Namaz qılanın namazda ən az edəcəyi şey
أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ دَاوُدَ بْنِ قَيْسٍ ، قَالَ : حَدَّثَنِي عَلِيُّ بْنُ يَحْيَى بْنِ خَلاَّدِ بْنِ رَافِعِ بْنِ مَالِكٍ الأَنْصَارِيُّ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ عَمٍّ لَهُ بَدْرِيٍّ ، قَالَ : كُنْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَالِسًا فِي الْمَسْجِدِ ، فَدَخَلَ رَجُلٌ فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَدْ كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْمُقُهُ فِي صَلاَتِهِ ، فَرَدَّ عَلَيْهِ السَّلاَمَ ، ثُمَّ قَالَ لَهُ : ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ ، فَرَجَعَ فَصَلَّى ، ثُمَّ جَاءَ فَسَلَّمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَدَّ عَلَيْهِ السَّلاَمَ ، ثُمَّ قَالَ : ارْجِعْ فَصَلِّ فَإِنَّكَ لَمْ تُصَلِّ ، حَتَّى كَانَ عِنْدَ الثَّالِثَةِ أَوِ الرَّابِعَةِ ، فَقَالَ : وَالَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ لَقَدْ جَهِدْتُ وَحَرَصْتُ فَأَرِنِي وَعَلِّمْنِي ، قَالَ : إِذَا أَرَدْتَ أَنْ تُصَلِّيَ فَتَوَضَّأْ فَأَحْسِنْ وُضُوءَكَ ، ثُمَّ اسْتَقْبِلِ الْقِبْلَةَ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ ، ثُمَّ ارْكَعْ حَتَّى تَطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ قَاعِدًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ ، فَإِذَا أَتْمَمْتَ صَلاَتَكَ عَلَى هَذَا فَقَدْ تَمَّتْ ، وَمَا انْتَقَصْتَ مِنْ هَذَا فَإِنَّمَا تَنْتَقِصُهُ مِنْ صَلاَتِكَ.
“Rəvayət edilir ki, Əli ibn Yəhyə ﵀ demişdir: “Atam Bədr əhli olan əmimin belə dediyini rəvayət etmişdir: “Bir dəfə mən Allah Elçisi ﷺ ilə məsciddə oturmuşdum. Bir kişi gəlib iki rükət namaz qıldı. Sonra gəlib Peyğəmbərə ﷺ salam verdi. O kişi namaz qılarkən Peyğəmbər ﷺ ona diqqət edirdi. Peyğəmbər onun salamını alıb ona belə buyurdu: “Qayıt, namaz qıl, çünki sən namaz qılmadın”. O, qayıdıb namaz qıldı, sonra da Peyğəmbərə ﷺ salam verdi. Peyğəmbər ﷺ onun salamını alıb dedi: “Qayıt, namaz qıl, çünki sən namaz qılmadın”. Bu hal üç və ya dörd dəfə təkrar olundu. O kişi dedi: “Sənə haqq Kitabı nazil edənə (Allaha) and olsun! Mən bacardığımı etdim, mənə namaz qılmağı göstər və öyrət”. Peyğəmbər ﷺ dedi: “Namaz qılmaq istədikdə, dəstəmaz al və bunu gözəl şəkildə et. Sonra qibləyə yönəl və təkbir et. Sonra (Qurandan) oxu, sonra ruku et və rukuda rahat ol. Sonra başını qaldır və qamətini düzəlt. Sonra səcdə et və səcdədə rahat ol. Sonra başını qaldır və rahat otur. Sonra səcdə et və səcdədə rahat ol. Sonra başını qaldır. Namazı bu cür qılsan, artıq namazı tamamlamış olarsan. Bundan nəyi əskiltsən, namazından əskiltmiş olarsan”.”
İstinad
Nəsəi, 1314 (Səhv, 136)
Sunən ən-Nəsəi — Səhv kitabı