Namaz qılanın namazda ən az edəcəyi şey
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ عَلِيٍّ وَهُوَ ابْنُ يَحْيَى ، عَنْ أَبِيهِ ، عَنْ عَمٍّ لَهُ بَدْرِيٍّ أَنَّهُ حَدَّثَهُ ، أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ فَصَلَّى وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَرْمُقُهُ ، وَنَحْنُ لاَ نَشْعُرُ ، فَلَمَّا فَرَغَ أَقْبَلَ فَسَلَّمَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : ارْجِعْ فَصَلِّ ، فَإِنَّكَ لَمْ تُصَلِّ ، فَرَجَعَ فَصَلَّى ، ثُمَّ أَقْبَلَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : ارْجِعْ فَصَلِّ ، فَإِنَّكَ لَمْ تُصَلِّ ، مَرَّتَيْنِ أَوْ ثَلاَثًا ، فَقَالَ لَهُ الرَّجُلُ : وَالَّذِي أَكْرَمَكَ يَا رَسُولَ اللهِ ، لَقَدْ جَهِدْتُ ، فَعَلِّمْنِي ، فَقَالَ : إِذَا قُمْتَ تُرِيدُ الصَّلاَةَ فَتَوَضَّأْ ، فَأَحْسِنْ وُضُوءَكَ ، ثُمَّ اسْتَقْبِلِ الْقِبْلَةَ فَكَبِّرْ ، ثُمَّ اقْرَأْ ، ثُمَّ ارْكَعْ فَاطْمَئِنَّ رَاكِعًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ حَتَّى تَطْمَئِنَّ قَاعِدًا ، ثُمَّ اسْجُدْ حَتَّى تَطْمَئِنَّ سَاجِدًا ، ثُمَّ ارْفَعْ ، ثُمَّ افْعَلْ كَذَلِكَ حَتَّى تَفْرُغَ مِنْ صَلاَتِكَ.
“Əli ibn Yəhyə atasının Bədr əhli olan əmisindən ﵄ belə dediyini rəvayət etmişdir: “Bir kişi məscidə gəlib namaz qıldı. Allah Elçisi ﷺ onun namazına diqqət edirdi, biz isə buna fikir vermirdik. O, namazı bitirdikdən sonra bizə tərəf çevrildi və Allah Elçisinə ﷺ salam verdi. Allah Elçisi ﷺ dedi: “Qayıt, namaz qıl, çünki sən namaz qılmadın”. O, qayıdıb namaz qıldı, sonra da Allah Elçisinə ﷺ tərəf çevrildi. Allah Elçisi ﷺ iki və ya üç dəfə dedi: “Qayıt, namaz qıl, çünki sən namaz qılmadın”. O kişi Allah Elçisinə ﷺ dedi: “Sənə nemətlər verənə (Allaha) and olsun, ey Allahın Elçisi! Mən bacardığımı etdim, məni öyrət”. Allah Elçisi ﷺ dedi: “Namaza durduqda, dəstəmaz al və bunu gözəl şəkildə et. Sonra qibləyə yönəl və təkbir et. Sonra (Qurandan) oxu, sonra ruku et və rukuda rahat ol. Sonra başını qaldır və qamətini düzəlt. Sonra səcdə et və səcdədə rahat ol. Sonra başını qaldır və rahat otur. Sonra səcdə et və səcdədə rahat ol. Sonra başını qaldır və namazı bitirənə qədər bu cür et”.”
İstinad
Nəsəi, 1313 (Səhv, 135)
Sunən ən-Nəsəi — Səhv kitabı