Səhv kitabı

Namazda işarə edərək salam almaq

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ هَاشِمٍ الْبَعْلَبَكِّيُّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ شُعَيْبِ بْنِ شَابُورَ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : بَعَثَنِي النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَيْتُهُ وَهُوَ يَسِيرُ مُشَرِّقًا أَوْ مُغَرِّبًا ، فَسَلَّمْتُ عَلَيْهِ ، فَأَشَارَ بِيَدِهِ ، ثُمَّ سَلَّمْتُ عَلَيْهِ ، فَأَشَارَ بِيَدِهِ ، فَانْصَرَفْتُ ، فَنَادَانِي : يَا جَابِرُ ، فَنَادَانِي النَّاسُ : يَا جَابِرُ ، فَأَتَيْتُهُ فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي سَلَّمْتُ عَلَيْكَ فَلَمْ تَرُدَّ عَلَيَّ ، قَالَ : إِنِّي كُنْتُ أُصَلِّي.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ məni bir iş dalınca göndərmişdi. (Qayıtdıqda) o, məşriq və ya məğrib tərəfə yönəlmişdi. Ona salam verdikdə, əli ilə işarə etdi. Sonra yenə salam verdim. O, yenə əli ilə işarə etdi. Mən dönüb getdikdə, məni çağırıb dedi: “Ey Cabir!” Camaat da: “Ey Cabir!”- deyərək məni çağırdılar: Mən qayıdıb dedim: “Ey Allahın Elçisi, mən sənə salam verdikdə, sən mənim salamımı almadın”. O dedi: “(Həmin vaxt) mən namaz qılırdım”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 1190 (Səhv, 12)

Sunən ən-Nəsəi — Səhv kitabı