Səhv kitabı

Dördrükətli namazı beş rükət qılan nə etməlidir?

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ الرَّحِيمِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ شُمَيْلٍ ، قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، وَمُغِيرَةُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَلْقَمَةَ ، عَنْ عَبْدِ اللهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهُ صَلَّى بِهِمُ الظُّهْرَ خَمْسًا ، فَقَالُوا : إِنَّكَ صَلَّيْتَ خَمْسًا ، فَسَجَدَ سَجْدَتَيْنِ بَعْدَ مَا سَلَّمَ وَهُوَ جَالِسٌ.

“Abdullah ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Zöhr namazını beş rükət qıldı. Camaat ona dedi: “Həqiqətən, sən namazı beş rükət qıldın”. O da salam verəndən sonra oturduğu yerdə iki dəfə səcdə etdi.”

Abdullah
Səhih

İstinad

Nəsəi, 1255 (Səhv, 77)

Sunən ən-Nəsəi — Səhv kitabı