Namazda əl ilə salamlaşmaq
أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْثَرٌ ، عَنِ الأَعْمَشِ ، عَنِ الْمُسَيَّبِ بْنِ رَافِعٍ ، عَنْ تَمِيمِ بْنِ طَرَفَةَ ، عَنْ جَابِرِ بْنِ سَمُرَةَ قَالَ : خَرَجَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَنَحْنُ رَافِعُو أَيْدِينَا فِي الصَّلاَةِ فَقَالَ : مَا بَالُهُمْ رَافِعِينَ أَيْدِيَهُمْ فِي الصَّلاَةِ كَأَنَّهَا أَذْنَابُ الْخَيْلِ الشُّمُسِ ، اسْكُنُوا فِي الصَّلاَةِ.
“Rəvayət edilir ki, Cabir ibn Səmura ﵁ demişdir: “Allah Elçisi ﷺ (məscidə birləşik olan evindən) bizim yanımıza çıxdı. Biz də namazda əllərimizi qaldırmışdıq. O dedi: “Onlara nə olub ki, əllərini tərpənən at quyruqları kimi göyə qaldırıblar?! Namazda sükunətdə olun!””
İstinad
Nəsəi, 1184 (Səhv, 6)
Sunən ən-Nəsəi — Səhv kitabı