Səhv kitabı

Namazda əlləri qaldırıb Allaha həmd və səna etmək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ وَهُوَ ابْنُ عُمَرَ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ : انْطَلَقَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصْلِحُ بَيْنَ بَنِي عَمْرِو بْنِ عَوْفٍ ، فَحَضَرَتِ الصَّلاَةُ ، فَجَاءَ الْمُؤَذِّنُ إِلَى أَبِي بَكْرٍ فَأَمَرَهُ أَنْ يَجْمَعَ النَّاسَ وَيَؤُمَّهُمْ ، فَجَاءَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَخَرَقَ الصُّفُوفَ حَتَّى قَامَ فِي الصَّفِّ الْمُقَدَّمِ ، وَصَفَّحَ النَّاسُ بِأَبِي بَكْرٍ لِيُؤْذِنُوهُ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَكَانَ أَبُو بَكْرٍ لاَ يَلْتَفِتُ فِي الصَّلاَةِ ، فَلَمَّا أَكْثَرُوا عَلِمَ أَنَّهُ قَدْ نَابَهُمْ شَيْءٌ فِي صَلاَتِهِمْ ، فَالْتَفَتَ فَإِذَا هُوَ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَوْمَأَ إِلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَيْ كَمَا أَنْتَ ، فَرَفَعَ أَبُو بَكْرٍ يَدَيْهِ فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ لِقَوْلِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ رَجَعَ الْقَهْقَرَى ، وَتَقَدَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَصَلَّى ، فَلَمَّا انْصَرَفَ قَالَ لأَبِي بَكْرٍ : مَا مَنَعَكَ إِذْ أَوْمَأْتُ إِلَيْكَ أَنْ تُصَلِّيَ ؟ فَقَالَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ : مَا كَانَ يَنْبَغِي لاِبْنِ أَبِي قُحَافَةَ أَنْ يَؤُمَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ قَالَ لِلنَّاسِ : مَا بَالُكُمْ صَفَّحْتُمْ ؟ إِنَّمَا التَّصْفِيحُ لِلنِّسَاءِ ، ثُمَّ قَالَ : إِذَا نَابَكُمْ شَيْءٌ فِي صَلاَتِكُمْ فَسَبِّحُوا.

“Rəvayət edilir ki, Səhl ibn Səd ﵁ demişdir: “Allah Elçisi ﷺ Bəni Amr və Bəni Auf arasında sülh yaratmaq üçün getmişdi. Bu əsnada artıq namazın vaxtı idi. Müəzzin Əbu Bəkrin yanına gəldi və ona insanları cəm edib onlara imamlıq etməyi dedi. Sonra Allah Elçisi ﷺ gəlib səfləri yararaq ilk səfə keçdi. İnsanlar Allah Elçisinin ﷺ gəldiyini Əbu Bəkrə bildirmək üçün əllərini bir-birinə vurmağa başladılar. Əbu Bəkr namazda heç nəyə fikir vermədi. İnsanlar əllərini bir-birinə vurmağı artırdıqda, Əbu Bəkr namazda onları nəyinsə narahat etdiyini başa düşdü. Çevrilib Allah Elçisini ﷺ gördü. Allah Elçisi ﷺ ona olduğu yerdə qalıb namazı davam etdirməyi işarə etdi. Əbu Bəkr Allah Elçisinin ﷺ bu sözünə görə əllərini qaldırıb Allaha həmd və səna etdi. Sonra geriyə çəkildi. Allah Elçisi ﷺ önə keçdi və insanlara namaz qıldırdı. Namazı bitirdikdən sonra Əbu Bəkrə dedi: “Mən sənə işarə etdikdə, insanlar üçün namaz qıldırmağa sənə nə mane oldu?” Əbu Bəkr ﵁ dedi: “İbn Əbu Quhafəyə Allah Elçisinin ﷺ önünə keçib ona imamlıq etmək yaraşmaz”. Sonra Allah Elçisi ﷺ insanlara dedi: “Sizə nə olub ki, əllərinizi bir-birinə vurursunuz? Həqiqətən, əlləri bir-birinə vurmaq qadınlar üçündür”. Sonra da buyurdu: “Sizi (camaat) namazında bir şey narahat etdikdə, Allahı təsbih edin (“Subhən-Allah” deyin)”.”

Səhl ibn Səd
Səhih

İstinad

Nəsəi, 1183 (Səhv, 5)

Sunən ən-Nəsəi — Səhv kitabı