Səhv kitabı

Namaz qıldıqda dirsəklərin yeri

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : أَنْبَأَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا عَاصِمُ بْنُ كُلَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ وَائِلِ بْنِ حُجْرٍ ، قَالَ : قُلْتُ لأَنْظُرَنَّ إِلَى صَلاَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَيْفَ يُصَلِّي ؟ فَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَاسْتَقْبَلَ الْقِبْلَةَ ، فَرَفَعَ يَدَيْهِ حَتَّى حَاذَتَا أُذُنَيْهِ ، ثُمَّ أَخَذَ شِمَالَهُ بِيَمِينِهِ ، فَلَمَّا أَرَادَ أَنْ يَرْكَعَ رَفَعَهُمَا مِثْلَ ذَلِكَ ، وَوَضَعَ يَدَيْهِ عَلَى رُكْبَتَيْهِ ، فَلَمَّا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ رَفَعَهُمَا مِثْلَ ذَلِكَ ، فَلَمَّا سَجَدَ وَضَعَ رَأْسَهُ بِذَلِكَ الْمَنْزِلِ مِنْ يَدَيْهِ ، ثُمَّ جَلَسَ فَافْتَرَشَ رِجْلَهُ الْيُسْرَى ، وَوَضَعَ يَدَهُ الْيُسْرَى عَلَى فَخِذِهِ الْيُسْرَى ، وَحَدَّ مِرْفَقَهُ الأَيْمَنَ عَلَى فَخِذِهِ الْيُمْنَى ، وَقَبَضَ ثِنْتَيْنِ وَحَلَّقَ ، وَرَأَيْتُهُ يَقُولُ هَكَذَا ، وَأَشَارَ بِشْرٌ بِالسَّبَّابَةِ مِنَ الْيُمْنَى وَحَلَّقَ الإِبْهَامَ وَالْوُسْطَى.

“Rəvayət edilir ki, Vail ibn Hucr ﵁ demişdir: “Mən dedim: “Allah Elçisinin ﷺ necə namaz qılacağına baxacam!” Allah Elçisi ﷺ durub qibləyə tərəf yönəldi, qulaqlarına çatana qədər əllərini qaldırdı. Sonra sağ əli ilə sol əlini qapadı. Ruku etmək istədikdə əllərini əvvəlki kimi qaldırdı. Rukuda əllərini dizlərinə qoydu. Başını rukudan qaldırdıqda əllərini əvvəlki kimi qaldırdı. Səcdə etdikdə əllərini başına yaxın qoydu. Sonra sol ayağını altına qoyub üstündə oturdu. Sol əlini sol budunun üzərinə, sağ əlini də sağ budunun üzərinə qoydu, sonra iki barmağını halqa şəklində birləşdirdi. Mən onun belə etdiyini gördüm”. Bişr işarə etdi ki, Vail sağ əlinin şəhadət barmağını (düz) tutaraq baş və orta barmaqlarını halqa şəklində etdi”.”

Vail ibn Hucr
Səhih

İstinad

Nəsəi, 1265 (Səhv, 87)

Sunən ən-Nəsəi — Səhv kitabı