Təşəhhüddə ovucların yeri
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ مُسْلِمِ بْنِ أَبِي مَرْيَمَ ـ شَيْخٌ مِنْ أَهْلِ الْمَدِينَةِ ـ ثُمَّ لَقِيتُ الشَّيْخَ ، فَقَالَ : سَمِعْتُ عَلِيَّ بْنَ عَبْدِ الرَّحْمَنِ ، يَقُولُ : صَلَّيْتُ إِلَى جَنْبِ ابْنِ عُمَرَ ، فَقَلَّبْتُ الْحَصَى ، فَقَالَ لِي ابْنُ عُمَرَ : لاَ تُقَلِّبِ الْحَصَى ، فَإِنَّ تَقْلِيبَ الْحَصَى مِنَ الشَّيْطَانِ ، وَافْعَلْ كَمَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُ ، قُلْتُ : وَكَيْفَ رَأَيْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُ ؟ قَالَ : هَكَذَا وَنَصَبَ الْيُمْنَى ، وَأَضْجَعَ الْيُسْرَى ، وَوَضَعَ يَدَهُ الْيُمْنَى عَلَى فَخِذِهِ الْيُمْنَى ، وَيَدَهُ الْيُسْرَى عَلَى فَخِذِهِ الْيُسْرَى ، وَأَشَارَ بِالسَّبَّابَةِ.
“Rəvayət edilir ki, Əli ibn Abdur-Rahmən ﵀ demişdir: “İbn Ömərin yanında namaz qılırdım və namazda daşları qurdalayırdım. İbn Ömər dedi: “Namazda daşları qurdalama! Həqiqətən, namazda daşları qurdalamaq şeytandandır. Mənim Allah Elçisini ﷺ namazda gördüyüm kimi et!” Mən dedim: “Allah Elçisini ﷺ namazda necə görmüsən?” O: “Bu cür”- dedi və oturduqda sağ ayağını dik tutdu, sol ayağını yaydı. Sağ əlini sağ budu üzərinə, sol əlini də sol budu üzərinə qoydu. Şəhadət barmağı ilə də işarə etdi”.”
İstinad
Nəsəi, 1266 (Səhv, 88)
Sunən ən-Nəsəi — Səhv kitabı