Səhv kitabı

Təşəhhüddə şəhadət barmağından başqa digər barmaqları yummaq

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ مُسْلِمِ بْنِ أَبِي مَرْيَمَ ، عَنْ عَلِيِّ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : رَآنِي ابْنُ عُمَرَ وَأَنَا أَعْبَثُ بِالْحَصَى فِي الصَّلاَةِ ، فَلَمَّا انْصَرَفَ نَهَانِي وَقَالَ : اصْنَعْ كَمَا كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَصْنَعُ ، قُلْتُ : وَكَيْفَ كَانَ يَصْنَعُ ؟ قَالَ : كَانَ إِذَا جَلَسَ فِي الصَّلاَةِ وَضَعَ كَفَّهُ الْيُمْنَى عَلَى فَخِذِهِ ، وَقَبَضَ ـ يَعْنِي أَصَابِعَهُ كُلَّهَا ـ وَأَشَارَ بِإِصْبَعِهِ الَّتِي تَلِي الإِبْهَامَ ، وَوَضَعَ كَفَّهُ الْيُسْرَى عَلَى فَخِذِهِ الْيُسْرَى.

“Rəvayət edilir ki, Əli ibn Abdur-Rahmən ﵀ demişdir: “İbn Ömər mənim namazda daşlarla oynadığımı gördü. Namazı bitirdikdən sonra bunu mənə qadağan etdi və dedi: “Allah Elçisinin ﷺ etdiyi kimi et”. Mən dedim: “Allah Elçisi ﷺ necə edərdi?” O dedi: “Allah Elçisi ﷺ namazda oturduqda (təşəhhüddə) sağ ovcunu sağ budunun üzərinə qoyar, barmaqlarını yumar və şəhadət barmağı ilə işarə edərdi. Sol əlinin ovcunu isə sol budunun üzərinə qoyardı”.”

Əli ibn Abdur-Rahmən
Səhih

İstinad

Nəsəi, 1267 (Səhv, 89)

Sunən ən-Nəsəi — Səhv kitabı