِمِ بْنِ أَبِي مَرْيَمَ ـ شَيْخٌ مِنْ أَهْلِ الْمَدِينَةِ ـ ثُمَّ لَقِيتُ الشَّيْخَ ، فَقَالَ : سَمِعْتُ عَلِيَّ بْنَ عَبْدِ الرَّحْمَنِ ، يَقُولُ : صَلَّيْتُ إِلَى جَنْبِ ابْنِ عُمَرَ ، فَقَلَّبْتُ الْحَصَى ، فَقَالَ لِي ابْنُ عُمَرَ : لاَ تُقَلِّبِ الْحَصَى ، فَإِنَّ تَقْلِيبَ الْحَصَى مِنَ الشَّيْطَانِ ، وَافْعَلْ كَمَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُ ، قُلْتُ : وَكَيْفَ رَأَيْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُ ؟ قَالَ : هَكَذَا وَنَصَبَ الْيُمْنَى ، وَأَضْجَعَ الْيُسْرَى ، وَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى ، وَيَدَهُ الْيُسْرَى عَلَى فَخِذِهِ الْيُسْرَى ، وَأَشَارَ بِالسَّبَّابَةِ.

“Rəvayət edilir ki, Əli ibn Abdur-Rahmən ﵀ demişdir: “İbn Ömərin yanında namaz qılırdım və namazda daşları qurdalayırdım. İbn Ömər dedi: “Namazda daşları qurdalama! Həqiqətən, namazda daşları qurdalamaq şeytandandır. Mənim Allah Elçisini ﷺ namazda gördüyüm kimi et!” Mən dedim: “Allah Elçisini ﷺ namazda necə görmüsən?” O: “Bu cür”- dedi və oturduqda sağ ayağını dik tutdu, sol ayağını yaydı. Sağ əlini sağ budu üzərinə, sol əlini də sol budu üzərinə qoydu. Şəhadət barmağı ilə də işarə etdi”.”

Əli ibn Abdur-Rahmən
SəhihNəsəi, 1266 (Səhv, 88)

Fəsil 33

Təşəhhüddə şəhadət barmağından başqa digər barmaqları yummaq

بَابُ قَبْضِ الأَصَابِعِ مِنَ الْيَدِ الْيُمْنَى دُونَ السَّبَّابَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ مُسْلِمِ بْنِ أَبِي مَرْيَمَ ، عَنْ عَلِيِّ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : رَآنِي ابْنُ عُمَرَ وَأَنَا أَعْبَثُ بِالْحَصَى فِي الصَّلاَةِ ، فَلَمَّا انْصَرَفَ نَهَانِي وَقَالَ : اصْنَعْ كَمَا كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ ، قُلْتُ : وَكَيْفَ كَانَ يَصْنَعُ ؟ قَالَ : كَانَ إِذَا جَلَسَ فِي الصَّلاَةِ وَضَعَ كَفَّهُ الْيُمْنَى عَلَى فَخِذِهِ ، وَقَبَضَ ـ يَعْنِي أَصَابِعَهُ كُلَّهَا ـ وَأَشَارَ بِإِصْبَعِهِ الَّتِي تَلِي الإِبْهَامَ ، وَوَضَعَ كَفَّهُ الْيُسْرَى عَلَى فَخِذِهِ الْيُسْرَى.

“Rəvayət edilir ki, Əli ibn Abdur-Rahmən ﵀ demişdir: “İbn Ömər mənim namazda daşlarla oynadığımı gördü. Namazı bitirdikdən sonra bunu mənə qadağan etdi və dedi: “Allah Elçisinin ﷺ etdiyi kimi et”. Mən dedim: “Allah Elçisi ﷺ necə edərdi?” O dedi: “Allah Elçisi ﷺ namazda oturduqda (təşəhhüddə) sağ ovcunu sağ budunun üzərinə qoyar, barmaqlarını yumar və şəhadət barmağı ilə işarə edərdi. Sol əlinin ovcunu isə sol budunun üzərinə qoyardı”.”

Əli ibn Abdur-Rahmən
SəhihNəsəi, 1267 (Səhv, 89)

Fəsil 34

Sağ əlin iki barmağını - orta və baş barmaqları bağlamaq

بَابُ قَبْضِ الثِّنْتَيْنِ مِنْ أَصَابِعِ الْيَدِ الْيُمْنَى وَعَقْدِ الْوُسْطَى وَالإِبْهَامِ مِنْهَا

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا عَاصِمُ بْنُ كُلَيْبٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، أَنَّ وَائِلَ بْنَ حُجْرٍ قَالَ : قُلْتُ : لأَنْظُرَنَّ إِلَى صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ يُصَلِّي ؟ فَنَظَرْتُ إِلَيْهِ فَوَصَفَ ، قَالَ : ثُمَّ قَعَدَ وَافْتَرَشَ رِجْلَهُ الْيُسْرَى ، وَوَضَعَ كَفَّهُ الْيُسْرَى عَلَى فَخِذِهِ وَرُكْبَتِهِ الْيُسْرَى ، وَجَعَلَ حَدَّ مِرْفَقِهِ الأَيْمَنِ عَلَى فَخِذِهِ الْيُمْنَى ، ثُمَّ قَبَضَ اثْنَتَيْنِ مِنْ أَصَابِعِهِ ، وَحَلَّقَ حَلْقَةً ، ثُمَّ رَفَعَ أُصْبُعَهُ فَرَأَيْتُهُ يُحَرِّكُهَا يَدْعُو بِهَا ، مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Mən öz-özümə dedim: “Mən mütləq Allah Elçisinin ﷺ namazı necə qıldığına baxacağam”. Ona baxdım. O oturdu və sol ayağını altına qoydu, sol biləyini də sol dizinin və budunun üzərinə qoydu. Sağ dirsəyini sağ budunun üzərinə qoydu. Sonra barmaqlarının ikisini halqa şəklində bağladı və barmağını hərəkət etdirərək dua etdi”.”

Vail ibn Hucr
SəhihNəsəi, 1268 (Səhv, 90)

Fəsil 35

Sağ əli dizin üzərinə qoymaq

بَابُ بَسْطِ الْيُسْرَى عَلَى الرُّكْبَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا جَلَسَ فِي الصَّلاَةِ وَضَعَ يَدَيْهِ عَلَى رُكْبَتَيْهِ ، وَرَفَعَ أُصْبُعَهُ الَّتِي تَلِي الإِبْهَامَ فَدَعَا بِهَا ، وَيَدُهُ الْيُسْرَى عَلَى رُكْبَتِهِ بَاسِطُهَا عَلَيْهَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ namazda oturduqda əlini dizinin üzərinə qoyar, baş barmaqdan sonra gələn (şəhadət) barmağı qaldırar və dua edərdi. Sol əlini isə dizinin üzərinə qoyardı.”

İbn Ömər
SəhihNəsəi, 1269 (Səhv, 91)

أَخْبَرَنَا أَيُّوبُ بْنُ مُحَمَّدٍ الْوَزَّانُ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ ابْنُ جُرَيْجٍ : أَخْبَرَنِي زِيَادٌ ، عَنْ مُحَمَّدِ بْنِ عَجْلاَنَ ، عَنْ عَامِرِ بْنِ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُشِيرُ بِأُصْبُعِهِ إِذَا دَعَا ، وَلاَ يُحَرِّكُهَا ، قَالَ : ابْنُ جُرَيْجٍ : وَزَادَ عَمْرٌو ، قَالَ : أَخْبَرَنِي عَامِرُ بْنُ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ أَبِيهِ ، أَنَّهُ رَأَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو كَذَلِكَ ، وَيَتَحَامَلُ بِيَدِهِ الْيُسْرَى عَلَى رِجْلِهِ الْيُسْرَى.

“Abdullah ibn əz-Zubeyr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ namazda dua etdikdə barmağı ilə işarə edər, lakin tərpətməzdi. İbn Cureyc deyir ki, Amr əlavə edib dedi: “Mənə Amir ibn Abdullah ibn əz-Zubeyr atasından rəvayət etdi ki, Peyğəmbərin ﷺ bu cür dua etdiyini və sol əlini sol ayağının üzərində sərbəst halda qoyduğunu görmüşdür”.”

Abdullah ibn əz-Zubeyr
ZəifNəsəi, 1270 (Səhv, 92)

Fəsil 36

Təşəhhüddə barmaqla işarə etmək

بَابُ الإِشَارَةِ بِالأُصْبُعِ فِي التَّشَهُّدِ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمَّارٍ الْمَوْصِلِيُّ ، عَنِ الْمُعَافَى ، عَنْ عِصَامِ بْنِ قُدَامَةَ ، عَنْ مَالِكٍ وَهُوَ ابْنُ نُمَيْرٍ الْخُزَاعِيُّ ، عَنْ أَبِيهِ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاضِعًا يَدَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى فِي الصَّلاَةِ ، وَيُشِيرُ بِأُصْبُعِهِ.

“Malik ibn Numeyr əl-Xuzəi atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisinin ﷺ namazda sağ əlini sağ budunun üzərinə qoyaraq barmağı ilə işarə etdiyini gördüm”.”

Malik ibn Numeyr əl-Xuzəi atasından
ZəifNəsəi, 1271 (Səhv, 93)

Fəsil 37

Təşəhhüddə iki barmaqla işarə etməyin qadağan olması

بَابُ النَّهْيِ عَنِ الإِشَارَةِ بِأُصْبُعَيْنِ ، وَبِأَيِّ أُصْبُعٍ يُشِيرُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا صَفْوَانُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا ابْنُ عَجْلاَنَ ، عَنِ الْقَعْقَاعِ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَجُلاً كَانَ يَدْعُو بِأُصْبُعَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَحِّدْ ، أَحِّدْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, bir kişi təşəhhüddə iki barmağı ilə işarə edərək dua etdi. Allah Elçisi ﷺ ona buyurdu: “Biri ilə, biri ilə!””

Əbu Hureyra
SəhihNəsəi, 1272 (Səhv, 94)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ سَعْدٍ قَالَ : مَرَّ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَنَا أَدْعُو بِأَصَابِعِي ، فَقَالَ : أَحِّدْ ، أَحِّدْ ، وَأَشَارَ بِالسَّبَّابَةِ.

“Rəvayət edilir ki, Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ məni təşəhhüddə ikən iki barmaqla dua edərkən gördü və: “Biri ilə, biri ilə!”- deyərək şəhadət barmağına işarə etdi”.”

Səd
SəhihNəsəi, 1273 (Səhv, 95)

Fəsil 38

Təşəhhüddə işarə barmağını əyərək işarə etmək

بَابُ إِحْنَاءِ السَّبَّابَةِ فِي الإِشَارَةِ

أَخْبَرَنِي أَحْمَدُ بْنُ يَحْيَى الصُّوفِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا عِصَامُ بْنُ قُدَامَةَ الْجَدَلِيُّ ، قَالَ : حَدَّثَنِي مَالِكُ بْنُ نُمَيْرٍ الْخُزَاعِيُّ - مِنْ أَهْلِ الْبَصْرَةِ - أَنَّ أَبَاهُ حَدَّثَهُ ، أَنَّهُ رَأَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَاعِدًا فِي الصَّلاَةِ ، وَاضِعًا ذِرَاعَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى ، رَافِعًا أُصْبُعَهُ السَّبَّابَةَ ، قَدْ أَحْنَاهَا شَيْئًا وَهُوَ يَدْعُو.

“Rəvayət edilir ki, Bəsrədən olan Malik ibn Numeyr əl-Xuzəinin atası ﵁ Allah Elçisinin ﷺ namazda oturduğunu, sağ dirsəyini sağ budunun üzərinə qoyaraq işarə barmağını qaldırdığını və əyərək dua etdiyini görmüşdür.”

Malik ibn Numeyr əl-Xuzəi atasından
ZəifNəsəi, 1274 (Səhv, 96)

Fəsil 39

Təşəhhüddə şəhadət barmağı ilə işarə edib tərpətdikdə gözlərin baxdığı yer

مَوْضِعُ الْبَصَرِ عِنْدَ الإِشَارَةِ وَتَحْرِيكِ السَّبَّابَةِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ عَامِرِ بْنِ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا قَعَدَ فِي التَّشَهُّدِ وَضَعَ كَفَّهُ الْيُسْرَى عَلَى فَخِذِهِ الْيُسْرَى ، وَأَشَارَ بِالسَّبَّابَةِ لاَ يُجَاوِزُ بَصَرُهُ إِشَارَتَهُ.

“Amir ibn Abdullah ibn əz-Zubeyr atasından ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ təşəhhüdə oturduqda sol ovucunu sol budunun üzərinə qoyar və şəhadət barmağı ilə işarə edib gözlərini ondan (barmağından) ayırmazdı.”

Amir ibn Abdullah ibn əz-Zubeyr atasından
SəhihNəsəi, 1275 (Səhv, 97)

Fəsil 40

Namazda dua vaxtı yuxarı baxmağın qadağan olması

بَابُ النَّهْيِ عَنْ رَفْعِ الْبَصَرِ إِلَى السَّمَاءِ عِنْدَ الدُّعَاءِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي اللَّيْثُ ، عَنْ جَعْفَرِ بْنِ رَبِيعَةَ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَيَنْتَهِيَنَّ أَقْوَامٌ عَنْ رَفْعِ أَبْصَارِهِمْ عِنْدَ الدُّعَاءِ فِي الصَّلاَةِ إِلَى السَّمَاءِ أَوْ لَتُخْطَفَنَّ أَبْصَارُهُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Toplum ya namazda dua etdikdə yuxarı baxmaqdan əl çəkəcək, ya da onların gözləri çıxacaq”.”

Əbu Hureyra
SəhihNəsəi, 1276 (Səhv, 98)

Fəsil 41

Təşəhhüddə nə deyilir?

بَابُ إِيجَابِ التَّشَهُّدِ

أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ أَبُو عُبَيْدِ اللهِ الْمَخْزُومِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، وَمَنْصُورٌ ، عَنْ شَقِيقِ بْنِ سَلَمَةَ ، عَنْ ابْنِ مَسْعُودٍ قَالَ : كُنَّا نَقُولُ فِي الصَّلاَةِ قَبْلَ أَنْ يُفْرَضَ التَّشَهُّدُ : السَّلاَمُ عَلَى اللهِ ، السَّلاَمُ عَلَى جِبْرِيلَ وَمِيكَائِيلَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَقُولُوا هَكَذَا ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ هُوَ السَّلاَمُ ، وَلَكِنْ قُولُوا : التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ.

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Biz namazda təşəhhüd bizə öyrədilməmişdən qabaq: “Allaha salam olsun! Cəbrailə və Mikailə salam olsun!”- deyirdik. Bunu eşitdikdə Allah Elçisi ﷺ buyurdu: “Belə deməyin! Həqiqətən, Allah ﷿ Özü əs-Sələmdir. Belə deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!””

İbn Məsud
SəhihNəsəi, 1277 (Səhv, 99)

Fəsil 42

Təşəhhüdün öyrədilməsi Quran surəsinin öyrədilməsi kimi olmuşdur

تَعْلِيمُ التَّشَهُّدِ كَتَعْلِيمِ السُّورَةِ مِنَ الْقُرْآنِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ حُمَيْدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الزُّبَيْرِ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا التَّشَهُّدَ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ təşəhhüdü Qurandan bir surəni öyrətdiyi kimi öyrətmişdir”.”

İbn Abbas
SəhihNəsəi, 1278 (Səhv, 100)

Fəsil 43

Təşəhhüdün necəliyi

بَابُ كَيْفَ التَّشَهُّدُ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا الْفُضَيْلُ وَهُوَ ابْنُ عِيَاضٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ عَبْدِ اللهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ هُوَ السَّلاَمُ ، فَإِذَا قَعَدَ أَحَدُكُمْ فَلْيَقُلْ : التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، ثُمَّ لِيَتَخَيَّرْ بَعْدَ ذَلِكَ مِنَ الْكَلاَمِ مَا شَاءَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Allah ﷿ Özü əs-Sələmdir. Sizdən biriniz təşəhhüdə oturduqda desin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Bundan sonra istədiyi kəlamı (duanı) seçib desin”.”

Abdullah
SəhihNəsəi, 1279 (Səhv, 101)

Fəsil 44

Təşəhhüddə oxunacaq başqa bir dua

نَوْعٌ آخَرُ مِنَ التَّشَهُّدِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ هِشَامٍ ، عَنْ قَتَادَةَ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ يُونُسَ بْنِ جُبَيْرٍ ، عَنْ حِطَّانَ بْنِ عَبْدِ اللهِ ، أَنَّ الأَشْعَرِيَّ قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَطَبَنَا فَعَلَّمَنَا سُنَّتَنَا وَبَيَّنَ لَنَا صَلاَتَنَا ، فَقَالَ : إِذَا قُمْتُمْ إِلَى الصَّلاَةِ فَأَقِيمُوا صُفُوفَكُمْ ، ثُمَّ لِيَؤُمَّكُمْ أَحَدُكُمْ ، فَإِذَا كَبَّرَ فَكَبِّرُوا ، وَإِذَا قَالَ : {وَلاَ الضَّالِّينَ} ، فَقُولُوا : آمِينَ ، يُجِبْكُمُ اللَّهُ ، ثُمَّ إِذَا كَبَّرَ وَرَكَعَ ، فَكَبِّرُوا وَارْكَعُوا ، فَإِنَّ الإِمَامَ يَرْكَعُ قَبْلَكُمْ وَيَرْفَعُ قَبْلَكُمْ ، قَالَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَتِلْكَ بِتِلْكَ ، وَإِذَا قَالَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ فَقُولُوا : اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَالَ عَلَى لِسَانِ نَبِيِّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ ، ثُمَّ إِذَا كَبَّرَ وَسَجَدَ ، فَكَبِّرُوا وَاسْجُدُوا ، فَإِنَّ الإِمَامَ يَسْجُدُ قَبْلَكُمْ وَيَرْفَعُ قَبْلَكُمْ ، قَالَ نَبِيُّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَتِلْكَ بِتِلْكَ ، وَإِذَا كَانَ عِنْدَ الْقَعْدَةِ فَلْيَكُنْ مِنْ قَوْلِ أَحَدِكُمْ أَنْ يَقُولَ : التَّحِيَّاتُ الطَّيِّبَاتُ الصَّلَوَاتُ لِلَّهِ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ.

“Rəvayət edilir ki, əl-Əşari ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə xütbə dedi, sünnəni və namazı öyrətdi. O dedi: “Namaza durduqda, saflarınızı düz tutun. Sonra sizdən biriniz namazda imamlıq etsin. İmam təkbir etdikdə, siz də təkbir edin. O: “Vələdda:lli:n!”- dedikdə, siz: “Amin”- deyin. Allah sizə cavab verər. Sonra təkbir edib ruku etdikdə, siz də təkbir edib ruku edin. Həqiqətən, imam sizdən qabaq ruku edir və sizdən qabaq rukudan qalxır”. Allahın Peyğəmbəri ﷺ dedi: “Siz də belə edin!” İmam: “Səmi Alla:hu limən həmidəh - (Allah Ona həmd edəni eşitdi)” dedikdə, siz deyin: “Alla:hummə, Rabbənə: ləkəl-həmd!” Həqiqətən, Allah ﷿ Öz Peyğəmbərinin ﷺ dili ilə: “Allah Ona həmd edəni eşitdi” demişdir. Sonra imam təkbir edib səcdə etdikdə, siz də təkbir edib səcdə edin. İmam sizdən qabaq səcdə edir və sizdən qabaq səcdədən qalxır”. Allahın Peyğəmbəri ﷺ dedi: “Siz də belə edin! Təşəhhüdə oturduqda sizin ilk sözünüz belə olsun: “Salamlar, gözəl şeylər və dualar Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!””

əl-Əşari
SəhihNəsəi, 1280 (Səhv, 102)

Fəsil 45

Təşəhhüddə oxunacaq başqa bir dua

نَوْعٌ آخَرُ مِنَ التَّشَهُّدِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا أَيْمَنُ ابْنُ نَابِلٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا التَّشَهُّدَ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ الْقُرْآنِ ، بِسْمِ اللهِ وَبِاللَّهِ ، التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، وَأَسْأَلُ اللَّهَ الْجَنَّةَ ، وَأَعُوذُ بِهِ مِنَ النَّارِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ bizə təşəhhüdü Qurandan bir surə öyrətdiyi kimi öyrətdi. Allahın adı ilə, Allah üçün! “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və Muhəmməd Onun qulu və elçisidir! Allahdan Cənnəti diləyirəm və Cəhənnəm əzabından Allaha sığınıram!””

Cabir ibn Abdullah
ZəifNəsəi, 1281 (Səhv, 103)

Fəsil 46

Peyğəmbərə ﷺ deyilən salavat haqda

بَابُ السَّلاَمِ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

أَخْبَرَنَا عَبْدُ الْوَهَّابِ بْنُ عَبْدِ الْحَكَمِ الْوَرَّاقُ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ مُعَاذٍ ، عَنْ سُفْيَانَ بْنِ سَعِيدٍ (ح) وأَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، وَعَبْدُ الرَّزَّاقِ ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ السَّائِبِ ، عَنْ زَاذَانَ ، عَنْ عَبْدِ اللهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ لِلَّهِ مَلاَئِكَةً سَيَّاحِينَ فِي الأَرْضِ يُبَلِّغُونِي مِنْ أُمَّتِي السَّلاَمَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın yer üzündə səyyah mələkləri var. Onlar mənə ümmətimin göndərdiyi salamı (salavatı) çatdırırlar”.”

Abdullah
SəhihNəsəi, 1282 (Səhv, 104)

Fəsil 47

Peyğəmbərə ﷺ salavat deməyin fəziləti

فَضْلُ التَّسْلِيمِ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ الْكَوْسَجُ ، قَالَ : أَنْبَأَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، قَالَ : قَدِمَ عَلَيْنَا سُلَيْمَانُ ، مَوْلَى الْحَسَنِ ابْنِ عَلِيٍّ زَمَنَ الْحَجَّاجِ فَحَدَّثَنَا ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ ذَاتَ يَوْمٍ وَالْبُشْرَى فِي وَجْهِهِ ، فَقُلْنَا : إِنَّا لَنَرَى الْبُشْرَى فِي وَجْهِكَ ، فَقَالَ : إِنَّهُ أَتَانِي الْمَلَكُ ، فَقَالَ : يَا مُحَمَّدُ ، إِنَّ رَبَّكَ يَقُولُ : أَمَا يُرْضِيكَ أَنَّهُ لاَ يُصَلِّي عَلَيْكَ أَحَدٌ إِلاَّ صَلَّيْتُ عَلَيْهِ عَشْرًا ، وَلاَ يُسَلِّمُ عَلَيْكَ أَحَدٌ ، إِلاَّ سَلَّمْتُ عَلَيْهِ عَشْرًا.

“Abdullah ibn Əbu Talhə atasından ﵁ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ üzündə sevinc əlaməti olaraq gəldi. Biz ona dedik: “Biz sənin üzündə sevinc görürük”. O dedi: “Həqiqətən, bir mələk yanıma gəlib belə dedi: “Ey Muhəmməd, sənin Rəbbin buyurur: “Sənə bir dəfə salavat deyən hər bir kəsə Mənim on dəfə xeyir-dua etməyim, sənə bir dəfə salam deyənə Mənim on dəfə salam deməyim səni məmnun edərmi?!””

Abdullah ibn Əbu Talhə atasından
HəsənNəsəi, 1283 (Səhv, 105)

Fəsil 48

Namazda Allahı tərif etmək və Peyğəmbərə ﷺ salavat demək

بَابُ التَّمْجِيدِ وَالصَّلاَةِ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الصَّلاَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ أَبِي هَانِئٍ ، أَنَّ أَبَا عَلِيٍّ الْجَنْبِيَّ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ فَضَالَةَ بْنَ عُبَيْدٍ ، يَقُولُ : سَمِعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً يَدْعُو فِي صَلاَتِهِ لَمْ يُمَجِّدِ اللَّهَ ، وَلَمْ يُصَلِّ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عَجِلْتَ أَيُّهَا الْمُصَلِّي ، ثُمَّ عَلَّمَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَسَمِعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلاً يُصَلِّي ، فَمَجَّدَ اللَّهَ وَحَمِدَهُ ، وَصَلَّى عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : ادْعُ تُجَبْ ، وَسَلْ تُعْطَ.

“Rəvayət edilir ki, Fədalə ibn Ubeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ bir kişinin namazda dua edərkən Allahı tərifləmədiyini və Peyğəmbərə ﷺ salavat demədiyini eşitdi. Allah Elçisi ﷺ dedi: “Ey namaz qılan, tələsdin”. Sonra onlara (Allahı tərif etməyi və salavatı) öyrətdi. Daha sonra Allah Elçisi ﷺ bir kişinin namazda Allahı tərifləyib həmd etdiyini və Peyğəmbərə ﷺ də salavat dediyini eşitdi. Allah Elçisi ﷺ dedi: “Dua et, sənə cavab verilsin! İstə, sənə verilsin!””

Fədalə ibn Ubeyd
SəhihNəsəi, 1284 (Səhv, 106)

Fəsil 49

Peyğəmbərə ﷺ salavat deməyin əmr edilməsi

بَابُ الأَمْرِ بِالصَّلاَةِ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ نُعَيْمِ بْنِ عَبْدِ اللهِ الْمُجْمِرِ ، أَنَّ مُحَمَّدَ بْنَ عَبْدِ اللهِ بْنِ زَيْدٍ الأَنْصَارِيَّ ، وَعَبْدُ اللهِ بْنُ زَيْدٍ - الَّذِي أُرِيَ النِّدَاءَ بِالصَّلاَةِ - أَخْبَرَهُ ، عَنْ أَبِي مَسْعُودٍ الأَنْصَارِيِّ أَنَّهُ قَالَ : أَتَانَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي مَجْلِسِ سَعْدِ بْنِ عُبَادَةَ ، فَقَالَ لَهُ بَشِيرُ بْنُ سَعْدٍ : أَمَرَنَا اللَّهُ عَزَّ وَجَلَّ أَنْ نُصَلِّيَ عَلَيْكَ يَا رَسُولَ اللهِ فَكَيْفَ نُصَلِّ عَلَيْكَ ؟ فَسَكَتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى تَمَنَّيْنَا أَنَّهُ لَمْ يَسْأَلْهُ ثُمَّ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ ، وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ ، وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ فِي الْعَالَمِينَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، وَالسَّلاَمُ كَمَا عَلِمْتُمْ.

“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Biz Səd ibn Ubadənin məclisində oturarkən Allah Elçisi ﷺ yanımıza gəldi. Bəşir ibn Səd ona dedi: “Allah ﷿ bizə sənə salavat deməyimizi əmr etdi, ey Allahın Elçisi! Bəs sənə salavatı necə deyək?” Allah Elçisi ﷺ susdu və biz də ona sual verməməsini təmənna etdik. Sonra o dedi: ”Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!” Salam da bildiyiniz kimidir”.”

Əbu Məsud əl-Ənsari
SəhihNəsəi, 1285 (Səhv, 107)

Fəsil 50

Peyğəmbərə ﷺ salavat necə deyilir?

بَابُ كَيْفَ الصَّلاَةُ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

أَخْبَرَنَا زِيَادُ بْنُ يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَهَّابِ بْنُ عَبْدِ الْمَجِيدِ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ حَسَّانَ ، عَنْ مُحَمَّدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ بِشْرٍ ، عَنْ أَبِي مَسْعُودٍ الأَنْصَارِيِّ قَالَ : قِيلَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أُمِرْنَا أَنْ نُصَلِّيَ عَلَيْكَ وَنُسَلِّمَ ، أَمَّا السَّلاَمُ فَقَدْ عَرَفْنَاهُ ، فَكَيْفَ نُصَلِّي عَلَيْكَ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ.

“Rəvayət edilir ki, Əbu Məsud əl-Ənsari ﵁ demişdir: “Peyğəmbərə ﷺ belə deyildi: “Biz sənə salavat və salam deməklə əmr olunduq. O ki qaldı salama, biz artıq onu bilirik. Bəs sənə salavatı necə deyək?” O dedi: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə də xeyir-dua ver! Allahım! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə də bərəkət ver!””

Əbu Məsud əl-Ənsari
SəhihNəsəi, 1286 (Səhv, 108)

Fəsil 51

Salavatın başqa bir növü

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّا بْنِ دِينَارٍ ، مِنْ كِتَابِهِ ، قَالَ : حَدَّثَنَا حُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ زَائِدَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ قَالَ : قُلْنَا : يَا رَسُولَ اللهِ ، السَّلاَمُ عَلَيْكَ قَدْ عَرَفْنَاهُ ، فَكَيْفَ الصَّلاَةُ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، قَالَ ابْنُ أَبِي لَيْلَى : وَنَحْنُ نَقُولُ ، وَعَلَيْنَا مَعَهُمْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : حَدَّثَنَا بِهِ مِنْ كِتَابِهِ وَهَذَا خَطَأٌ.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Biz dedik: “Ey Allahın Elçisi, sənə salam deməyi artıq bilirik. Bəs sənə salavatı necə deyək?” O dedi: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! Allahım! İbrahimin ailəsinə bərəkət verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!” İbn Əbu Leyla dedi: “Biz də deyirik ki, onlarla bərabər bizim də üzərimizə (dualar olsun)”. Əbu Abdur-Rahmən dedi: “O, bunu bizə öz kitabından danışdı və bu, səhvdir”.”

Kəb ibn Ucra
SəhihNəsəi, 1287 (Səhv, 109)

أَخْبَرَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّا ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ ، عَنْ زَائِدَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ قَالَ : قُلْنَا : يَا رَسُولَ اللهِ ، السَّلاَمُ عَلَيْكَ قَدْ عَرَفْنَاهُ ، فَكَيْفَ الصَّلاَةُ عَلَيْكَ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَآلِ إِبْرَاهِيمَ ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَآلِ إِبْرَاهِيمَ ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، قَالَ عَبْدُ الرَّحْمَنِ : وَنَحْنُ نَقُولُ وَعَلَيْنَا مَعَهُمْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : وَهَذَا أَوْلَى بِالصَّوَابِ مِنَ الَّذِي قَبْلَهُ ، وَلاَ نَعْلَمُ أَحَدًا قَالَ فِيهِ عَمْرُو بْنُ مُرَّةَ غَيْرَ هَذَا وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Ey Allahın Elçisi, sənə salam verməyi bildik, bəs sənə salavat necə olur?” O dedi: “Deyin: “Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!””

Kəb ibn Ucra
SəhihNəsəi, 1288 (Səhv, 110)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، عَنْ ابْنِ أَبِي لَيْلَى ، قَالَ : قَالَ لِي كَعْبُ بْنُ عُجْرَةَ : أَلاَ أُهْدِي لَكَ هَدِيَّةً ؟ قُلْنَا : يَا رَسُولَ اللهِ ، قَدْ عَرَفْنَا كَيْفَ السَّلاَمُ عَلَيْكَ ، فَكَيْفَ نُصَلِّي عَلَيْكَ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، اللَّهُمَّ بَارِكْ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ.

“Rəvayət edilir ki, İbn Əbu Leyla ﵁ demişdir: “Kəb ibn Ucra mənə belə dedi: “Sənə bir hədiyyə edimmi?” (Sonra bu hədisi danışdı): “Biz dedik: “Ey Allahın Elçisi, biz sənə salam deməyin necə olduğunu bildik. Bəs sənə salavatı necə deyək?” O dedi: “Deyin: “Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! Allahım! İbrahimin ailəsinə bərəkət verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!””

İbn Əbu Leyla
SəhihNəsəi, 1289 (Səhv, 111)

Fəsil 52

Salavatın başqa bir növü

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ بِشْرٍ ، قَالَ : حَدَّثَنَا مُجَمِّعُ بْنُ يَحْيَى ، عَنْ عُثْمَانَ بْنِ مَوْهَبٍ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قُلْنَا : يَا رَسُولَ اللهِ ، كَيْفَ الصَّلاَةُ عَلَيْكَ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ وَآلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ وَآلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ.

“Musa ibn Talhə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz dedik: “Ey Allahın Elçisi, sənə salavatı necə edək?” O dedi: “Deyin: “Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!””

Musa ibn Talhə atasından
SəhihNəsəi, 1290 (Səhv, 112)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ عُثْمَانَ بْنِ مَوْهَبٍ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَجُلاً أَتَى نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : كَيْفَ نُصَلِّي عَلَيْكَ يَا نَبِيَّ اللهِ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ ، كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ.

“Musa ibn Talhə atasından ﵁ rəvayət edir ki, bir kişi Allahın Peyğəmbərinin ﷺ yanına gəlib dedi: “Biz sənə salavatı necə deyək, ey Allahın Peyğəmbəri?” O dedi: “Deyin: “Allahım! İbrahimə xeyir-dua verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən! İbrahimə bərəkət verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!””

Musa ibn Talhə atasından
SəhihNəsəi, 1291 (Səhv, 113)

أَخْبَرَنَا سَعِيدُ بْنُ يَحْيَى بْنِ سَعِيدٍ الأُمَوِيُّ ، فِي حَدِيثِهِ ، عَنْ أَبِيهِ ، عَنْ عُثْمَانَ بْنِ حَكِيمٍ ، عَنْ خَالِدِ بْنِ سَلَمَةَ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، قَالَ : سَأَلْتُ زَيْدَ بْنَ خَارِجَةَ قَالَ : أَنَا سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : صَلُّوا عَلَيَّ وَاجْتَهِدُوا فِي الدُّعَاءِ ، وَقُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ.

“Rəvayət edilir ki, Əbu Musa ibn Talhə ﵀ demişdir: “Mən Zeyd ibn Xaricədən soruşdum: “Mən Allah Elçisinə ﷺ necə salavat edim?” O dedi: “Mən də bunu Peyğəmbərdən ﷺ soruşmuşdum. O dedi: “Mənə salavat deyin, duanı da çox etməyə çalışın və deyin: “Allahım! Muhəmmədə və Muhəmmədin ailəsinə xeyir-dua ver!””

Musa ibn Talhə
SəhihNəsəi, 1292 (Səhv, 114)

Fəsil 53

Salavatın başqa bir növü

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا بَكْرٌ وَهُوَ ابْنُ مُضَرَ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ عَبْدِ اللهِ بْنِ خَبَّابٍ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ : قُلْنَا : يَا رَسُولَ اللهِ ، السَّلاَمُ عَلَيْكَ قَدْ عَرَفْنَاهُ ، فَكَيْفَ الصَّلاَةُ عَلَيْكَ ؟ قَالَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَرَسُولِكَ كَمَا صَلَّيْتَ عَلَى إِبْرَاهِيمَ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى إِبْرَاهِيمَ.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Biz dedik: “Ey Allahın Elçisi, sənə salamın necə olduğunu bildik. Bəs sənə salavatı necə deyək?” O dedi: “Deyin: “Allahım! İbrahimə xeyir-dua verdiyin kimi qulun və rəsulun Muhəmmədə də xeyir-dua ver! İbrahimə bərəkət verdiyin kimi Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver!””

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 1293 (Səhv, 115)

Fəsil 54

Salavatın başqa bir növü

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، حَدَّثَنِي مَالِكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرِ بْنِ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَزْمٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَمْرِو بْنِ سُلَيْمٍ الزُّرَقِيِّ ، قَالَ : أَخْبَرَنِي أَبُو حُمَيْدٍ السَّاعِدِيُّ ، أَنَّهُمْ قَالُوا : يَا رَسُولَ اللهِ ، كَيْفَ نُصَلِّي عَلَيْكَ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : قُولُوا : اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَأَزْوَاجِهِ وَذُرِّيَّتِهِ ، فِي حَدِيثِ الْحَارِثِ : كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ ، وَأَزْوَاجِهِ ، وَذُرِّيَّتِهِ ، قَالاَ جَمِيعًا : كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : أَنْبَأَنَا قُتَيْبَةُ بِهَذَا الْحَدِيثِ مَرَّتَيْنِ وَلَعَلَّهُ أَنْ يَكُونَ قَدْ سَقَطَ عَلَيْهِ مِنْهُ شَطْرٌ.

“Əbu Humeyd əs-Səidi ﵁ rəvayət edir ki, səhabələr dedilər: “Ey Allahın Elçisi, biz sənə salavatı (xeyir-duanı) necə deyək?” Allah Elçisi ﷺ dedi: “Deyin: “Allahım! Muhəmmədə, onun zövcələrinə və nəslinə xeyir-dua ver!” əl-Harisin hədisində: “İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi Muhəmmədə, onun zövcələrinə və nəslinə bərəkət ver!” Onlar ikisi isə birlikdə demişlər: “İbrahimin ailəsinə bərəkət verdiyin kimi! Şübhəsiz ki, Sən tərifəlayiqsən, şan-şöhrətlisən!” Əbu Abdur-Rahmən (ən-Nəsəi) dedi: “Quteybə bu hədisi bizə iki dəfə danışıb. Ola bilsin ki, bir şey onun yadından çıxıb”.”

Əbu Humeyd əs-Səidi
SəhihNəsəi, 1294 (Səhv, 116)

Fəsil 55

Peyğəmbərə ﷺ salavat deməyin fəziləti

بَابُ الْفَضْلِ فِي الصَّلاَةِ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، يَعْنِي ابْنَ الْمُبَارَكِ ، قَالَ : أَنْبَأَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثَابِتٍ ، عَنْ سُلَيْمَانَ ، مَوْلَى الْحَسَنِ بْنِ عَلِيٍّ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَاءَ ذَاتَ يَوْمٍ وَالْبِشْرُ يُرَى فِي وَجْهِهِ ، فَقَالَ : إِنَّهُ جَاءَنِي جِبْرِيلُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَمَا يُرْضِيكَ يَا مُحَمَّدُ أَنْ لاَ يُصَلِّيَ عَلَيْكَ أَحَدٌ مِنْ أُمَّتِكَ إِلاَّ صَلَّيْتُ عَلَيْهِ عَشْرًا ، وَلاَ يُسَلِّمَ عَلَيْكَ أَحَدٌ مِنْ أُمَّتِكَ إِلاَّ سَلَّمْتُ عَلَيْهِ عَشْرًا.

“Abdullah ibn Əbu Talhə atasından ﵁ rəvayət edir ki, bir gün Allah Elçisi ﷺ üzündə sevinclə gəlib dedi: “Həqiqətən, Cəbrail ﷺ yanıma gəlib dedi: “Ey Muhəmməd, ümmətindən sənə bir dəfə salavat deyən hər bir kəsə Mənim on xeyir-dua etməyim və ümmətindən sənə bir dəfə salam deyənə Mənim on dəfə salam deməyim səni məmnun edərmi?!””

Abdullah ibn Əbu Talhə atasından
HəsənNəsəi, 1295 (Səhv, 117)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ بْنُ جَعْفَرٍ ، عَنِ الْعَلاَءِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ صَلَّى عَلَيَّ وَاحِدَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرًا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə dedi: “Kim mənə bir dəfə salavat deyərsə, Allah ona on dəfə xeyir-dua edər”.”

Əbu Hureyra
SəhihNəsəi, 1296 (Səhv, 118)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ يُوسُفَ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ بُرَيْدِ بْنِ أَبِي مَرْيَمَ ، قَالَ : حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَلَّى عَلَيَّ صَلاَةً وَاحِدَةً صَلَّى اللَّهُ عَلَيْهِ عَشْرَ صَلَوَاتٍ ، وَحُطَّتْ عَنْهُ عَشْرُ خَطِيئَاتٍ ، وَرُفِعَتْ لَهُ عَشْرُ دَرَجَاتٍ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim mənə bir dəfə salavat edərsə, Allah ona on dəfə xeyir-dua edər, onun on günahını silər və onu on dərəcə yüksəldər”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 1297 (Səhv, 119)

Fəsil 56

Peyğəmbərə ﷺ salavat dedikdən sonra istədiyin duanı seçmək

بَابُ تَخْيِيرِ الدُّعَاءِ بَعْدَ الصَّلاَةِ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، وَعَمْرُو بْنُ عَلِيٍّ ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ الأَعْمَشُ ، قَالَ : حَدَّثَنِي شَقِيقٌ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : كُنَّا إِذَا جَلَسْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الصَّلاَةِ ، قُلْنَا : السَّلاَمُ عَلَى اللهِ مِنْ عِبَادِهِ ، السَّلاَمُ عَلَى فُلاَنٍ وَفُلاَنٍ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَقُولُوا السَّلاَمُ عَلَى اللهِ ، فَإِنَّ اللَّهَ هُوَ السَّلاَمُ ، وَلَكِنْ إِذَا جَلَسَ أَحَدُكُمْ فَلْيَقُلْ : التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ ، السَّلاَمُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللهِ وَبَرَكَاتُهُ ، السَّلاَمُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللهِ الصَّالِحِينَ ، فَإِنَّكُمْ إِذَا قُلْتُمْ ذَلِكَ أَصَابَتْ كُلَّ عَبْدٍ صَالِحٍ فِي السَّمَاءِ وَالأَرْضِ ، أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ، ثُمَّ لِيَتَخَيَّرْ مِنَ الدُّعَاءِ بَعْدُ أَعْجَبَهُ إِلَيْهِ يَدْعُو بِهِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə namazda oturduqda deyirdik: “Allaha qullarından salam olsun, salam olsun filankəsə və filankəsə”. Allah Elçisi ﷺ dedi: “Allaha salam olsun”- deməyin! Həqiqətən, Allah Özü Salamdır. (Namazda oturduqda) belə deyin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, rəhməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir!” Əgər siz bunu desəniz bu, səmada və yerdə olan bütün əməlisaleh bəndələrə çatar. (Sonra deyin:) Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir! Sonra istədiyi duanı seçib Ona dua etsin!””

Abdullah
SəhihNəsəi, 1298 (Səhv, 120)

Fəsil 57

Təşəhhüddən sonra edilən zikr

الذِّكْرُ بَعْدَ التَّشَهُّدِ

أَخْبَرَنَا عُبَيْدُ بْنُ وَكِيعِ بْنِ الْجَرَّاحِ ، أَخُو سُفْيَانَ بْنِ وَكِيعٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ عِكْرِمَةَ بْنِ عَمَّارٍ ، عَنْ إِسْحَاقَ بْنِ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : جَاءَتْ أُمُّ سُلَيْمٍ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، عَلِّمْنِي كَلِمَاتٍ أَدْعُو بِهِنَّ فِي صَلاَتِي ؟ قَالَ : سَبِّحِي اللَّهَ عَشْرًا ، وَاحْمَدِيهِ عَشْرًا ، وَكَبِّرِيهِ عَشْرًا ، ثُمَّ سَلِيهِ حَاجَتَكِ يَقُلْ : نَعَمْ ، نَعَمْ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Ummu Suleym Peyğəmbərin ﷺ yanına gəlib belə dedi: “Ey Allahın Elçisi, mənə namazımda deyəcəyim bəzi kəlmələr öyrət!” Peyğəmbər ﷺ dedi: “Allahı on dəfə təsbih (Subhən-Allah), on dəfə təhmid (Əlhəmdulilləh) və on dəfə təkbir (Allahu Əkbər) et. Sonra ehtiyacını istə”. Sonra (istədiklərin veriləcək mənasında): “Bəli, bəli”- dedi”.”

Ənəs ibn Malik
HəsənNəsəi, 1299 (Səhv, 121)

Fəsil 58

Zikrdən sonra dua etmək

بَابُ الدُّعَاءِ بَعْدَ الذِّكْرِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا خَلَفُ بْنُ خَلِيفَةَ ، عَنْ حَفْصِ بْنِ أَخِي أَنَسٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : كُنْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا - يَعْنِي - وَرَجُلٌ قَائِمٌ يُصَلِّي ، فَلَمَّا رَكَعَ وَسَجَدَ وَتَشَهَّدَ دَعَا ، فَقَالَ فِي دُعَائِهِ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّ لَكَ الْحَمْدَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ الْمَنَّانُ بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ ، يَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ ، يَا حَيُّ يَا قَيُّومُ ، إِنِّي أَسْأَلُكَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَصْحَابِهِ : تَدْرُونَ بِمَا دَعَا ؟ قَالُوا : اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ ، قَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَقَدْ دَعَا اللَّهَ بِاسْمِهِ الْعَظِيمِ ، الَّذِي إِذَا دُعِيَ بِهِ أَجَابَ ، وَإِذَا سُئِلَ بِهِ أَعْطَى.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ ilə birlikdə oturmuşdum. Bir kişi namaz qılarkən ruku, səcdə və təşəhhüddə belə dua etdi: “Allahım, Sənə yalvarıram, həmd Sənə məxsusdur, Səndən başqa ibadətə layiq məbud yoxdur, Sən lütf edən, yeri göyü icad edənsən! Ey Ucalıq və Kəramət Sahibi, ey əbədi Yaşayan, ey Qəyyum olan, Səndən istəyirəm!” Peyğəmbər ﷺ səhabələrinə buyurdu: “Onun necə dua etdiyini bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir!” Peyğəmbər ﷺ buyurdu: “Canım əlində Olana and olsun ki, o, Allahın ən əzəmətli adı ilə dua etdi. Bu adla dua edənin duası qəbul edilər və istədiyi verilər”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 1300 (Səhv, 122)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ أَبُو بُرَيْدٍ الْبَصْرِيُّ ، عَنْ عَبْدِ الصَّمَدِ بْنِ عَبْدِ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ الْمُعَلِّمُ ، عَنْ ابْنِ بُرَيْدَةَ ، قَالَ : حَدَّثَنِي حَنْظَلَةُ بْنُ عَلِيٍّ ، أَنَّ مِحْجَنَ بْنَ الأَدْرَعِ حَدَّثَهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْمَسْجِدَ ، إِذَا رَجُلٌ قَدْ قَضَى صَلاَتَهُ وَهُوَ يَتَشَهَّدُ ، فَقَالَ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ يَا أَللَّهُ بِأَنَّكَ الْوَاحِدُ الأَحَدُ الصَّمَدُ ، الَّذِي لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ ، أَنْ تَغْفِرَ لِي ذُنُوبِي ، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : قَدْ غُفِرَ لَهُ ، ثَلاَثًا.

“Mihcən ibn əl-Ədrai ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ məscidə girdikdə, bir kişi təşəhhüddə namazını bitirərkən belə dua etdi: “Allahım, Sənə yalvarıram, ey Allah! Sən Vahid, Tək, Möhtac olmayan, doğmayan, doğulmayan və bənzəri olmayansan! Günahlarımı bağışla, şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən!” Allah Elçisi ﷺ üç dəfə dedi: “Artıq o bağışlandı!””

Mihcən ibn əl-Ədrai
SəhihNəsəi, 1301 (Səhv, 123)

Fəsil 59

Zikrdən sonra edilən başqa bir dua

نَوْعٌ آخَرُ مِنَ الدُّعَاءِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ يَزِيدَ بْنِ أَبِي حَبِيبٍ ، عَنْ أَبِي الْخَيْرِ ، عَنْ عبْدِ اللهِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللَّهُ عَنْهُمَا ، أَنَّهُ قَالَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : عَلِّمْنِي دُعَاءً أَدْعُو بِهِ فِي صَلاَتِي ، قَالَ : قُلِ : اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا وَلاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ ، فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِي ، إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ.

“Rəvayət edilir ki, Əbu Bəkr əs-Siddiq ﵁ Allah Elçisinə ﷺ dedi: “Mənə namazda oxuyacağım dua öyrət”. O buyurdu: “Allahım, mən özümə çox zülm etmişəm, Səndən başqa günahları bağışlayan yoxdur. Öz dərgahında olan bağışlanma ilə məni bağışla və rəhm et! Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!””

Əbu Bəkr əs-Siddiq
SəhihNəsəi, 1302 (Səhv, 124)

Fəsil 60

Zikrdən sonra edilən başqa bir dua

نَوْعٌ آخَرُ مِنَ الدُّعَاءِ

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : سَمِعْتُ حَيْوَةَ يُحَدِّثُ ، عَنْ عُقْبَةَ بْنِ مُسْلِمٍ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ الْحُبُلِيِّ ، عَنِ الصُّنَابِحِيّ ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ قَالَ : أَخَذَ بِيَدِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنِّي لأُحِبُّكَ يَا مُعَاذُ ، فَقُلْتُ : وَأَنَا أُحِبُّكَ يَا رَسُولَ اللهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَلاَ تَدَعْ أَنْ تَقُولَ فِي كُلِّ صَلاَةٍ : رَبِّ أَعِنِّي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ.

“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ mənim əlimdən tutub dedi: “Mən səni sevirəm, ey Muaz!” Mən dedim: “Mən də səni sevirəm, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ dedi: “Sən bu duanı hər namazında et: “Rəbbim! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!””

Muaz ibn Cəbəl
SəhihNəsəi, 1303 (Səhv, 125)

Fəsil 61

Zikrdən sonra edilən başqa bir dua

نَوْعٌ آخَرُ مِنَ الدُّعَاءِ

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ سَعِيدٍ الْجُرَيْرِيِّ ، عَنْ أَبِي الْعَلاَءِ ، عَنْ شَدَّادِ بْنِ أَوْسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِي صَلاَتِهِ : اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الثَّبَاتَ فِي الأَمْرِ ، وَالْعَزِيمَةَ عَلَى الرُّشْدِ ، وَأَسْأَلُكَ شُكْرَ نِعْمَتِكَ ، وَحُسْنَ عِبَادَتِكَ ، وَأَسْأَلُكَ قَلْبًا سَلِيمًا ، وَلِسَانًا صَادِقًا ، وَأَسْأَلُكَ مِنْ خَيْرِ مَا تَعْلَمُ ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا تَعْلَمُ ، وَأَسْتَغْفِرُكَ لِمَا تَعْلَمُ.

“Şəddad ibn Əus ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazında deyərdi: “Allahım, işimdə Səndən sabitlik, doğru yolda əzmkarlıq, Sənin nemətlərinə şükür etmək, Sənə gözəl şəkildə ibadət etmək, Səndən salamat qəlb və sadiq bir dil istəyirəm! Səndən Sənin bildiyin xeyirləri istəyirəm, Sənin bildiyin şərlərdən Sənə sığınıram! Sənin bildiyin günahlarıma görə Səndən bağışlanma diləyirəm!””

Şəddad ibn Əus
ZəifNəsəi, 1304 (Səhv, 126)

Fəsil 62

Zikrdən sonra edilən başqa bir dua

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا عَطَاءُ بْنُ السَّائِبِ ، عَنْ أَبِيهِ ، قَالَ : صَلَّى بِنَا عَمَّارُ بْنُ يَاسِرٍ صَلاَةً ، فَأَوْجَزَ فِيهَا ، فَقَالَ لَهُ بَعْضُ الْقَوْمِ : لَقَدْ خَفَّفْتَ أَوْ أَوْجَزْتَ الصَّلاَةَ ، فَقَالَ : أَمَّا عَلَى ذَلِكَ ، فَقَدْ دَعَوْتُ فِيهَا بِدَعَوَاتٍ سَمِعْتُهُنَّ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا قَامَ تَبِعَهُ رَجُلٌ مِنَ الْقَوْمِ هُوَ أُبَيٌّ غَيْرَ أَنَّهُ كَنَى عَنْ نَفْسِهِ ، فَسَأَلَهُ عَنِ الدُّعَاءِ ، ثُمَّ جَاءَ فَأَخْبَرَ بِهِ الْقَوْمَ : اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ ، وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ ، أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي ، اللَّهُمَّ وَأَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ ، وَأَسْأَلُكَ كَلِمَةَ الْحَقِّ فِي الرِّضَا وَالْغَضَبِ ، وَأَسْأَلُكَ الْقَصْدَ فِي الْفَقْرِ وَالْغِنَى ، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ ، وَأَسْأَلُكَ قُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ ، وَأَسْأَلُكَ الرِّضَاءَ بَعْدَ الْقَضَاءِ ، وَأَسْأَلُكَ بَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ ، وَأَسْأَلُكَ لَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ ، وَالشَّوْقَ إِلَى لِقَائِكَ فِي غَيْرِ ضَرَّاءَ مُضِرَّةٍ ، وَلاَ فِتْنَةٍ مُضِلَّةٍ ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ الإِيمَانِ ، وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ.

“Əta ibn əs-Saib atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Əmmar ibn Yasir bizə namaz qıldırdı və bu namazı qısa etdi. Camaatdan olan bəzi insanlar ona dedilər: “Sən namazı yüngül və qısa etdin!” O da dedi: “O ki qaldı mənə, mən namazda Allah Elçisindən ﷺ eşitdiyim bir duanı etdim”. Qalxıb getdikdə, camaatdan bir kişi onun ardı ilə getdi. Onun adı Ubey idi. Əmmardan bu dua haqda soruşdu. Sonra gəlib camaata bu duanı xəbər verdi: “Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün daha xeyirli olduğunu bilirsənsə, məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bilirsənsə, məni öldür! Allahım, gizlində də, aşkarda da Səndən (layiqincə) qorxmağı diləyirəm! Səndən razılıq və qəzəb anında haqq söz söyləməyimi diləyirəm! Kasıblıqda da, zənginlikdə də Səndən mötədillik diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən (başıma gələn) qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Səndən Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!””

Əta ibn əs-Saib atasından
SəhihNəsəi, 1305 (Səhv, 127)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ بْنِ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا عَمِّي ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ أَبِي هَاشِمٍ الْوَاسِطِيِّ ، عَنْ أَبِي مِجْلَزٍ ، عَنْ قَيْسِ بْنِ عُبَادٍ ، قَالَ : صَلَّى عَمَّارُ بْنُ يَاسِرٍ بِالْقَوْمِ صَلاَةً أَخَفَّهَا ، فَكَأَنَّهُمْ أَنْكَرُوهَا ، فَقَالَ : أَلَمْ أُتِمَّ الرُّكُوعَ وَالسُّجُودَ ؟ قَالُوا : بَلَى ، قَالَ : أَمَا إِنِّي دَعَوْتُ فِيهَا بِدُعَاءٍ كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو بِهِ : اللَّهُمَّ بِعِلْمِكَ الْغَيْبَ ، وَقُدْرَتِكَ عَلَى الْخَلْقِ ، أَحْيِنِي مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي ، وَتَوَفَّنِي إِذَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي ، وَأَسْأَلُكَ خَشْيَتَكَ فِي الْغَيْبِ وَالشَّهَادَةِ ، وَكَلِمَةَ الإِخْلاَصِ فِي الرِّضَا وَالْغَضَبِ ، وَأَسْأَلُكَ نَعِيمًا لاَ يَنْفَدُ ، وَقُرَّةَ عَيْنٍ لاَ تَنْقَطِعُ ، وَأَسْأَلُكَ الرِّضَاءَ بِالْقَضَاءِ ، وَبَرْدَ الْعَيْشِ بَعْدَ الْمَوْتِ ، وَلَذَّةَ النَّظَرِ إِلَى وَجْهِكَ ، وَالشَّوْقَ إِلَى لِقَائِكَ ، وَأَعُوذُ بِكَ مِنْ ضَرَّاءَ مُضِرَّةٍ ، وَفِتْنَةٍ مُضِلَّةٍ ، اللَّهُمَّ زَيِّنَّا بِزِينَةِ الإِيمَانِ ، وَاجْعَلْنَا هُدَاةً مُهْتَدِينَ.

“Rəvayət edilir ki, Qeys ibn Ubad ﵀ demişdir: “Əmmar ibn Yasir camaata bir qədər yüngül namaz qıldırdı. Camaat da bunu xoş qarşılamadı. Əmmar dedi: “Məgər mən ruku və səcdələri tam etmədimmi?” Camaat dedi: “Bəli”. Əmmar dedi: “Mən namazda Peyğəmbərin ﷺ etdiyi duanı etdim: “Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün xeyirli olduğunu bildiyin qədər məni yaşat, ölümün mənim üçün daha xeyirli olduğunu bildikdə isə məni öldür! Gizlində də, aşkarda da Səndən (layiqincə) qorxmağı diləyirəm! Səndən razılıq və qəzəb anında ixlaslı söz söyləməyimi diləyirəm! Səndən tükənməz nemət və ardı kəsilməyən bir göz aydınlığı (sevinc) diləyirəm! Səndən (başıma gələn) qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm! Səndən Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca Səninlə qarşılaşmaq həsrətini diləyirəm! Allahım, bizi imanın gözəlliyi ilə gözəlləşdir və bizi doğru yolda olan başçılardan et!””

Qeys ibn Ubad
SəhihNəsəi, 1306 (Səhv, 128)

Fəsil 63

Namazda Allaha sığınmaq

بَابُ التَّعَوُّذِ فِي الصَّلاَةِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ هِلاَلِ بْنِ يَسَافٍ ، عَنْ فَرْوَةَ بْنِ نَوْفَلٍ ، قَالَ : قُلْتُ لِعَائِشَةَ : حَدِّثِينِي بِشَيْءٍ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو بِهِ فِي صَلاَتِهِ ، فَقَالَتْ : نَعَمْ ، كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَمِلْتُ وَمِنْ شَرِّ مَا لَمْ أَعْمَلْ.

“Rəvayət edilir ki, Urva ibn Nəufəl ﵀ demişdir: “Mən Aişəyə dedim: “Mənə Allah Elçisinin ﷺ namazda etdiyi dualardan birini deyə bilərsənmi?” O dedi: “Bəli. Allah Elçisi ﷺ dua edərək belə deyərdi: “Allahım, etdiyim və etmədiyim əməllərin şərindən Sənə sığınıram!””

Fərvə ibn Nəufəl
SəhihNəsəi, 1307 (Səhv, 129)

Fəsil 64

Başqa bir dua

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَشْعَثَ ، عَنْ أَبِيهِ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، قَالَتْ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ عَذَابِ الْقَبْرِ ، فَقَالَ : نَعَمْ ، عَذَابُ الْقَبْرِ حَقٌّ ، قَالَتْ عَائِشَةُ : فَمَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي صَلاَةً بَعْدُ إِلاَّ تَعَوَّذَ مِنْ عَذَابِ الْقَبْرِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Qəbir əzabı haqda Allah Elçisindən ﷺ soruşduqda, o dedi: “Bəli, qəbir əzabı haqdır”. Aişə dedi: “Mən Allah Elçisinin ﷺ qıldığı hər namazda qəbir əzabından Allaha sığındığını gördüm”.”

Aişə
SəhihNəsəi, 1308 (Səhv, 130)

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ ، أَنَّ عَائِشَةَ أَخْبَرَتْهُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَدْعُو فِي الصَّلاَةِ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْمَأْثَمِ وَالْمَغْرَمِ ، فَقَالَ لَهُ قَائِلٌ : مَا أَكْثَرَ مَا تَسْتَعِيذُ مِنَ الْمَغْرَمِ ، فَقَالَ : إِنَّ الرَّجُلَ إِذَا غَرِمَ حَدَّثَ فَكَذَبَ ، وَوَعَدَ فَأَخْلَفَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ namazda belə dua edərdi: “Allahım, qəbir əzabından Sənə sığınıram! Məsih Dəccalın fitnəsindən Sənə sığınıram! Həyatın və ölümün fitnəsindən Sənə sığınıram! Allahım, günah etməkdən və borcdan Sənə sığınıram!” Səhabə ona dedi: “Nəyə görə sən borcdan Allaha çox sığınırsan?” O dedi: “Həqiqətən, adam borclu olduqda, yalan danışar və vədinə xilaf çıxar”.”

Aişə
SəhihNəsəi, 1309 (Səhv, 131)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمَّارٍ الْمَوْصِلِيُّ ، عَنِ الْمُعَافَى ، عَنِ الأَوْزَاعِيِّ وَأَنْبَأَنَا عَلِيُّ بْنُ خَشْرَمٍ ، عَنْ عِيسَى بْنِ يُونُسَ ، وَاللَّفْظُ لَهُ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنْ حَسَّانَ بْنِ عَطِيَّةَ ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي عَائِشَةَ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا تَشَهَّدَ أَحَدُكُمْ فَلْيَتَعَوَّذْ بِاللَّهِ مِنْ أَرْبَعٍ : مِنْ عَذَابِ جَهَنَّمَ ، وَعَذَابِ الْقَبْرِ ، وَفِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ، وَمِنْ شَرِّ الْمَسِيحِ الدَّجَّالِ ، ثُمَّ يَدْعُو لِنَفْسِهِ بِمَا بَدَا لَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizdən biriniz təşəhhüdə oturduqda, dörd şeydən Allaha sığınsın; Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən və Məsih Dəccalın şərindən. Bundan sonra özü üçün istədiyi duanı etsin”.”

Əbu Hureyra
SəhihNəsəi, 1310 (Səhv, 132)

Fəsil 65

Təşəhhüddən sonra oxunacaq başqa bir dua

نَوْعٌ آخَرُ مِنَ الذِّكْرِ بَعْدَ التَّشَهُّدِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِي صَلاَتِهِ بَعْدَ التَّشَهُّدِ : أَحْسَنُ الْكَلاَمِ كَلاَمُ اللهِ ، وَأَحْسَنُ الْهَدْيِ هَدْيُ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazda təşəhhüddən sonra belə deyərdi: “Kəlamların ən gözəli Allahın Kəlamı, yolların ən gözəli də Muhəmmədin ﷺ yoludur”.”

Cabir
SəhihNəsəi, 1311 (Səhv, 133)

Fəsil 66

Namazı tez qılmaq

بَابُ تَطْفِيفِ الصَّلاَةِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ وَهُوَ ابْنُ مِغْوَلٍ ، عَنْ طَلْحَةَ بْنِ مُصَرِّفٍ ، عَنْ زَيْدِ بْنِ وَهْبٍ ، عَنْ حُذَيْفَةَ ، أَنَّهُ رَأَى رَجُلاً يُصَلِّي فَطَفَّفَ ، فَقَالَ لَهُ حُذَيْفَةُ : مُنْذُ كَمْ تُصَلِّي هَذِهِ الصَّلاَةَ ؟ قَالَ : مُنْذُ أَرْبَعِينَ عَامًا ، قَالَ : مَا صَلَّيْتَ مُنْذُ أَرْبَعِينَ سَنَةً ، وَلَوْ مِتَّ وَأَنْتَ تُصَلِّي هَذِهِ الصَّلاَةَ لَمِتَّ عَلَى غَيْرِ فِطْرَةِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ قَالَ : إِنَّ الرَّجُلَ لَيُخَفِّفُ وَيُتِمُّ وَيُحْسِنُ.

“Rəvayət edilir ki, Huzeyfə ﵁ namazı tez qılan bir kişini görüb ona dedi: “Sən neçə vaxtdır bu cür namaz qılırsan?” O dedi: “Qırx ildir”. Huzeyfə dedi: “Sən qırx ildir ki, namaz qılmırsan. Əgər sən namazı bu cür qıldığın halda ölsəydin, Muhəmmədin ﷺ yolundan kənar (yolda) ölmüş kimi olardın”. Sonra dedi: “Həqiqətən, kişi namazı yüngülləşdirsə də, tam və gözəl qılmalıdır”.”

Huzeyfə
SəhihNəsəi, 1312 (Səhv, 134)

Fəsil 67

Namaz qılanın namazda ən az edəcəyi şey

بَابُ أَقَلِّ مَا يُجْزِي مِنْ عَمَلِ الصَّلاَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ عَلِيٍّ وَهُوَ ابْنُ يَحْيَى ، عَنْ أَبِيهِ ، عَنْ عَمٍّ لَهُ بَدْرِيٍّ أَنَّهُ حَدَّثَهُ ، أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ فَصَلَّى وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْمُقُهُ ، وَنَحْنُ لاَ نَشْعُرُ ، فَلَمَّا فَرَغَ أَقْبَلَ فَسَلَّمَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : ارْجِعْ فَصَلِّ ، فَإِنَّكَ لَمْ تُصَلِّ ، فَرَجَعَ فَصَلَّى ، ثُمَّ أَقْبَلَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : ارْجِعْ فَصَلِّ ، فَإِنَّكَ لَمْ تُصَلِّ ، مَرَّتَيْنِ أَوْ ثَلاَثًا ، فَقَالَ لَهُ الرَّجُلُ : وَالَّذِي أَكْرَمَكَ يَا رَسُولَ اللهِ ، لَقَدْ جَهِدْتُ ، فَعَلِّمْنِي ، فَقَالَ : إِذَا قُمْتَ تُرِيدُ الصَّلاَةَ فَتَوَضَّأْ ، فَأَحْسِنْ وُضُوءَكَ ، ثُمَّ اسْتَقْبِلِ الْقِبْلَةَ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ ، ثُمَّ ارْكَعْ فَاطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ قَاعِدًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ ، ثُمَّ افْعَلْ كَذَلِكَ حَتَّى تَفْرُغَ مِنْ صَلاَتِكَ.

“Əli ibn Yəhyə atasının Bədr əhli olan əmisindən ﵄ belə dediyini rəvayət etmişdir: “Bir kişi məscidə gəlib namaz qıldı. Allah Elçisi ﷺ onun namazına diqqət edirdi, biz isə buna fikir vermirdik. O, namazı bitirdikdən sonra bizə tərəf çevrildi və Allah Elçisinə ﷺ salam verdi. Allah Elçisi ﷺ dedi: “Qayıt, namaz qıl, çünki sən namaz qılmadın”. O, qayıdıb namaz qıldı, sonra da Allah Elçisinə ﷺ tərəf çevrildi. Allah Elçisi ﷺ iki və ya üç dəfə dedi: “Qayıt, namaz qıl, çünki sən namaz qılmadın”. O kişi Allah Elçisinə ﷺ dedi: “Sənə nemətlər verənə (Allaha) and olsun, ey Allahın Elçisi! Mən bacardığımı etdim, məni öyrət”. Allah Elçisi ﷺ dedi: “Namaza durduqda, dəstəmaz al və bunu gözəl şəkildə et. Sonra qibləyə yönəl və təkbir et. Sonra (Qurandan) oxu, sonra ruku et və rukuda rahat ol. Sonra başını qaldır və qamətini düzəlt. Sonra səcdə et və səcdədə rahat ol. Sonra başını qaldır və rahat otur. Sonra səcdə et və səcdədə rahat ol. Sonra başını qaldır və namazı bitirənə qədər bu cür et”.”

Əli ibn Yəhyə atasından, o da əmisindən
SəhihNəsəi, 1313 (Səhv, 135)

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ دَاوُدَ بْنِ قَيْسٍ ، قَالَ : حَدَّثَنِي عَلِيُّ بْنُ يَحْيَى بْنِ خَلاَّدِ بْنِ رَافِعِ بْنِ مَالِكٍ الأَنْصَارِيُّ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ عَمٍّ لَهُ بَدْرِيٍّ ، قَالَ : كُنْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا فِي الْمَسْجِدِ ، فَدَخَلَ رَجُلٌ فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْمُقُهُ فِي صَلاَتِهِ ، فَرَدَّ عَلَيْهِ السَّلاَمَ ، ثُمَّ قَالَ لَهُ : ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ ، فَرَجَعَ فَصَلَّى ، ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَدَّ عَلَيْهِ السَّلاَمَ ، ثُمَّ قَالَ : ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ ، حَتَّى كَانَ عِنْدَ الثَّالِثَةِ أَوِ الرَّابِعَةِ ، فَقَالَ : وَالَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ لَقَدْ جَهِدْتُ وَحَرَصْتُ فَأَرِنِي وَعَلِّمْنِي ، قَالَ : إِذَا أَرَدْتَ أَنْ تُصَلِّيَ فَتَوَضَّأْ فَأَحْسِنْ وُضُوءَكَ ، ثُمَّ اسْتَقْبِلِ الْقِبْلَةَ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ قَاعِدًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ ، فَإِذَا أَتْمَمْتَ صَلاَتَكَ عَلَى هَذَا فَقَدْ تَمَّتْ ، وَمَا انْتَقَصْتَ مِنْ هَذَا فَإِنَّمَا تَنْتَقِصُهُ مِنْ صَلاَتِكَ.

“Rəvayət edilir ki, Əli ibn Yəhyə ﵀ demişdir: “Atam Bədr əhli olan əmimin belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Allah Elçisi ﷺ ilə məsciddə oturmuşdum. Bir kişi gəlib iki rükət namaz qıldı. Sonra gəlib Peyğəmbərə ﷺ salam verdi. O kişi namaz qılarkən Peyğəmbər ﷺ ona diqqət edirdi. Peyğəmbər onun salamını alıb ona belə buyurdu: “Qayıt, namaz qıl, çünki sən namaz qılmadın”. O, qayıdıb namaz qıldı, sonra da Peyğəmbərə ﷺ salam verdi. Peyğəmbər ﷺ onun salamını alıb dedi: “Qayıt, namaz qıl, çünki sən namaz qılmadın”. Bu hal üç və ya dörd dəfə təkrar olundu. O kişi dedi: “Sənə haqq Kitabı nazil edənə (Allaha) and olsun! Mən bacardığımı etdim, mənə namaz qılmağı göstər və öyrət”. Peyğəmbər ﷺ dedi: “Namaz qılmaq istədikdə, dəstəmaz al və bunu gözəl şəkildə et. Sonra qibləyə yönəl və təkbir et. Sonra (Qurandan) oxu, sonra ruku et və rukuda rahat ol. Sonra başını qaldır və qamətini düzəlt. Sonra səcdə et və səcdədə rahat ol. Sonra başını qaldır və rahat otur. Sonra səcdə et və səcdədə rahat ol. Sonra başını qaldır. Namazı bu cür qılsan, artıq namazı tamamlamış olarsan. Bundan nəyi əskiltsən, namazından əskiltmiş olarsan”.”

Əli ibn Yəhyə
SəhihNəsəi, 1314 (Səhv, 136)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سَعِيدٍ ، عَنْ قَتَادَةَ ، عَنْ زُرَارَةَ بْنِ أَوْفَى ، عَنْ سَعْدِ بْنِ هِشَامٍ ، قَالَ : قُلْتُ : يَا أُمَّ الْمُؤْمِنِينَ أَنْبِئِينِي عَنْ وَتْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَتْ : كُنَّا نُعِدُّ لَهُ سِوَاكَهُ وَطَهُورَهُ ، فَيَبْعَثُهُ اللَّهُ لِمَا شَاءَ أَنْ يَبْعَثَهُ مِنَ اللَّيْلِ ، فَيَتَسَوَّكُ وَيَتَوَضَّأُ ، وَيُصَلِّي ثَمَانِ رَكَعَاتٍ لاَ يَجْلِسُ فِيهِنَّ إِلاَّ عِنْدَ الثَّامِنَةِ ، فَيَجْلِسُ ، فَيَذْكُرُ اللَّهَ عَزَّ وَجَلَّ وَيَدْعُو ، ثُمَّ يُسَلِّمُ تَسْلِيمًا يُسْمِعُنَا.

“Rəvayət edilir ki, Səd ibn Hişam ﵀ demişdir: “Mən dedim: “Ey möminlərin anası! Mənə Allah Elçisinin ﷺ vitr namazı haqda xəbər ver”. O dedi: “Biz onun üçün misvakını və təharət üçün suyunu hazırlayardıq. Allah da gecənin istədiyi vaxtında onu oyadardı. O, misvakla (dişlərini) təmizləyər, dəstəmaz alar və (təşəhhüdə) oturmadan səkkiz rükət namaz qılardı. Yalnız səkkizinci rükətdə oturar, Allahı ﷿ zikr edib Ona dua edər, sonra da bizə eşitdirəcək tərzdə salam verərdi”.”

Səd ibn Hişam
SəhihNəsəi, 1315 (Səhv, 137)

Fəsil 68

(Namazda olan) salam

بَابُ السَّلاَمِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ ، يَعْنِي ابْنَ دَاوُدَ الْهَاشِمِيَّ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ وَهُوَ ابْنُ سَعْدٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ وَهُوَ ابْنُ الْمِسْوَرِ الْمَخْرَمِيُّ ، عَنْ إِسْمَعِيلَ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي عَامِرُ بْنُ سَعْدٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُسَلِّمُ عَنْ يَمِينِهِ وَعَنْ يَسَارِهِ.

“Amir ibn Səd atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazı bitirəndə sağına və soluna salam verərdi.”

Amir ibn Səd atasından
SəhihNəsəi, 1316 (Səhv, 138)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا أَبُو عَامِرٍ الْعَقَدِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ الْمَخْرَمِيُّ ، عَنْ إِسْمَعِيلَ بْنِ مُحَمَّدِ بْنِ سَعْدٍ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، عَنْ سَعْدٍ قَالَ : كُنْتُ أَرَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُسَلِّمُ عَنْ يَمِينِهِ وَعَنْ يَسَارِهِ حَتَّى يُرَى بَيَاضُ خَدِّهِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : عَبْدُ اللهِ بْنُ جَعْفَرٍ هَذَا لَيْسَ بِهِ بَأْسٌ ، وَعَبْدُ اللهِ بْنُ جَعْفَرِ بْنِ نَجِيحٍ وَالِدُ عَلِيِّ بْنِ الْمَدِينِيِّ مَتْرُوكُ الْحَدِيثِ.

“Rəvayət edilir ki, Səd ﷺ demişdir: “Mən Allah Elçisinin ﷺ namazı bitirdikdə yanağının ağlığı bilinən həddə sağına və soluna salam verdiyini gördüm”.”

Səd
SəhihNəsəi, 1317 (Səhv, 139)

Fəsil 69

Namazda salam verdikdə əllərin qoyulduğu yer

بَابُ مَوْضِعِ الْيَدَيْنِ عِنْدَ السَّلاَمِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، عَنْ مِسْعَرٍ ، عَنْ عُبَيْدِ اللهِ ابْنِ الْقِبْطِيَّةِ ، قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ سَمُرَةَ يَقُولُ : كُنَّا إِذَا صَلَّيْنَا خَلْفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قُلْنَا : السَّلاَمُ عَلَيْكُمْ ، السَّلاَمُ عَلَيْكُمْ - وَأَشَارَ مِسْعَرٌ بِيَدِهِ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ - فَقَالَ : مَا بَالُ هَؤُلاَءِ الَّذِينَ يَرْمُونَ بِأَيْدِيهِمْ كَأَنَّهَا أَذْنَابُ الْخَيْلِ الشُّمُسِ ، أَمَا يَكْفِي أَنْ يَضَعَ يَدَهُ عَلَى فَخِذِهِ ، ثُمَّ يُسَلِّمُ عَلَى أَخِيهِ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Biz Peyğəmbərin ﷺ arxasında namaz qılaraq “əs-Sələ:mu aleykum, əs-Sələ:mu aleykum” deyərdik. Bu zaman Mis'ar əli ilə sağa və sola işarə edirdi. Peyğəmbər ﷺ buyurdu: “Bu insanlara nə olur ki, əlləri ilə tərpənən at quyruğu kimi işarə edirlər. Məgər onlara əllərini budlarının üzərinə qoymaq kifayət etməzdimi?! Sonra sağ və sol tərəfdə olan qardaşına salam versinlər”.”

Cabir ibn Səmura
SəhihNəsəi, 1318 (Səhv, 140)

Fəsil 70

Sağ tərəfə necə salam verilir?

كَيْفَ السَّلاَمُ عَلَى الْيَمِينِ ؟

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ مُعَاذٍ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ ، عَنِ الأَسْوَدِ ، وَعَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُكَبِّرُ فِي كُلِّ خَفْضٍ وَرَفْعٍ ، وَقِيَامٍ وَقُعُودٍ ، وَيُسَلِّمُ عَنْ يَمِينِهِ ، وَعَنْ شِمَالِهِ : السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ ، السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ ، حَتَّى يُرَى بَيَاضُ خَدِّهِ ، وَرَأَيْتُ أَبَا بَكْرٍ وَعُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا يَفْعَلاَنِ ذَلِكَ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisinin ﷺ hər dəfə əyilib-qalxanda, qiyamda və oturuşlarda təkbir etdiyini gördüm. O, sağına və soluna salam verərək: “əs-Sələ:mu aleykum va rahmətullah, əs-Sələ:mu aleykum va rahmətullah”- deyir, hətta yanağının ağlığı görsənirdi. Mən Əbu Bəkr və Ömərin ﵄ də bu cür etdiyini gördüm”.”

Abdullah
SəhihNəsəi, 1319 (Səhv, 141)

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الزَّعْفَرَانِيُّ ، عَنْ حَجَّاجٍ ، قَالَ ابْنُ جُرَيْجٍ ، أَنْبَأَنَا عَمْرُو بْنُ يَحْيَى ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ عَمِّهِ وَاسِعِ بْنِ حَبَّانَ ، أَنَّهُ سَأَلَ عَبْدَ اللهِ بْنَ عُمَرَ عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : اللَّهُ أَكْبَرُ كُلَّمَا وَضَعَ ، اللَّهُ أَكْبَرُ كُلَّمَا رَفَعَ ، ثُمَّ يَقُولُ : السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ عَنْ يَمِينِهِ ، السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ عَنْ يَسَارِهِ.

“Rəvayət edilir ki, Vasi' ibn Həbbən ﵀ İbn Ömərdən Allah Elçisinin ﷺ namazı haqda soruşdu. İbn Ömər dedi: “O, hər dəfə qalxdıqda “Alla:hu Əkbər”, oturduqda “Alla:hu Əkbər” deyərdi. Sonra da sağına: “əs-Sələ:mu aleykum va rahmətullah” və soluna “əs-Sələ:mu aleykum va rahmətullah”- deyərdi”.”

Vasi' ibn Həbbən
SəhihNəsəi, 1320 (Səhv, 142)

Fəsil 71

Sol tərəfə necə salam verilir?

كَيْفَ السَّلاَمُ عَلَى الشِّمَالِ؟

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ يَعْنِي الدَّرَاوَرْدِيَّ ، عَنْ عَمْرِو بْنِ يَحْيَى ، عَنْ مُحَمَّدِ بْنِ يَحْيَى بْنِ حَبَّانَ ، عَنْ عَمِّهِ وَاسِعِ بْنِ حَبَّانَ قَالَ : قُلْتُ لاِبْنِ عُمَرَ : أَخْبِرْنِي عَنْ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَيْفَ كَانَتْ ؟ قَالَ : فَذَكَرَ التَّكْبِيرَ ، قَالَ : يَعْنِي وَذَكَرَ السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ عَنْ يَمِينِهِ ، السَّلاَمُ عَلَيْكُمْ عَنْ يَسَارِهِ.

“Rəvayət edilir ki, Vasi' ibn Həbbən ﵀ demişdir: “Mən İbn Ömərə dedim: “Mənə Allah Elçisinin ﷺ namazının necə olduğu haqda xəbər ver”. O, təkbiri zikr etdi və sağ tərəfinə: “əs-Sələ:mu aleykum va rahmətullah”, sol tərəfinə isə “əs-Sələ:mu aleykum” dedi“.”

Vasi' ibn Həbbən
SəhihNəsəi, 1321 (Səhv, 143)

أَخْبَرَنَا زَيْدُ بْنُ أَخْزَمَ ، عَنْ ابْنِ دَاوُدَ يَعْنِي عَبْدَ اللهِ بْنَ دَاوُدَ الْخُرَيْبِيَّ ، عَنْ عَلِيِّ بْنِ صَالِحٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : كَأَنِّي أَنْظُرُ إِلَى بَيَاضِ خَدِّهِ عَنْ يَمِينِهِ السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ ، وَعَنْ يَسَارِهِ السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ.

“Abdullah ﵁ rəvayət edir ki, sanki Peyğəmbər ﷺ sağ tərəfinə “əs-Sələ:mu aleykum va rahmətullah”- deyir və onun yanağının ağlığını görürəm. Həmçinin sol tərəfinə “əs-Sələ:mu aleykum va rahmətullah”.”

Abdullah
SəhihNəsəi, 1322 (Səhv, 144)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ عُمَرَ بْنِ عُبَيْدٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُسَلِّمُ عَنْ يَمِينِهِ حَتَّى يَبْدُوَ بَيَاضُ خَدِّهِ ، وَعَنْ يَسَارِهِ حَتَّى يَبْدُوَ بَيَاضُ خَدِّهِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ sağ tərəfə salam verdikdə, sağ yanağının ağlığı görsənərdi. Həmçinin, soluna da salam verdikdə, sol yanağının ağlığı görsənərdi”.”

Abdullah
SəhihNəsəi, 1323 (Səhv, 145)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ عَبْدِ اللهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ كَانَ يُسَلِّمُ عَنْ يَمِينِهِ وَعَنْ يَسَارِهِ : السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ ، السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ ، حَتَّى يُرَى بَيَاضُ خَدِّهِ مِنْ هَاهُنَا ، وَبَيَاضُ خَدِّهِ مِنْ هَاهُنَا.

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ sağına və soluna “əs-Sələ:mu aleykum va rahmətullah, əs-Sələ:mu aleykum va rahmətullah” deyə salam verər, hətta onun yanağının ağlığı hər iki tərəfdən görsənərdi”.”

Abdullah
SəhihNəsəi, 1324 (Səhv, 146)

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ الْحَسَنِ بْنِ شَقِيقٍ ، قَالَ : أَنْبَأَنَا الْحُسَيْنُ بْنُ وَاقِدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْحَاقَ ، عَنْ عَلْقَمَةَ ، وَالأَسْوَدِ ، وَأَبِي الأَحْوَصِ ، قَالُوا : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ مَسْعُودٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُسَلِّمُ عَنْ يَمِينِهِ : السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ حَتَّى يُرَى بَيَاضُ خَدِّهِ الأَيْمَنِ ، وَعَنْ يَسَارِهِ : السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ حَتَّى يُرَى بَيَاضُ خَدِّهِ الأَيْسَرِ.

“Abdullah ibn Məsud ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ sağ tərəfə salam verərək “əs-Sələ:mu aleykum va rahmətullah” deyər və onun sağ yanağının ağlığı görsənərdi. Sol tərəfə salam verər: “əs-Sələ:mu aleykum va rahmətullah” deyər və onun sol yanağının ağlığı görsənərdi”.”

Abdullah ibn Məsud
SəhihNəsəi, 1325 (Səhv, 147)

Fəsil 72

Namazda salam verdikdə əl ilə işarə etmək

بَابُ السَّلاَمِ بِالْيَدَيْنِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ فُرَاتٍ الْقَزَّازِ ، عَنْ عُبَيْدِ اللهِ وَهُوَ ابْنُ الْقِبْطِيَّةِ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ : صَلَّيْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَكُنَّا إِذَا سَلَّمْنَا قُلْنَا بِأَيْدِينَا السَّلاَمُ عَلَيْكُمْ ، السَّلاَمُ عَلَيْكُمْ ، قَالَ : فَنَظَرَ إِلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : مَا شَأْنُكُمْ تُشِيرُونَ بِأَيْدِيكُمْ كَأَنَّهَا أَذْنَابُ خَيْلٍ شُمُسٍ ، إِذَا سَلَّمَ أَحَدُكُمْ فَلْيَلْتَفِتْ إِلَى صَاحِبِهِ وَلاَ يُومِئْ بِيَدِهِ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə namaz qıldım. Namazı bitirdikdə əlimizlə işarə edərək: “əs-Sələ:mu aleykum, əs-Sələ:mu aleykum”- deyirdik. Allah Elçisi ﷺ bizə nəzər yetirib dedi: “Sizə nə olur ki, əllərinizlə tərpənən at quyruğu kimi işarə edirsiniz?! Biriniz (namazda) salam verdikdə, yanındakı dostuna tərəf çevrilsin, lakin əli ilə işarə etməsin!””

Cabir ibn Səmura
SəhihNəsəi, 1326 (Səhv, 148)

Fəsil 73

İmam salam verdikdə, ona tabe olanların da salam vermələri

تَسْلِيمُ الْمَأْمُومِ حِينَ يُسَلِّمُ الإِمَامُ.

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ أَخْبَرَهُ ، قَالَ : أَخْبَرَنِي مَحْمُودُ بْنُ الرَّبِيعِ ، قَالَ : سَمِعْتُ عِتْبَانَ بْنَ مَالِكٍ يَقُولُ : كُنْتُ أُصَلِّي بِقَوْمِي بَنِي سَالِمٍ ، فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ : إِنِّي قَدْ أَنْكَرْتُ بَصَرِي ، وَإِنَّ السُّيُولَ تَحُولُ بَيْنِي وَبَيْنَ مَسْجِدِ قَوْمِي ، فَلَوَدِدْتُ أَنَّكَ جِئْتَ فَصَلَّيْتَ فِي بَيْتِي مَكَانًا أَتَّخِذُهُ مَسْجِدًا ، قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : سَأَفْعَلُ إِنْ شَاءَ اللَّهُ ، فَغَدَا عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ مَعَهُ بَعْدَ مَا اشْتَدَّ النَّهَارُ ، فَاسْتَأْذَنَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَذِنْتُ لَهُ ، فَلَمْ يَجْلِسْ حَتَّى قَالَ : أَيْنَ تُحِبُّ أَنْ أُصَلِّيَ مِنْ بَيْتِكَ ؟ فَأَشَرْتُ لَهُ إِلَى الْمَكَانِ الَّذِي أُحِبُّ أَنْ يُصَلِّيَ فِيهِ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَصَفَفْنَا خَلْفَهُ ، ثُمَّ سَلَّمَ وَسَلَّمْنَا حِينَ سَلَّمَ.

“Rəvayət edilir ki, İtban ibn Malik ﵁ demişdir: “Mənim tayfam olan Bəni Səlim tayfasına namaz qıldırırdım. Bir dəfə Allah Elçisinin ﷺ yanına gəlib dedim: “Mən görmə qabiliyyətini itirmişəm, tayfamın məscidi ilə evimin arasından da sel axır. Mən istəyirəm ki, sən gəlib mənim evimdə namaz qılasan, mən də həmin yeri məscid edim”. Peyğəmbər ﷺ dedi: “Allahın izni ilə mən bunu edərəm”. Səhər açıldıqda Allah Elçisi ﷺ Əbu Bəkrlə ﵁ birlikdə gəldi. Günorta olmuşdu. Peyğəmbər ﷺ məndən (evimə girmək üçün) izin istədi, mən də ona izin verdim. Oturmamışdan qabaq mənə dedi: “Sənin evinin harasında namaz qılmağımı istəyirsən?” Mən də ona namaz qılmağını istədiyim yeri göstərdim. Allah Elçisi ﷺ qalxdı, biz də onun arxasında səfə düzüldük. O, (namazı bitirib) salam verdikdən sonra biz də salam verdik”.”

İtban ibn Malik
SəhihNəsəi, 1327 (Səhv, 149)

Fəsil 74

Fərz namazlarını bitirdikdən sonra qılınan (vitr) namazı

بَابُ السُّجُودِ بَعْدَ الْفَرَاغِ مِنَ الصَّلاَةِ

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ بْنِ حَمَّادِ بْنِ سَعْدٍ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي ابْنُ أَبِي ذِئْبٍ ، وَعَمْرُو بْنُ الْحَارِثِ ، وَيُونُسُ بْنُ يَزِيدَ ، أَنَّ ابْنَ شِهَابٍ أَخْبَرَهُمْ ، عَنْ عُرْوَةَ ، قَالَتْ عَائِشَةُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي فِيمَا بَيْنَ أَنْ يَفْرُغَ مِنْ صَلاَةِ الْعِشَاءِ إِلَى الْفَجْرِ إِحْدَى عَشْرَةَ رَكْعَةً ، وَيُوتِرُ بِوَاحِدَةٍ ، وَيَسْجُدُ سَجْدَةً قَدْرَ مَا يَقْرَأُ أَحَدُكُمْ خَمْسِينَ آيَةً قَبْلَ أَنْ يَرْفَعَ رَأْسَهُ ، وَبَعْضُهُمْ يَزِيدُ عَلَى بَعْضٍ فِي الْحَدِيثِ ، مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ İşa namazını qıldıqdan sonra Sübh namazına qədər on bir rükət namaz qılar, onu tək rükətlə tamamlayardı. Sizin birinizin əlli ayə oxuduğu vaxt qədər səcdə edərdi”.”

Aişə
SəhihNəsəi, 1328 (Səhv, 150)

Fəsil 75

Namazda salamdan və danışmaqdan sonra iki dəfə səhv səcdəsi etmək

بَابُ سَجْدَتَيِ السَّهْوِ بَعْدَ السَّلاَمِ وَالْكَلاَمِ.

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ حَفْصٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَلَّمَ ، ثُمَّ تَكَلَّمَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيِ السَّهْوِ.

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ (namazı bitirib) salam verdi, sonra ona (namazda səhv etdiyini) dedilər. Sonra iki dəfə səhv səcdəsi etdi.”

Abdullah
SəhihNəsəi, 1329 (Səhv, 151)

Fəsil 76

Namazda salam verdikdən sonra iki dəfə səhv səcdəsi etmək

السَّلاَمُ بَعْدَ سَجْدَتَيِ السَّهْوِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، عَنْ عِكْرِمَةَ بْنِ عَمَّارٍ ، قَالَ : حَدَّثَنَا ضَمْضَمُ بْنُ جَوْسٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَلَّمَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيِ السَّهْوِ وَهُوَ جَالِسٌ ، ثُمَّ سَلَّمَ ، قَالَ : ذَكَرَهُ فِي حَدِيثِ ذِي الْيَدَيْنِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ (namazı bitirib) salam verdi. Sonra oturduğu halda səhv səcdəsi etdi, sonra salam verdi. Ravi dedi: “Əbu Hureyra bunu Zul-Yədeynin hədisində xəbər vermişdir”.”

Əbu Hureyra
SəhihNəsəi, 1330 (Səhv, 152)

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمُهَلَّبِ ، عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى ثَلاَثًا ، ثُمَّ سَلَّمَ ، فَقَالَ الْخِرْبَاقُ : إِنَّكَ صَلَّيْتَ ثَلاَثًا ، فَصَلَّى بِهِمُ الرَّكْعَةَ الْبَاقِيَةَ ، ثُمَّ سَلَّمَ ، ثُمَّ سَجَدَ سَجْدَتَيِ السَّهْوِ ، ثُمَّ سَلَّمَ.

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ üç rükət namaz qılıb salam verdi. Xirbəq adlı səhabə dedi: “Sən üç rükət qıldın”. Peyğəmbər ﷺ qalan bir rükəti də qıldı, sonra salam verdi. Sonra iki dəfə səhv səcdəsi etdi və yenə salam verdi.”

İmran ibn Husayn
SəhihNəsəi, 1331 (Səhv, 153)

Fəsil 77

İmamın (namazı bitirib) salam verməklə durub getmək arasında oturması

جِلْسَةُ الإِمَامِ بَيْنَ التَّسْلِيمِ وَالاِنْصِرَافِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ عَوْنٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنْ هِلاَلٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنِ الْبَرَاءِ ابْنِ عَازِبٍ قَالَ : رَمَقْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي صَلاَتِهِ ، فَوَجَدْتُ قِيَامَهُ وَرَكْعَتَهُ وَاعْتِدَالَهُ بَعْدَ الرَّكْعَةِ ، فَسَجْدَتَهُ ، فَجِلْسَتَهُ بَيْنَ السَّجْدَتَيْنِ ، فَسَجْدَتَهُ ، فَجِلْسَتَهُ بَيْنَ التَّسْلِيمِ وَالاِنْصِرَافِ قَرِيبًا مِنَ السَّوَاءِ.

“Rəvayət edilir ki, əl-Bəra ibn Azib ﵁ demişdir: “Allah Elçisi ﷺ namazını qılanda ona diqqət etdim. Onun namazında olan qiyamın, rukunun, rukudan sonra düz durmanın, səcdənin, iki səcdə arasında oturuşun, yenə səcdənin və salam ilə durub getmək arasında olan vaxtın təqribən bərabər olduğunu gördüm”.”

əl-Bəra ibn Azib
SəhihNəsəi, 1332 (Səhv, 154)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ ، قَالَ ابْنُ شِهَابٍ : أَخْبَرَتْنِي هِنْدُ بِنْتُ الْحَارِثِ الْفِرَاسِيَّةُ ، أَنَّ أُمَّ سَلَمَةَ أَخْبَرَتْهَا ، أَنَّ النِّسَاءَ فِي عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كُنَّ إِذَا سَلَّمْنَ مِنَ الصَّلاَةِ قُمْنَ ، وَثَبَتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَمَنْ صَلَّى مِنَ الرِّجَالِ مَا شَاءَ اللَّهُ ، فَإِذَا قَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ الرِّجَالُ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Allah Elçisinin ﷺ vaxtında qadınlar camaatla namaz qıldıqda, namaz qurtaran kimi salam verib qalxardılar. Allah Elçisi ﷺ və onunla namaz qılan kişilər isə bir qədər gözləyərdilər. Allah Elçisi ﷺ qalxdıqda, kişilər də qalxardı.”

Ummu Sələmə
SəhihNəsəi, 1333 (Səhv, 155)

Fəsil 78

Namazdan sonra imamın camaata tərəf çevrilməsi

بَابُ الاِنْحِرَافِ بَعْدَ التَّسْلِيمِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ ، قَالَ : حَدَّثَنِي يَعْلَى بْنُ عَطَاءٍ ، عَنْ جَابِرِ بْنِ يَزِيدَ بْنِ الأَسْوَدِ ، عَنْ أَبِيهِ ، أَنَّهُ صَلَّى مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلاَةَ الصُّبْحِ ، فَلَمَّا صَلَّى انْحَرَفَ.

“Rəvayət edilir ki, Cabir ibn Yəzid ibn əl-Əsvədin atası ﵁ bir dəfə Allah Elçisi ﷺ ilə birlikdə Sübh namazını qıldı. Peyğəmbər ﷺ namazı bitirən kimi camaata tərəf döndü”.”

Cabir ibn Yəzid ibn əl-Əsvəd atasından
SəhihNəsəi, 1334 (Səhv, 156)

Fəsil 79

Namazda imamın salam verməsindən sonra təkbir etmək

التَّكْبِيرُ بَعْدَ تَسْلِيمِ الإِمَامِ

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ الْعَسْكَرِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ سُفْيَانَ بْنِ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ أَبِي مَعْبَدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ قَالَ : إِنَّمَا كُنْتُ أَعْلَمُ انْقِضَاءَ صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالتَّكْبِيرِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ namazını bitirməsini təkbir (zikr) səsi ilə bilərdim”.”

İbn Abbas
SəhihNəsəi, 1335 (Səhv, 157)

Fəsil 80

Namazda salamdan sonra “əl-Muavvizəti” oxumağın əmr edilməsi

بَابُ الأَمْرِ بِقِرَاءَةِ الْمُعَوِّذَاتِ بَعْدَ التَّسْلِيمِ مِنَ الصَّلاَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنِ اللَّيْثِ ، عَنْ حُنَيْنِ بْنِ أَبِي حَكِيمٍ ، عَنْ عَلِيِّ بْنِ رَبَاحٍ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، قَالَ : أَمَرَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ أَقْرَأَ الْمُعَوِّذَاتِ دُبُرَ كُلِّ صَلاَةٍ.

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ demişdir: “Allah Elçisi ﷺ hər namazdan sonra “əl-Muavvizəti” oxumağı əmr etdi”.”

Uqbə ibn Amir
SəhihNəsəi, 1336 (Səhv, 158)

Fəsil 81

Namazda salamdan sonra bağışlanma diləmək

بَابُ الاِسْتِغْفَارِ بَعْدَ التَّسْلِيمِ

أَخْبَرَنَا مَحْمُودُ بْنُ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنْ أَبِي عَمْرٍو الأَوْزَاعِيِّ ، قَالَ : حَدَّثَنِي شَدَّادٌ أَبُو عَمَّارٍ ، أَنَّ أَبَا أَسْمَاءَ الرَّحَبِيَّ حَدَّثَهُ ، أَنَّهُ سَمِعَ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُحَدِّثُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ إِذَا انْصَرَفَ مِنْ صَلاَتِهِ اسْتَغْفَرَ ثَلاَثًا ، وَقَالَ : اللَّهُمَّ أَنْتَ السَّلاَمُ ، وَمِنْكَ السَّلاَمُ ، تَبَارَكْت يَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ.

“Allah Elçisinin ﷺ azad etdiyi kölə Səuban ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ namazını bitirdikdən sonra üç dəfə “əstəğfirullah” deyər, sonra buyurardı: “Allahım! Salam (bütün nöqsanlardan və eyiblərdən uzaq) Sənsən və əmin-amanlıq Səndəndir! Ey əzəmət və ehtiram Sahibi, Sən xeyirxahsan!””

Səuban
SəhihNəsəi, 1337 (Səhv, 159)

Fəsil 82

Bağışlanma dilədikdən sonra zikr etmək

الذِّكْرُ بَعْدَ الاِسْتِغْفَارِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، وَمُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ صُدْرَانَ ، عَنْ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَاصِمٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْحَارِثِ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا سَلَّمَ قَالَ : اللَّهُمَّ أَنْتَ السَّلاَمُ ، وَمِنْكَ السَّلاَمُ ، تَبَارَكْتَ يَا ذَا الْجَلاَلِ وَالإِكْرَامِ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ namazda salam verdikdən sonra dedi: “Allahım! Salam (bütün nöqsanlardan və eyiblərdən uzaq) Sənsən və əmin-amanlıq Səndəndir! Ey əzəmət və ehtiram Sahibi, Sən xeyirxahsan!””

Aişə
SəhihNəsəi, 1338 (Səhv, 160)

Fəsil 83

Namazda salam verdikdən sonra “Lə: ilə:hə illəllah” demək

بَابُ التَّهْلِيلِ بَعْدَ التَّسْلِيمِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ شُجَاعٍ الْمَرُّوذِيُّ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنِ الْحَجَّاجِ بْنِ أَبِي عُثْمَانَ ، قَالَ : حَدَّثَنِي أَبُو الزُّبَيْرِ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ الزُّبَيْرِ يُحَدِّثُ عَلَى هَذَا الْمِنْبَرِ ، وَهُوَ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَلَّمَ يَقُولُ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ لاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ ، أَهْلَ النِّعْمَةِ وَالْفَضْلِ وَالثَّنَاءِ الْحَسَنِ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ.

“Abdullah ibn əz-Zubeyrin ﵄ minbərdə belə dediyi rəvayət olunur: “Allah Elçisi ﷺ namazı bitirib salam verdikdə, deyərdi: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Biz yalnız Ona ibadət edirik! Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!””

Abdullah ibn əz-Zubeyr
SəhihNəsəi, 1339 (Səhv, 161)

Fəsil 84

Namazdan sonra “lə: ilə:hə illəllah” sözünün sayı və salamdan sonra deyilməsi

عَدَدُ التَّهْلِيلِ وَالذِّكْرِ بَعْدَ التَّسْلِيمِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدَةُ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، قَالَ : كَانَ عَبْدُ اللهِ بْنُ الزُّبَيْرِ يُهَلِّلُ فِي دُبُرِ الصَّلاَةِ ، يَقُولُ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَلاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ ، لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الثَّنَاءُ الْحَسَنُ ، لاَ إِلَهَ إِلاَّ اللَّهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ ، ثُمَّ يَقُولُ ابْنُ الزُّبَيْرِ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهَلِّلُ بِهِنَّ فِي دُبُرِ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Əbuz-Zubeyr ﵀ demişdir: “Abdullah ibn əz-Zubeyr namazdan sonra lə: ilə:hə illəllah deyərdi: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Biz yalnız Ona ibadət edirik! Nemət Onundur, lütf Onundur və gözəl tərif Onadır! Allahdan başqa ibadətə layiq məbud yoxdur! Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edirik!” Sonra İbn əz-Zubeyr belə deyərdi: “Allah Elçisi ﷺ hər namazdan sonra “lə: ilə:hə iləllah”ı bu cür deyərdi”.”

Əbuz-Zubeyr
SəhihNəsəi, 1340 (Səhv, 162)

Fəsil 85

Namazı bitirdikdən sonra edilən başqa bir zikr

نَوْعٌ آخَرُ مِنَ الْقَوْلِ عِنْدَ انْقِضَاءِ الصَّلاَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : سَمِعْتُهُ مِنْ عَبْدَةَ بْنِ أَبِي لُبَابَةَ ، وَسَمِعْتُهُ مِنْ عَبْدِ الْمَلِكِ بْنِ أَعْيَنَ ، كِلاَهُمَا سَمِعَهُ مِنْ وَرَّادٍ ، كَاتِبِ الْمُغِيرَةِ بْنِ شُعْبَةَ ، قَالَ : كَتَبَ مُعَاوِيَةُ إِلَى الْمُغِيرَةِ بْنِ شُعْبَةَ : أَخْبِرْنِي بِشَيْءٍ سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَضَى الصَّلاَةَ ، قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ.

“Muğira ibn Şöbənin ﵁ katibi Varradın ﵀ belə dediyi rəvayət edilir: “Muaviyə əl-Muğira ibn Şöbəyə məktub yazaraq dedi: “Mənə Allah Elçisindən ﷺ eşitdiyin bir şey haqda xəbər ver”. O da (yazaraq) dedi: “Allahdan başqa ibadətə layiq məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur! Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur! Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz!””

Muğira ibn Şöbə
ZəifNəsəi, 1341 (Səhv, 163)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنِ الْمُسَيَّبِ أَبِي الْعَلاَءِ ، عَنْ وَرَّادٍ ، قَالَ : كَتَبَ الْمُغِيرَةُ بْنُ شُعْبَةَ إِلَى مُعَاوِيَةَ : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ دُبُرَ الصَّلاَةِ إِذَا سَلَّمَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ.

“Rəvayət edilir ki, Varrad demişdir: “əl-Muğira ibn Şöbə Muaviyəyə məktub yazaraq dedi: “Həqiqətən, Allah Elçisi namazda salamdan sonra deyərdi: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz!””

Varrad
SəhihNəsəi, 1342 (Səhv, 164)

Fəsil 86

Peyğəmbər ﷺ bu zikri neçə dəfə deyərdi?

كَمْ مَرَّةً يَقُولُ ذَلِكَ ؟

أَخْبَرَنَا الْحَسَنُ بْنُ إِسْمَعِيلَ الْمُجَالِدِيُّ ، قَالَ : أَنْبَأَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا الْمُغِيرَةُ ، وَذَكَرَ آخَرَ (ح) وَأَنْبَأَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا غَيْرُ وَاحِدٍ ، مِنْهُمُ الْمُغِيرَةُ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ وَرَّادٍ ، كَاتِب الْمُغِيرَةِ ، أَنَّ مُعَاوِيَةَ ، كَتَبَ إِلَى الْمُغِيرَةِ ، أَنِ اكْتُبْ إِلَيَّ بِحَدِيثٍ سَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَكَتَبَ إِلَيْهِ الْمُغِيرَةُ : إِنِّي سَمِعْتُهُ يَقُولُ عِنْدَ انْصِرَافِهِ مِنَ الصَّلاَةِ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، ثَلاَثَ مَرَّاتٍ.

“Muğiranın katibi Vərrad ﵀ rəvayət edir ki, Muaviyə Muğiraya belə bir məktub yazmışdı: “Mənə Allah Elçisindən ﷺ eşitdiyin bir hədis yaz”. Muğira da ona cavabında belə yazdı: “Mən Allah Elçisinin ﷺ namazı bitirdikdən sonra üç dəfə belə dediyini eşitdim: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur, O, təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O, hər şeyə Qadirdir!””

Vərrad
ZəifNəsəi, 1343 (Səhv, 165)

Fəsil 87

Namazda salam verdikdən sonra edilən başqa bir zikr

نَوْعٌ آخَرُ مِنَ الذِّكْرِ بَعْدَ التَّسْلِيمِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ الصَّاغَانِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو سَلَمَةَ الْخُزَاعِيُّ مَنْصُورُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا خَلاَّدُ بْنُ سُلَيْمَانَ ، قَالَ أَبُو سَلَمَةَ وَكَانَ مِنَ الْخَائِفِينَ ، عَنْ خَالِدِ بْنِ أَبِي عِمْرَانَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا جَلَسَ مَجْلِسًا أَوْ صَلَّى تَكَلَّمَ بِكَلِمَاتٍ ، فَسَأَلَتْهُ عَائِشَةُ عَنِ الْكَلِمَاتِ ، فَقَالَ : إِنْ تَكَلَّمَ بِخَيْرٍ كَانَ طَابِعًا عَلَيْهِنَّ إِلَى يَوْمِ الْقِيَامَةِ ، وَإِنْ تَكَلَّمَ بِغَيْرِ ذَلِكَ كَانَ كَفَّارَةً لَهُ سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ ، أَسْتَغْفِرُكَ وَأَتُوبُ إِلَيْكَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ bir məclisdə oturduqda və ya namaz qıldıqda bəzi kəlmələr deyərdi. Aişə Allah Elçisindən ﷺ bu haqda soruşduqda, o dedi: “Əgər bu kəlmələri bir xeyir etdikdən sonra desən, bu xeyir Qiyamət gününə qədər yazılar. Xeyir olmayan bir əməldən sonra desən, sənin üçün kəffarə olar. (Bu kəlmələr:) Allahım, Sən pak və müqəddəssən! Sənə həmd olsun! Səndən bağışlanma diləyir, Sənə tövbə edirəm!””

Aişə
SəhihNəsəi, 1344 (Səhv, 166)

Fəsil 88

Namazda salam verdikdən sonra edilən zikr və dua

نَوْعٌ آخَرُ مِنَ الذِّكْرِ وَالدُّعَاءِ بَعْدَ التَّسْلِيمِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا قُدَامَةُ ، عَنْ جَسْرَةَ ، قَالَتْ : حَدَّثَتْنِي عَائِشَةُ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ : دَخَلَتْ عَلَيَّ امْرَأَةٌ مِنَ الْيَهُودِ ، فَقَالَتْ : إِنَّ عَذَابَ الْقَبْرِ مِنَ الْبَوْلِ ، فَقُلْتُ : كَذَبْتِ ، فَقَالَتْ : بَلَى ، إِنَّا لَنَقْرِضُ مِنْهُ الْجِلْدَ وَالثَّوْبَ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّلاَةِ وَقَدِ ارْتَفَعَتْ أَصْوَاتُنَا ، فَقَالَ : مَا هَذَا ؟ فَأَخْبَرْتُهُ بِمَا قَالَتْ ، فَقَالَ : صَدَقَتْ ، فَمَا صَلَّى بَعْدَ يَوْمِئِذٍ صَلاَةً إِلاَّ قَالَ فِي دُبُرِ الصَّلاَةِ : رَبَّ جِبْرِيلَ وَمِيكَائِيلَ وَإِسْرَافِيلَ أَعِذْنِي مِنْ حَرِّ النَّارِ ، وَعَذَابِ الْقَبْرِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Yəhudi bir qadın yanıma gəlib belə dedi: “Həqiqətən, sidikdən təmizlənməməyə görə qəbir əzabı var”. Mən dedim: “Yalan deyirsən”. O dedi: “Xeyr, biz paltarımıza və dərimizə düşən sidik damcılarına görə o hissəni kəsərdik”. Allah Elçisi ﷺ namaz qılmaq üçün evdən çıxmışdı. Bizim səsimiz yüksəldikdə, Peyğəmbər ﷺ dedi: “Nə olub?” Onun dediklərini Peyğəmbərə ﷺ xəbər verdikdə, o dedi: “O, doğru söyləyir”. O gündən Peyğəmbər ﷺ hər namazın sonunda bu duanı deməyə başladı: “Cəbrailin, Mikailin və İsrafilin Rəbbi! Cəhənnəmin istisindən və qəbir əzabından Sənə sığınıram!””

Aişə
ZəifNəsəi, 1345 (Səhv, 167)

Fəsil 89

Namazı bitirdikdən sonra edilən başqa bir dua

نَوْعٌ آخَرُ مِنَ الدُّعَاءِ عِنْدَ الاِنْصِرَافِ مِنَ الصَّلاَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ سَوَّادِ بْنِ الأَسْوَدِ بْنِ عَمْرٍو ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي حَفْصُ بْنُ مَيْسَرَةَ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ عَطَاءِ بْنِ أَبِي مَرْوَانَ ، عَنْ أَبِيهِ ، أَنَّ كَعْبًا حَلَفَ لَهُ بِاللَّهِ الَّذِي فَلَقَ الْبَحْرَ لِمُوسَى إِنَّا لَنَجِدُ فِي التَّوْرَاةِ : أَنَّ دَاوُدَ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ إِذَا انْصَرَفَ مِنْ صَلاَتِهِ قَالَ : اللَّهُمَّ أَصْلِحْ لِي دِينِي الَّذِي جَعَلْتَهُ لِي عِصْمَةً ، وَأَصْلِحْ لِي دُنْيَايَ الَّتِي جَعَلْتَ فِيهَا مَعَاشِي ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ ، وَأَعُوذُ بِعَفْوِكَ مِنْ نِقْمَتِكَ ، وَأَعُوذُ بِكَ مِنْكَ ، لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ ، وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ ، وَلاَ يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ ، قَالَ : وَحَدَّثَنِي كَعْبٌ ، أَنَّ صُهَيْبًا حَدَّثَهُ ، أَنَّ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُهُنَّ عِنْدَ انْصِرَافِهِ مِنْ صَلاَتِهِ.

“Əta ibn Mərvan atasının ﵀ belə dediyini rəvayət edir, Kəb and içərək ona belə dedi: “Musa üçün dənizi yaran Allaha and olsun ki, biz Tövratda Allahın Peyğəmbəri Davudun ﷺ namazı bitirdikdə belə deməsini tapmışıq: “Allahım, mənim dinimi islah et, yaşayışım olan dünyamı yoluna qoy! Sənin qəzəbindən Sənin razılığına sığınıram! Sənin cəzandan Sənin əfvinə sığınıram! Səndən Sənə sığınıram! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək bir kəs yoxdur! Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz!” Bunu mənə Kəb danışdı. Ona da Suheyb belə demişdir: “Həqiqətən, Muhəmməd ﷺ namazı bitirdikdən sonra bu sözləri deyərdi”.”

Əta ibn Mərvan atasından
ZəifNəsəi, 1346 (Səhv, 168)

Fəsil 90

Namazdan sonra Allaha sığınmaq

بَابُ التَّعَوُّذِ فِي دُبُرِ الصَّلاَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُثْمَانَ الشَّحَّامِ ، عَنْ مُسْلِمِ بْنِ أَبِي بَكْرَةَ ، قَالَ : كَانَ أَبِي يَقُولُ فِي دُبُرِ الصَّلاَةِ : اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْكُفْرِ وَالْفَقْرِ ، وَعَذَابِ الْقَبْرِ ، فَكُنْتُ أَقُولُهُنَّ ، فَقَالَ أَبِي : أَيْ بُنَيَّ ، عَمَّنْ أَخَذْتَ هَذَا ؟ قُلْتُ عَنْكَ ، قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُهُنَّ فِي دُبُرِ الصَّلاَةِ.

“Rəvayət edilir ki, Muslim ibn Əbu Bəkra ﵀ demişdir: “Atam namazın sonunda (və ya sonra) deyərdi: “Allahım, küfrdən, kasıblıqdan və qəbir əzabından Sənə sığınıram!” Mən də bunları deyirdim. Atam dedi: “Ey oğlum, bu duanı kimdən öyrənmisən?” Mən: “Səndən”- dedikdə, o dedi: “Həqiqətən, Allah Elçisi ﷺ bu sözləri namazdan sonra deyərdi”.”

Muslim ibn Əbu Bəkra
SəhihNəsəi, 1347 (Səhv, 169)

Fəsil 91

Namazda salam verdikdən sonra təsbihlərin sayı

عَدَدُ التَّسْبِيحِ بَعْدَ التَّسْلِيمِ

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَلَّتَانِ لاَ يُحْصِيهِمَا رَجُلٌ مُسْلِمٌ إِلاَّ دَخَلَ الْجَنَّةَ ، وَهُمَا يَسِيرٌ ، وَمَنْ يَعْمَلُ بِهِمَا قَلِيلٌ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الصَّلَوَاتُ الْخَمْسُ ، يُسَبِّحُ أَحَدُكُمْ فِي دُبُرِ كُلِّ صَلاَةٍ عَشْرًا ، وَيَحْمَدُ عَشْرًا ، وَيُكَبِّرُ عَشْرًا ، فَهِيَ خَمْسُونَ وَمِائَةٌ فِي اللِّسَانِ ، وَأَلْفٌ وَخَمْسُ مِئَةٍ فِي الْمِيزَانِ ، وَأَنَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعْقِدُهُنَّ بِيَدِهِ ، وَإِذَا أَوَى أَحَدُكُمْ إِلَى فِرَاشِهِ أَوْ مَضْجَعِهِ سَبَّحَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَحَمِدَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَكَبَّرَ أَرْبَعًا وَثَلاَثِينَ ، فَهِيَ مِئَةٌ عَلَى اللِّسَانِ ، وَأَلْفٌ فِي الْمِيزَانِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَيُّكُمْ يَعْمَلُ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ أَلْفَيْنِ وَخَمْسَ مِئَةِ سَيِّئَةٍ ؟ قِيلَ : يَا رَسُولَ اللهِ ، وَكَيْفَ لاَ نُحْصِيهِمَا ؟ فَقَالَ : إِنَّ الشَّيْطَانَ يَأْتِي أَحَدَكُمْ وَهُوَ فِي صَلاَتِهِ ، فَيَقُولُ : اذْكُرْ كَذَا ، اذْكُرْ كَذَا ، وَيَأْتِيهِ عِنْدَ مَنَامِهِ فَيُنِيمُهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İki xislət var ki, onlara əməl edən müsəlman mütləq Cənnətə girər. Bu iki şey çox asan şeylərdir, lakin onlara əməl edən çox azdır”. Sonra Allah Elçisi ﷺ sözünə davam edərək buyurdu: “Sizdən biriniz beş namazın ardı ilə on dəfə təsbih (Subhən-Allah), on dəfə təhmid (Əlhəmdulilləh) və on dəfə təkbir (Allahu Əkbər) deyərsə, bu deyilənlər dildə yüz əllidir, tərəzidə isə min beş yüzdür”. Mən Allah Elçisinin ﷺ bunları barmaqları ilə saydığını gördüm. Sonra Allah Elçisi ﷺ dedi: “Sizdən biriniz yatağına girdiyi zaman (otuz üç dəfə) “Subhən-Allah”, (otuz üç dəfə) “Əlhəmdulilləh” və (otuz dörd dəfə) “Allahu Əkbər” desin. Bu deyilənlər dildə yüzdür, tərəzidə isə mindir”. Allah Elçisi ﷺ buyurdu: “Elə isə sizdən hansı biriniz gecə-gündüz iki min beş yüz günah iş görür?” Səhabələrdən biri dedi: “Ey Allahın Elçisi! Necə ola bilər ki, biz onu qorumayaq?” O dedi: “Sizdən biriniz namaz qılarkən şeytan gəlib ona deyir: “Filan və filan işi xatırla”. O da bunları zikr etməz. Şeytan biriniz yatarkən yanına gəlib təsbih etmədən yatızdırır. Həmçinin namazında gəlib təsbih etmədən əvvəl bir ehtiyacını xatırladır”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 1348 (Səhv, 170)

Fəsil 92

Təsbihləri saymağın başqa növü

نَوْعٌ آخَرُ مِنْ عَدَدِ التَّسْبِيحِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ سَمُرَةَ ، عَنْ أَسْبَاطٍ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ قَيْسٍ ، عَنِ الْحَكَمِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مُعَقِّبَاتٌ لاَ يَخِيبُ قَائِلُهُنَّ : يُسَبِّحُ اللَّهَ فِي دُبُرِ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ ، وَيَحْمَدُهُ ثَلاَثًا وَثَلاَثِينَ ، وَيُكَبِّرُهُ أَرْبَعًا وَثَلاَثِينَ.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bir-birinin ardı ilə gələn kəlmələri deyənlər məhrum olmazlar. Bunlar hər namazdan sonra otuz üç dəfə subhən-Allah, otuz üç dəfə əlhəmulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir”.”

Kəb ibn Ucra
SəhihNəsəi, 1349 (Səhv, 171)

Fəsil 93

Təsbihləri saymağın başqa növü

نَوْعٌ آخَرُ مِنْ عَدَدِ التَّسْبِيحِ.

أَخْبَرَنَا مُوسَى بْنُ حِزَامٍ التِّرْمِذِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ ابْنِ إِدْرِيسَ ، عَنْ هِشَامِ بْنِ حَسَّانَ ، عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ ، عَنْ كَثِيرِ ابْنِ أَفْلَحَ ، عَنْ زَيْدِ بْنِ ثَابِتٍ ، قَالَ : أُمِرُوا أَنْ يُسَبِّحُوا دُبُرَ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ ، وَيَحْمَدُوا ثَلاَثًا وَثَلاَثِينَ ، وَيُكَبِّرُوا أَرْبَعًا وَثَلاَثِينَ ، فَأُتِيَ رَجُلٌ مِنَ الأَنْصَارِ فِي مَنَامِهِ ، فَقِيلَ لَهُ : أَمَرَكُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ تُسَبِّحُوا دُبُرَ كُلِّ صَلاَةٍ ثَلاَثًا وَثَلاَثِينَ ، وَتَحْمَدُوا ثَلاَثًا وَثَلاَثِينَ ، وَتُكَبِّرُوا أَرْبَعًا وَثَلاَثِينَ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَاجْعَلُوهَا خَمْسًا وَعِشْرِينَ ، وَاجْعَلُوا فِيهَا التَّهْلِيلَ ، فَلَمَّا أَصْبَحَ أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَذَكَرَ ذَلِكَ لَهُ ، فَقَالَ : اجْعَلُوهَا كَذَلِكَ.

“Rəvayət edilir ki, Zeyd ibn Sabit ﵁ demişdir: “Səhabələr hər namazın ardı ilə otuz üç dəfə təsbih (Subhən-Allah), otuz üç dəfə təhmid (Əlhəmdulilləh) və otuz dörd dəfə təkbir (Allahu Əkbər) etməklə əmr olundular. Ənsardan olan bir kişi yuxuda ona belə deyildiyini gördü: “Sizə otuz üç dəfə təsbih (Subhən-Allah), otuz üç dəfə təhmid (Əlhəmdulilləh) və otuz dörd dəfə təkbir (Allahu Əkbər) etmək əmr olunubmu?” Kişi: “Bəli”- dedi. Adam ona dedi: “Bunları iyirmi beş dəfə edin və buna təhlili (Lə iləhə illəllah) də əlavə edin!” Səhər açıldıqda, o, bunu Peyğəmbərə ﷺ danışdı. Peyğəmbər ﷺ də buyurdu: “Belə də edin!””

Zeyd ibn Sabit
SəhihNəsəi, 1350 (Səhv, 172)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ عَبْدِ الْكَرِيمِ أَبُو زُرْعَةَ الرَّازِيُّ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ يُونُسَ ، قَالَ : حَدَّثَنِي عَلِيُّ بْنُ الْفُضَيْلِ بْنِ عِيَاضٍ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ أَبِي رَوَّادٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَجُلاً رَأَى فِيمَا يَرَى النَّائِمُ ، قِيلَ لَهُ : بِأَيِّ شَيْءٍ أَمَرَكُمْ نَبِيُّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : أَمَرَنَا أَنْ نُسَبِّحَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَنَحْمَدَ ثَلاَثًا وَثَلاَثِينَ ، وَنُكَبِّرَ أَرْبَعًا وَثَلاَثِينَ ، فَتِلْكَ مِئَةٌ ، قَالَ : سَبِّحُوا خَمْسًا وَعِشْرِينَ ، وَاحْمَدُوا خَمْسًا وَعِشْرِينَ ، وَكَبِّرُوا خَمْسًا وَعِشْرِينَ ، وَهَلِّلُوا خَمْسًا وَعِشْرِينَ ، فَتِلْكَ مِئَةٌ ، فَلَمَّا أَصْبَحَ ذَكَرَ ذَلِكَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : افْعَلُوا كَمَا قَالَ الأَنْصَارِيُّ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir kişiyə yuxuda belə deyildi: “Peyğəmbəriniz sizə nəyi əmr etdi?” O da belə cavab verdi: “Otuz üç dəfə təsbih (Subhən-Allah), otuz üç dəfə təhmid (Əlhəmdulilləh) və otuz dörd dəfə təkbir (Allahu Əkbər) deməyimizi əmr etdi. Bununla sayı yüz olur”. Adam dedi: “İyirmi beş dəfə təsbih (Subhən-Allah), iyirmi beş dəfə təhmid (Əlhəmdulilləh), iyirmi beş dəfə təkbir “Allahu Əkbər”, iyirmi beş dəfə də təhlili (Lə iləhə illəllah) deyin ki, yüz olsun!” Səhər açıldıqda, o, bunu Peyğəmbərə ﷺ danışdı. Allah Elçisi ﷺ də belə buyurdu: “Ənsarın dediyi kimi edin!””

İbn Ömər
SəhihNəsəi, 1351 (Səhv, 173)

Fəsil 94

Təsbihləri saymağın başqa növü

نَوْعٌ آخَرُ مِنْ عَدَدِ التَّسْبِيحِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، مَوْلَى آلِ طَلْحَةَ ، قَالَ : سَمِعْتُ كُرَيْبًا ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ جُوَيْرِيَةَ بِنْتِ الْحَارِثِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ عَلَيْهَا وَهِيَ فِي الْمَسْجِدِ تَدْعُو ، ثُمَّ مَرَّ بِهَا قَرِيبًا مِنْ نِصْفِ النَّهَارِ ، فَقَالَ لَهَا : مَا زِلْتِ عَلَى حَالِكِ ؟ قَالَتْ : نَعَمْ ، قَالَ : أَلاَ أُعَلِّمُكِ ـ يَعْنِي ـ كَلِمَاتٍ تَقُولِينَهُنَّ : سُبْحَانَ اللهِ عَدَدَ خَلْقِهِ ، سُبْحَانَ اللهِ عَدَدَ خَلْقِهِ ، سُبْحَانَ اللهِ عَدَدَ خَلْقِهِ ، سُبْحَانَ اللهِ رِضَا نَفْسِهِ ، سُبْحَانَ اللهِ رِضَا نَفْسِهِ ، سُبْحَانَ اللهِ رِضَا نَفْسِهِ ، سُبْحَانَ اللهِ زِنَةَ عَرْشِهِ ، سُبْحَانَ اللهِ زِنَةَ عَرْشِهِ ، سُبْحَانَ اللهِ زِنَةَ عَرْشِهِ ، سُبْحَانَ اللهِ مِدَادَ كَلِمَاتِهِ ، سُبْحَانَ اللهِ مِدَادَ كَلِمَاتِهِ ، سُبْحَانَ اللهِ مِدَادَ كَلِمَاتِهِ.

“Rəvayət edilir ki, Cuveyriyyə bint əl-Haris ﵂ məsciddə dua edərkən Peyğəmbər ﷺ onunla rastlaşdı. Peyğəmbər ﷺ günorta qayıtdıqda Cuveyriyyəyə dedi: “Sən indiyə qədər bu vəziyyətdə oturmusan?” O: “Bəli” dedi. Peyğəmbər ﷺ buyurdu: “Sənə deyəcəyin kəlmələr öyrədimmi?! “Yaratdıqlarının sayı qədər həmd edərək Allaha təriflər deyirik! Yaratdıqlarının sayı qədər həmd edərək Allaha təriflər deyirik! Yaratdıqlarının sayı qədər həmd edərək Allaha təriflər deyirik! Özünün razı olduğu qədər həmd edərək Allaha təriflər deyirik! Özünün razı olduğu qədər həmd edərək Allaha təriflər deyirik! Özünün razı olduğu qədər həmd edərək Allaha təriflər deyirik! Ərşinin ağırlığı qədər həmd edərək Allaha təriflər deyirik! Ərşinin ağırlığı qədər həmd edərək Allaha təriflər deyirik! Ərşinin ağırlığı qədər həmd edərək Allaha təriflər deyirik! Kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik! Kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik! Kəlmələrinin çoxluğu qədər həmd edərək Allaha təriflər deyirik!””

Cuveyriyyə bint əl-Haris
SəhihNəsəi, 1352 (Səhv, 174)

Fəsil 95

Təsbihləri saymağın başqa növü

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَتَّابٌ هُوَ ابْنُ بَشِيرٍ ، عَنْ خُصَيْفٍ ، عَنْ عِكْرِمَةَ ، وَمُجَاهِدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : جَاءَ الْفُقَرَاءُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، إِنَّ الأَغْنِيَاءَ يُصَلُّونَ كَمَا نُصَلِّي ، وَيَصُومُونَ كَمَا نَصُومُ ، وَلَهُمْ أَمْوَالٌ يَتَصَدَّقُونَ وَيُنْفِقُونَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا صَلَّيْتُمْ فَقُولُوا : سُبْحَانَ اللهِ ثَلاَثًا وَثَلاَثِينَ ، وَالْحَمْدُ لِلَّهِ ثَلاَثًا وَثَلاَثِينَ ، وَاللَّهُ أَكْبَرُ ثَلاَثًا وَثَلاَثِينَ ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ عَشْرًا ، فَإِنَّكُمْ تُدْرِكُونَ بِذَلِكَ مَنْ سَبَقَكُمْ ، وَتَسْبِقُونَ مَنْ بَعْدَكُمْ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Kasıblar Allah Elçisinin ﷺ yanına gəlib dedilər: “Ey Allahın Elçisi! Varlılar da bizim kimi namaz qılır, bizim kimi oruc tuturlar, lakin onların mal-dövlətləri də var və (ondan) sədəqə verirlər və (Allah yolunda) xərcləyirlər”. Allah Elçisi ﷺ dedi: “Namaz qıldıqda otuz üç dəfə “Subhən-Allah”, otuz üç dəfə “Əlhəmdulilləh”, otuz üç dəfə “Allahu Əkbər” və on dəfə “Lə iləhə illəllah” deyin! Bununla həm savab qazanmaq cəhətdən sizdən qabaqda olanlara çatar, həm də sizdən sonrakıları keçərsiniz”.”

İbn Abbas
ZəifNəsəi, 1353 (Səhv, 175)

Fəsil 96

Namazdan sonra ediləcək başqa bir dua

نَوْعٌ آخَرُ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَفْصِ بْنِ عَبْدِ اللهِ النَّيْسَابُورِيُّ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي إِبْرَاهِيمُ ، يَعْنِي ابْنَ طَهْمَانَ ، عَنِ الْحَجَّاجِ بْنِ الْحَجَّاجِ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ أَبِي عَلْقَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ سَبَّحَ فِي دُبُرِ صَلاَةِ الْغَدَاةِ مِئَةَ تَسْبِيحَةٍ ، وَهَلَّلَ مِئَةَ تَهْلِيلَةٍ ، غُفِرَتْ لَهُ ذُنُوبُهُ ، وَلَوْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Sübh namazından sonra yüz dəfə “Subhən-Allah” və yüz dəfə “Lə iləhə illəllah” deyərsə, dənizdə olan köpüklər qədər olsa belə, günahları bağışlanar”.”

Əbu Hureyra
SəhihNəsəi, 1354 (Səhv, 176)

Fəsil 97

Təsbihləri saymaq

بَابُ عَقْدِ التَّسْبِيحِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، وَالْحُسَيْنُ بْنُ مُحَمَّدٍ الذَّارِعُ ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا عَثَّامُ بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعْقِدُ التَّسْبِيحَ.

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ təsbih etmək üçün barmaqlarını bükdüyünü gördüm”.”

Abdullah ibn Amr
SəhihNəsəi, 1355 (Səhv, 177)

Fəsil 98

Namazı bitirib salam verdikdən sonra alında olan torpağı silməmək

بَابُ تَرْكِ مَسْحِ الْجَبْهَةِ بَعْدَ التَّسْلِيمِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا بَكْرٌ وَهُوَ ابْنُ مُضَرَ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُجَاوِرُ فِي الْعَشْرِ الَّذِي فِي وَسَطِ الشَّهْرِ ، فَإِذَا كَانَ مِنْ حِينِ يَمْضِي عِشْرُونَ لَيْلَةً وَيَسْتَقْبِلُ إِحْدَى وَعِشْرِينَ يَرْجِعُ إِلَى مَسْكَنِهِ ، وَيَرْجِعُ مَنْ كَانَ يُجَاوِرُ مَعَهُ ، ثُمَّ إِنَّهُ أَقَامَ فِي شَهْرٍ جَاوَرَ فِيهِ تِلْكَ اللَّيْلَةَ الَّتِي كَانَ يَرْجِعُ فِيهَا ، فَخَطَبَ النَّاسَ ، فَأَمَرَهُمْ بِمَا شَاءَ اللَّهُ ثُمَّ قَالَ : إِنِّي كُنْتُ أُجَاوِرُ هَذِهِ الْعَشْرَ ، ثُمَّ بَدَا لِي أَنْ أُجَاوِرَ هَذِهِ الْعَشْرَ الأَوَاخِرَ ، فَمَنْ كَانَ اعْتَكَفَ مَعِي ، فَلْيَثْبُتْ فِي مُعْتَكَفِهِ ، وَقَدْ رَأَيْتُ هَذِهِ اللَّيْلَةَ فَأُنْسِيتُهَا ، فَالْتَمِسُوهَا فِي الْعَشْرِ الأَوَاخِرِ فِي كُلِّ وَتْرٍ ، وَقَدْ رَأَيْتُنِي أَسْجُدُ فِي مَاءٍ وَطِينٍ ، قَالَ أَبُو سَعِيدٍ : مُطِرْنَا لَيْلَةَ إِحْدَى وَعِشْرِينَ ، فَوَكَفَ الْمَسْجِدُ فِي مُصَلَّى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَنَظَرْتُ إِلَيْهِ وَقَدِ انْصَرَفَ مِنْ صَلاَةِ الصُّبْحِ ، وَوَجْهُهُ مُبْتَلٌّ طِينًا وَمَاءً.

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ Ramazan ayının ortasında etikaf edərdi. İyirminci gecəni məsciddə keçirər, iyirmi birinci gün evinə qayıdardı. Onunla birlikdə etikaf edənlər də belə edərdilər. Sonra o, evinə qayıtdığı gecə qalxıb insanlara xütbə verdi və Allahın ona əmr etdiklərini insanlara xəbər verərək dedi: “Mən (Ramazan ayının) orta on günündə etikaf edirdim. Sonra mənə bildirildi ki, etikafı axırıncı on gündə edim. Mənimlə birlikdə etikaf edənlər öz etikaflarında qalsınlar. Mən bunu gecə (Qədr gecəsinin hansı gündə olduğunu yuxuda) gördüm, lakin bu mənə unutduruldu. Onu axırıncı on günün tək günlərində axtarın. Mən (yuxuda) su və palçıq üzərinə səcdə etdiyimi görmüşəm”. Əbu Səid deyir: “İyirmi birinci gecə yağış yağdı. Allah Elçisinin ﷺ məscidində namaz qıldığı yerə su yığılmışdı. Allah Elçisi ﷺ namazı bitirdikdən sonra onun üzünə diqqət etdim, onun alnı palçıq və suya bulaşmışdı”.”

Əbu Səid əl-Xudri
SəhihNəsəi, 1356 (Səhv, 178)

Fəsil 99

İmamın namazda salam verdikdən sonra namazgahında oturması

بَابُ قُعُودِ الإِمَامِ فِي مُصَلاَّهُ بَعْدَ التَّسْلِيمِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ سِمَاكٍ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى الْفَجْرَ قَعَدَ فِي مُصَلاَّهُ حَتَّى تَطْلُعَ الشَّمْسُ.

“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ Sübh namazını qıldıqdan sonra günəş çıxana qədər namaz qıldığı yerdə oturardı”.”

Cabir ibn Səmura
SəhihNəsəi, 1357 (Səhv, 179)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، وَذَكَرَ آخَرَ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، قَالَ : قُلْتُ لِجَابِرِ بْنِ سَمُرَةَ : كُنْتَ تُجَالِسُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : نَعَمْ ، كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا صَلَّى الْفَجْرَ جَلَسَ فِي مُصَلاَّهُ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، فَيَتَحَدَّثُ أَصْحَابُهُ يَذْكُرُونَ حَدِيثَ الْجَاهِلِيَّةِ ، وَيُنْشِدُونَ الشِّعْرَ وَيَضْحَكُونَ ، وَيَتَبَسَّمُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Səmmək ibn Hərb ﵀ demişdir: “Mən Cabir ibn Səmuraya dedim: “Sən Allah Elçisi ﷺ ilə birlikdə məclisdə olmusanmı?” O dedi: “Bəli. Allah Elçisi ﷺ Sübh namazını qıldıqdan sonra günəş çıxana qədər namaz qıldığı yerdə oturardı. Səhabələri ilə söhbət edər, səhabələri də cahillikdə olan hadisələr haqda söhbət edər və şeirlər deyərək gülərdilər. Allah Elçisi ﷺ də təbəssüm edərdi”.”

Səmmək ibn Hərb
SəhihNəsəi, 1358 (Səhv, 180)

Fəsil 100

Namazdan sonra arxaya çevrilmək

بَابُ الاِنْصِرَافِ مِنَ الصَّلاَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا أَبُو عَوَانَةَ ، عَنِ السُّدِّيِّ ، قَالَ : سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ ، كَيْفَ أَنْصَرِفُ إِذَا صَلَّيْتُ عَنْ يَمِينِي ، أَوْ عَنْ يَسَارِي ؟ قَالَ : أَمَّا أَنَا فَأَكْثَرُ مَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَنْصَرِفُ عَنْ يَمِينِهِ.

“Rəvayət edilir ki, əs-Suddi ﵀ demişdir: “Namazdan sonra hansı tərəfə - sağa, yoxsa sol tərəfə çevrilmək barəsində Ənəs ibn Malikdən soruşdum. O dedi: “Mən Allah Elçisinin ﷺ arxadakılara doğru çox vaxt sağ tərəfindən çevrildiyini görmüşəm”.”

əs-Suddi
SəhihNəsəi, 1359 (Səhv, 181)

أَخْبَرَنَا أَبُو حَفْصٍ عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عُمَارَةَ ، عَنِ الأَسْوَدِ ، قَالَ : قَالَ عَبْدُ اللهِ : لاَ يَجْعَلَنَّ أَحَدُكُمْ لِلشَّيْطَانِ مِنْ نَفْسِهِ جُزْءًا ، يَرَى أَنَّ حَتْمًا عَلَيْهِ أَنْ لاَ يَنْصَرِفَ إِلاَّ عَنْ يَمِينِهِ ، لَقَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَكْثَرَ انْصِرَافِهِ عَنْ يَسَارِهِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Sizdən heç kim “Namaz bitdikdə sağ tərəfdən dönmək vacibdir”- deyə nəfsində şeytana yer qoymasın, çünki mən Allah Elçisinin ﷺ namazdan sonra çox vaxt sol tərəfdən çevrildiyini görmüşəm”.”

Abdullah
SəhihNəsəi, 1360 (Səhv, 182)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا بَقِيَّةُ ، قَالَ : حَدَّثَنَا الزُّبَيْدِيُّ ، أَنَّ مَكْحُولاً حَدَّثَهُ ، أَنَّ مَسْرُوقَ بْنَ الأَجْدَعِ حَدَّثَهُ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَشْرَبُ قَائِمًا وَقَاعِدًا ، وَيُصَلِّي حَافِيًا وَمُنْتَعِلاً ، وَيَنْصَرِفُ عَنْ يَمِينِهِ وَعَنْ شِمَالِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ ayaq üstə də, oturduğu halda da su içdiyini, ayaqyalın və ayaqqabı ilə də namaz qıldığını, (namazdan sonra) arxadakılara doğru sağ tərəfdən də, sol tərəfdən də çevrildiyini görmüşəm”.”

Aişə
SəhihNəsəi, 1361 (Səhv, 183)

Fəsil 101

Qadınlar namaz qıldıqdan sonra məsciddən nə vaxt çıxırlar?

بَابُ الْوَقْتِ الَّذِي يَنْصَرِفُ فِيهِ النِّسَاءُ مِنَ الصَّلاَةِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ خَشْرَمٍ ، قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَ النِّسَاءُ يُصَلِّينَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْفَجْرَ ، فَكَانَ إِذَا سَلَّمَ انْصَرَفْنَ مُتَلَفِّعَاتٍ بِمُرُوطِهِنَّ ، فَلاَ يُعْرَفْنَ مِنَ الْغَلَسِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Qadınlar Allah Elçisi ﷺ ilə birlikdə Sübh namazını qılar, namazda salam verdikdən sonra geyimlərinə bürünərək məsciddən çıxardılar. Hava qaranlıq olduğu üçün onlar tanınmazdılar”.”

Aişə
SəhihNəsəi, 1362 (Səhv, 184)

Fəsil 102

Namazda imamı qabaqlamağın qadağan olması

بَابُ النَّهْيِ عَنْ مُبَادَرَةِ الإِمَامِ بِالاِنْصِرَافِ مِنَ الصَّلاَةِ

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ مُسْهِرٍ ، عَنِ الْمُخْتَارِ ابْنِ فُلْفُلٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : صَلَّى بِنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ ، ثُمَّ أَقْبَلَ عَلَيْنَا بِوَجْهِهِ فَقَالَ : إِنِّي إِمَامُكُمْ ، فَلاَ تُبَادِرُونِي بِالرُّكُوعِ وَلاَ بِالسُّجُودِ ، وَلاَ بِالْقِيَامِ وَلاَ بِالاِنْصِرَافِ ، فَإِنِّي أَرَاكُمْ مِنْ أَمَامِي وَمِنْ خَلْفِي ، ثُمَّ قَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَوْ رَأَيْتُمْ مَا رَأَيْتُ لَضَحِكْتُمْ قَلِيلاً وَلَبَكَيْتُمْ كَثِيرًا قُلْنَا : مَا رَأَيْتَ يَا رَسُولَ اللهِ ؟ قَالَ : رَأَيْتُ الْجَنَّةَ وَالنَّارَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Bir gün Allah Elçisi ﷺ bizə namaz qıldırdı. Sonra üzünü bizə tərəf çevirib dedi: “Həqiqətən, mən sizin imamınızam. Məni ruku və səcdə etməkdə, qiyama qalxmaqda və namazı məndən öncə bitirməkdə qabaqlamayın! Mən önümdə və arxamda olanları görürəm”. Sonra dedi: “Canım Əlində Olana and olsun! Mənim gördüyümü görsəydiniz, az gülüb çox ağlayardınız”. Biz dedik: “Sən nə görmüsən, ey Allahın Elçisi?” O dedi: “Mən Cənnəti və Cəhənnəmi görmüşəm”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 1363 (Səhv, 185)

Fəsil 103

İmam namazı bitirənə qədər onunla namaz qılmağın savabı

بَابُ ثَوَابِ مَنْ صَلَّى مَعَ الإِمَامِ حَتَّى يَنْصَرِفَ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ وَهُوَ ابْنُ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ بْنُ أَبِي هِنْدٍ ، عَنِ الْوَلِيدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ جُبَيْرِ بْنِ نُفَيْرٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : صُمْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَمَضَانَ فَلَمْ يَقُمْ بِنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى بَقِيَ سَبْعٌ مِنَ الشَّهْرِ ، فَقَامَ بِنَا حَتَّى ذَهَبَ نَحْوٌ مِنْ ثُلُثِ اللَّيْلِ ، ثُمَّ كَانَتْ سَادِسَةٌ فَلَمْ يَقُمْ بِنَا ، فَلَمَّا كَانَتِ الْخَامِسَةُ قَامَ بِنَا حَتَّى ذَهَبَ نَحْوٌ مِنْ شَطْرِ اللَّيْلِ ، قُلْنَا : يَا رَسُولَ اللهِ ، لَوْ نَفَلْتَنَا قِيَامَ هَذِهِ اللَّيْلَةِ ، قَالَ : إِنَّ الرَّجُلَ إِذَا صَلَّى مَعَ الإِمَامِ حَتَّى يَنْصَرِفَ حُسِبَ لَهُ قِيَامُ لَيْلَةٍ ، قَالَ : ثُمَّ كَانَتِ الرَّابِعَةُ فَلَمْ يَقُمْ بِنَا ، فَلَمَّا بَقِيَ ثُلُثٌ مِنَ الشَّهْرِ أَرْسَلَ إِلَى بَنَاتِهِ وَنِسَائِهِ ، وَحَشَدَ النَّاسَ ، فَقَامَ بِنَا حَتَّى خَشِينَا أَنْ يَفُوتَنَا الْفَلاَحُ ، ثُمَّ لَمْ يَقُمْ بِنَا شَيْئًا مِنَ الشَّهْرِ ، قَالَ دَاوُدُ : قُلْتُ : مَا الْفَلاَحُ ؟ قَالَ : السُّحُورُ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Ramazan ayının orucunu tutduq. Ramazan ayının son yeddi günü qalana qədər bizimlə (təravih) namazını qılmadı. O, bizimlə gecənin ilk üçdəbiri keçdikdən sonra namaz qıldı. Sonra (ayın axırına) altı gün qaldıqda, yenə bizimlə (təravih) namazını qılmadı. Beş gün qaldıqda və gecənin yarısı keçdikdə, bizimlə (təravih) namazını qıldı. Biz dedik: “Ey Allahın Elçisi, əgər sən istəsəydin, biz bütün gecəni səninlə namaz qıla bilərdik”. O dedi: “Həqiqətən, kim imam namazı bitirənə kimi onunla birlikdə namaz qılarsa, onun üçün bütün gecəni namaz qılmış kimi yazılar”. Sonra dördüncü gecə bizimlə (təravih) namazını qılmadı. Ramazan ayının bitməsinə üç gecə qaldıqda, öz qızlarına və qadınlarına xəbər göndərdi və insanları toplayıb bizimlə (təravih) namazını qıldı. Namazda o qədər dayandıq ki, fələhə gecikməkdən qorxduq. Bundan sonra həmin ay bizimlə (təravih) namazını qılmadı”. Hədisin ravisi Davud dedi: “Fələh nədir?” O dedi: “Sahurdur”.”

Əbu Zərr
SəhihNəsəi, 1364 (Səhv, 186)

Fəsil 104

İmamın insanların çiyinləri arasından keçərək getməsinin icazəli olması

بَابُ الرُّخْصَةِ لِلإِمَامِ فِي تَخَطِّي رِقَابِ النَّاسِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ بَكَّارٍ الْحَرَّانِيُّ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ السَّرِيِّ ، عَنْ عُمَرَ بْنِ سَعِيدِ بْنِ أَبِي حُسَيْنٍ النَّوْفَلِيِّ ، عَنْ ابْنِ أَبِي مُلَيْكَةَ ، عَنْ عُقْبَةَ بْنِ الْحَارِثِ ، قَالَ : صَلَّيْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعَصْرَ بِالْمَدِينَةِ ، ثُمَّ انْصَرَفَ يَتَخَطَّى رِقَابَ النَّاسِ سَرِيعًا حَتَّى تَعَجَّبَ النَّاسُ لِسُرْعَتِهِ ، فَتَبِعَهُ بَعْضُ أَصْحَابِهِ ، فَدَخَلَ عَلَى بَعْضِ أَزْوَاجِهِ ، ثُمَّ خَرَجَ ، فَقَالَ : إِنِّي ذَكَرْتُ وَأَنَا فِي الْعَصْرِ شَيْئًا مِنْ تِبْرٍ كَانَ عِنْدَنَا ، فَكَرِهْتُ أَنْ يَبِيتَ عِنْدَنَا فَأَمَرْتُ بِقِسْمَتِهِ.

“Rəvayət edilir ki, Uqbə ibn əl-Haris ﵁ demişdir: “Mən Mədinədə Peyğəmbər ﷺ ilə Əsr namazını qıldım. Sonra o, insanların çiyinlərinin arasından sürətlə çıxıb getdi. Bəziləri onun sürətlə çıxıb getməsinə təəccüb etdilər. Bəzi səhabələr onun ardı ilə getdilər. O, zövcələrindən birinin evinə daxil oldu, sonra çıxıb dedi: “Namazda, evimdə (əmanət olaraq verilmiş) bir qədər qızılın olması yadıma düşdü. Mən istəmədim ki, o bizim yanımızda qalsın və əmr etdim ki, onu insanlar arasında bölüşdürsünlər”.”

Uqbə ibn əl-Haris
SəhihNəsəi, 1365 (Səhv, 187)

Fəsil 105

Bir kəsə “Namaz qılmısan?”- deyildikdə, onun “Xeyr!”- deməsi

بَابُ إِذَا قِيلَ لِلرَّجُلِ صَلَّيْتَ هَلْ يَقُولُ لاَ ؟

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالاَ : حَدَّثَنَا خَالِدٌ وَهُوَ ابْنُ الْحَارِثِ ، عَنْ هِشَامٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ أَبِي سَلَمَةَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ عُمَرَ بْنَ الْخَطَّابِ ، يَوْمَ الْخَنْدَقِ بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ جَعَلَ يَسُبُّ كُفَّارَ قُرَيْشٍ ، وَقَالَ : يَا رَسُولَ اللهِ ، مَا كِدْتُ أَنْ أُصَلِّيَ حَتَّى كَادَتِ الشَّمْسُ تَغْرُبُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فَوَاللَّهِ مَا صَلَّيْتُهَا ، فَنَزَلْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى بُطْحَانَ فَتَوَضَّأَ لِلصَّلاَةِ وَتَوَضَّأْنَا لَهَا ، فَصَلَّى الْعَصْرَ بَعْدَ مَا غَرَبَتِ الشَّمْسُ ، ثُمَّ صَلَّى بَعْدَهَا الْمَغْرِبَ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Ömər ibn əl-Xattab Xəndək döyüşündə Əsr namazını qıla bilmədiyinə görə günəş batdıqdan sonra Qureyş kafirlərini söyməyə başladı. O dedi: “Ey Allahın Elçisi, mən günəş batana qədər namazımı qıla bilmədim”. Allah Elçisi ﷺ dedi: “Allaha and olsun ki, mən də qıla bilməmişəm”. Biz Buthan deyilən yerə gəldik və Allah Elçisi ﷺ dəstəmaz aldı. Biz də dəstəmaz aldıq və günəş batdıqdan sonra Əsr namazını qıldıq. Ondan sonra da Məğrib namazını qıldıq”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 1366 (Səhv, 188)