Səhv kitabı

Dördrükətli namazı beş rükət qılan nə etməlidir?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا مُفَضَّلُ بْنُ مُهَلْهَلٍ ، عَنِ الْحَسَنِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ سُوَيْدٍ ، قَالَ : صَلَّى عَلْقَمَةُ خَمْسًا ، فَقِيلَ لَهُ ، فَقَالَ : مَا فَعَلْتُ ، قُلْتُ بِرَأْسِي : بَلَى ، قَالَ : وَأَنْتَ يَا أَعْوَرُ ، فَقُلْتُ : نَعَمْ ، فَسَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ حَدَّثَنَا ، عَنْ عَبْدِ اللهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ صَلَّى خَمْسًا فَوَشْوَشَ الْقَوْمُ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَقَالُوا لَهُ : أَزِيدَ فِي الصَّلاَةِ ؟ قَالَ : لاَ ، فَأَخْبَرُوهُ ، فَثَنَى رِجْلَهُ ، فَسَجَدَ سَجْدَتَيْنِ ، ثُمَّ قَالَ : إِنَّمَا أَنَا بَشَرٌ أَنْسَى كَمَا تَنْسَوْنَ.

“Rəvayət edilir ki, İbrahim ibn Suveyd ﵀ demişdir: “Alqamə namazı beş rükət qıldı. Bu ona bildirildikdə dedi: “Mən namazı beş rükət qıldırmamışam!” Mən başımla işarə edərək: “Beş rükət qıldırdın”- dedim. O dedi: “Sən də, ey Əura?!” Mən: “Bəli”- dedim. Bundan sonra o, iki dəfə səcdə etdi, sonra Abdullahdan rəvayət etdi ki, Peyğəmbər ﷺ beş rükət namaz qılmışdı. Camaatdan bəziləri bir-biri ilə pıçıldaşmağa başladı. Peyğəmbərə ﷺ dedilər: “Namaz artırıldımı?” O: “Xeyr”- dedi. Bu hadisə ona bildirildikdən sonra (oturduğu yerdə) ayaqlarını birləşdirib iki dəfə səhv səcdəsi etdi, sonra da dedi: “Həqiqətən, mən bəşərəm, sizin unutduğunuz kimi mən də unuduram”.”

İbrahim ibn Suveyd
Səhih

İstinad

Nəsəi, 1256 (Səhv, 78)

Sunən ən-Nəsəi — Səhv kitabı