Namazda işarə edərək salam almaq
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ قَالَ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِحَاجَةٍ ثُمَّ أَدْرَكْتُهُ وَهُوَ يُصَلِّي ، فَسَلَّمْتُ عَلَيْهِ فَأَشَارَ إِلَيَّ ، فَلَمَّا فَرَغَ دَعَانِي فَقَالَ : إِنَّكَ سَلَّمْتَ عَلَيَّ آنِفًا وَأَنَا أُصَلِّي ، وَإِنَّمَا هُوَ مُوَجَّهٌ يَوْمَئِذٍ إِلَى الْمَشْرِقِ.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ məni bir iş üçün göndərmişdi. Sonra mən ona çatdım. O, namaz qılırdı və mən ona salam verdim. O, mənim salamımı işarə ilə aldı. Namazı bitirdikdən sonra məni çağırıb dedi: “Bir qədər əvvəl mən namaz qıldığım halda sən mənə salam verdin”. Həqiqətən, bu vaxt o, üzünü məşriqə tutub (namaz qılırdı)”.”
İstinad
Nəsəi, 1189 (Səhv, 11)
Sunən ən-Nəsəi — Səhv kitabı